“Şeyx Cüneyd” türbəsi -
Qızılbaşların Qusardakı yadigarı
Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış XVI əsrə aid türbə Qusarın ən mühüm tarixi-memarlıq abidələrindən biridir.
Rayonun Həzrə kəndində yerləşən türbəni hər il 800-dən çox yerli və əcnəbi turist ziyarət edir.
Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxidir. 1460-cı ildə Samur çayının sol sahilində yerləşən Qıpçaq kəndində baş verən döyüşdə qızılbaş qoşunları məğlubiyyətə uğrayıb, Şeyx Cüneyd isə həlak olub. Şeyxin müridləri onun cənazəsini Samur çayının sağ sahilinə gətirərək Həzrə kəndində dəfn ediblər.
Məzar üzərində türbə 1544-cü ildə tikilib. Tarixi mənbələrdə Şeyx Cüneydin Şah İsmayıl Xətainin ulu babası olduğu göstərilir. Şeyx Cüneydin nəşinin qalıqları onun tərəfindən Ərdəbilə aparılaraq torpağa basdırılıb.
Ölümündən 84 il sonra Səfəvi hökmdarı I Təhmasib babasının xatirəsinə həm Ərdəbildə, həm də indiki Qusar rayonunun Həzrə kəndində eyni tipli türbə tikdirib. Həzrədəki türbənin inşasında Ərdəbil sənətkarları da iştirak edib.
Beş yüz ilə yaxın yaşı olan türbə keçmiş sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, türbə təmir olunaraq ətrafı abadlaşdırılıb.
Tarixi abidənin nəzarətçisi Məhbubə Kərimova bildirib ki, bişmiş kərpicdən inşa edilən türbə daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük günbəzlə örtülüb. Əvvəllər bu günbəz başqa formaya malik olub. Sonradan ona bitişik məscid tikilməsi və damının yenilənməsi nəticəsində türbə öz əvvəlki görkəmini dəyişib. Abidənin qərb qapısı üzərində yeddi sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə kitabə həkk olunub.
Türbənin interyerinin tarixi görkəmi qorunub saxlanılıb. Burada günbəzə keçid təşkil edən stalaktitlər diqqəti cəlb edir. Türbənin daxili divarları
iki metrə qədər bənövşəyi
və firuzəyi kaşı ilə örtülüdür. Şeyx Cüneydin
məzarı üzərindəki
sənduqə bərk
ağacdan nəfis işlənmiş şəbəkəli
çərçivə içərisinə
alınaraq, üzərində
minbər qoyulub.
Qusara gələn
əksər qonaqların
bu tarixi abidəni görmək istəyi nəzərə
alınaraq, türbəyə
səyahət əsas
turizm marşrutlarına
salınıb.
Həmçinin tarix dərslərinin
proqramına uyğun olaraq şagirdlər “Şeyx Cüneyd” türbəsi ilə əyani tanış
olurlar. Bununla yanaşı, hər il “Ölkəmizi
tanıyaq” maarifləndirici
tur-aksiyası çərçivəsində
respublikanın şimal
bölgəsinə gələn
məktəblilərdən ibarət qruplar da Qusar rayonunun
görməli yerləri
ilə tanışlıq
çərçivəsində bu abidəni ziyarət edirlər.
Türbənin yaxınlığında qədim
qəbiristanlıq da yerləşir. Deyilənə
görə, bu qəbiristanlıqda Səfəvi
döyüşçüləri dəfn edilib.
Xalq Cəbhəsi.- 2019.- 15 fevral.-
S.16.