Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

 

 

Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HəbibbəyliBöyük demokrat ədib Cəlil Məmmədquluzadə haqqında sözmövzusunda geniş məruzə ilə çıxış edib.

Bildirilib ki, Prezident İlham ƏliyevinCəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq AMEA-da tədbirlərə start verilib. Bu tədbirlər böyük yazıçının dərin humanist məzmuna malik dram nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olanMolla Nəsrəddinjurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.

Cəlil Məmmədquluzadənin ana dilinin saflığı uğrunda daim mübarizə apardığını deyən akademik bildirib ki, nəsr dramaturji yaradıcılığında sənətkar ədəbi dili xalq dili əsasında inkişaf etdirib. Cəlil Məmmədquluzadə cəsarətlə canlı danışıq dilini yazıya, hətta bədii əsərə gətirib. OnunAnamın kitabıəsəri azərbaycançılığın, Azərbaycan dilinin manifestidir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Səadət VahabovanınMirzə Cəlil yaradıcılığında milli mənlik problem” mövzusunda məruzəsi dinlənilib. Həmçinin Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin direktoru Pənah Babayev Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Səkinə Abbasova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Cəlil Məmmədquluzadə çoxşahəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır. Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında Vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.

Məktəbin müəllimi Vüsalə Həsənovanın rəhbərliyi ilə şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdiriblər, habelə yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər. Foyedə Cəlil Məmmədquluzadənin ev-muzeyiinstitutun kitabxanası tərəfindən sərgi təşkil edilib. Sərgidə yazıçının əsərlərindən və haqqında yazılmış məqalələrdən ibarət kitablar nümayiş olunub.

 

Xalq Cəbhəsi.- 2019.- 22 fevral.- S.15.