ABŞ-da xərçəng xəstəliyinə
qarşı mübarizə aparan azərbaycanlı
cərrah
Ciddi, dərin zəkalı, iradəli və nikbin olan bu xanımı dinlədikcə sevinirdim. Sevinirdim ki, uzaq Amerikada belə bir soydaşımız var. Məqsədə doğru addım-addım irəliləyib, elmdə yüksələ bilib...
Yenicə ana olub, son vaxtlar başı əkiz övladlarına qarışıb…
Haqqında söhbət açdığım İradə xanım İbrahim - Zadə cərrahdır, öz sahəsini mükəmməl bilir…
…Atası Tofiq İbrahimzadə
informatika üzrə alimdir.
Azərbaycan Neft və Sənaye Universitetinin professorudur. Anası Leyla
Əliyeva uzun illər həmin elm ocağında müəllim
işləyib. Ömür-gün
yoldaşı Mübariz
Priyev Kolorado ştatında bizneslə məşğuldur, özəl
şirkəti var. Ailədə
yeni dünyaya gəlmiş əkiz uşaqlar böyüyür-
Ömər və Əmir…
İradə xanım Bakıda dünyaya gəlib. 1995-ci ildə 6 nömrəli mətəbdə orta təhsilini başa vuraraq Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2001-ci
ildə oranı bitirib, bir il onkoloji disponserdə onkoloq-cərrah
kimi internatura keçib. 2003-2006-cı illərdə Mərkəzi
Klinik Xəstəxanasında
ümumi cərrah işləyib. Arada bir il Türkiyənin Qazi Universitetinin cərrahiyə
şöbəsində təcrübədə
olub.
2006-cı ildə Kanadanın
Toronto Universitetinin doktoranturasına
qəbul olunub. 2010-cu ilədək
orada tam təqaüdlə
təhsil alaraq, "xərçəng farmoko genetikası" üzrə
elmi iş müdafiə edib və PhD alimlik dərəcəsinə yiyələnib.
Həmin il
"post doc." təqaüdü ilə ABŞ-ın Minesota ştatının məşhur Mayo Klinikasına
dəvət alıb və Kanadadan ABŞ-a köçüb. İki il burada
elmi tədqiqatla məşğul olub.
2012-ci ildə Arizona Universitetinin
cərrahiyə fakultəsinin
dəvəti ilə üç il
bu elm ocağında
professor kimi çalışıb.
2015-ci ildən indiyədək Kolorado Universitetinin Cərrahiyə
şöbəsində onkolq-cərrah
işləyir. Bacarıqlı,
necə deyərlər,
əli yüngül cərrah kimi tanınır…
…Arzulayır ki, gələcəkdə böyük
bir tibb mərkəzi açıb,
orada elmi tədqiqatlarını davam
etdirsin. Bəşəriyyətin
bəlası olan xərcəngin müalicə
üsullarını tapmaq
istəyir…
Bütün bunlarla yanaşı,
2007-ci ildən idmanın
avarçəkmə növü
ilə peşəkar səviyyədə məşğul
olur. İndiyədək 9 qızıl medal qazanıb. Hətta ictimai iş kimi, Minesota ştatında yaşayarkən,
bir müddət məşqçı də
olub…
Deyir ki,- "Azərbaycana
hər il valideynlərimi ziyarət etməyə gedirəm. Ölkəmizin inkişafı
məni də sevindirir..."
...Klassik musiqimizidən zövq alır. Xüsusən də Rəşid
Behbudovu dinləməkdən
yorulmur. Koloradoda azərbaycanlılar
çox azdır.
Bayramlarda bir araya gəlib ünsiyyətdə
olurlar, tez-tez bir-birinə qonaq gedirlər. Bu mehribanlıq
adamda qürur hissi doğurur…
Olduqca alicənab,
uzaq görən, ixtisasını dərindən
bilən, yeni ana olmuş bu xanım haqqında
bildiklərimi sizinlə
bölüşməkdən məmnunam.
Onun həm ana kimi
və həm də cərrah kimi bütün arzularına çatmasını
uca Tanrıdan diləyirəm…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq Cəbhəsi.- 2019.- 21 fevral.-
S.9.