“21 fevral - Beynəlxalq
Ana Dili Günüdür” adlı kitab
sərgisi
Fevralın 21-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında
“21 fevral - Beynəlxalq
Ana Dili Günüdür”
adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki,
sərgi Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Kitabxananın direktoru Kərim
Tahirov UNESCO tərəfindən
milli dillərin və mədəni müxtəlifliyin qorunması
və təbliği məqsədilə təsis
edilmiş bu əlamətdar günün
tarixindən danışıb.
O, ana dilimizin müqəddəs sərvətimiz,
kökümüz, milli
mədəniyyətimiz, milli
əxlaqımız olduğunu,
dilimizin dünya dilləri içərisində
öz gözəlliyi,
öz avazı ilə seçilən bir dil olduğunu
diqqətə çatdırıb . Direktor bildirib ki, dilimizin
hərtərəfli inkişafı,
onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər
sisteminə, dünya diplomatiyasına yol tapması xalqımızın
ümummilli lideri, dilimizin təəssübkeşi,
qayğıkeşi olan
Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə
dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən
biridir. Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmiş, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi
istiqamətində böyük
işlər görülmüşdür.
Azərbaycan Milli Kitabxanasının
direktor müavini Ədibə İsmayılova
söyləyib ki, insan cəmiyyətlərini
bir-birinə yaxınlaşdıraraq
“millət” adı verilən sosial qurumun yaranmasına zəmin hazırlayan, insanları bir araya gətirən, onlar arasında ortaq duyğusal əlaqələr quran vasitələrdən biri də dildir. Hər bir xalqın dili həmin xalqın dövlət kimi formalaşmasında, inkişaf edib tanınmasında mühüm
rol oynayan amillərdən biridir.
Milli varlığımızın əsas
atributlarından olan ana dilimizin, millətin, xalqın mənəviyyatının aynası
olduğunu vurğulayan
direktor müavini, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində
həyata keçirilən
ardıcıl tədbirlərdən
danışıb. Kitabxananın şöbə müdiri, şairə Səyyarə
Məmmədli ana dilimizə aid yazıdığı
şeirini səsləndirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycan dilinin tarixi zənginliyini, dil mədəniyyətini əks etdirən kitab və dövri
mətbuat materialları,
müstəqillik dövründə
Azərbaycan dili haqqında imzalanmış
fərman və sərəncamlar nümayiş
olunur. Sərgi bir
həftə davam edəcək.
Xalq Cəbhəsi.- 2019.- 22 fevral.-
S.16.