Xətainin “Divan”ının mətni
Əlyazmalar İnstitutuna hədiyyə edilib
Bakı
Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda
olub. İnstitutdan bildiriblər ki,
görüşdə direktor,
akademik Teymur Kərimli son zamanlar bu elm müəssisəsində
türkdilli əlyazmaların
kataloqlaşdırılması, tədqiqi və elektronlaşdırılması sahəsində görülən
işlər və əldə olunan nailiyyətlər barədə
məlumat verib. Cihan Özdemir türkiyəli mətnşünas
və ədəbiyyatşünas
alim, professor Muhsin Macitin dünyanın müxtəlif
ölkələrinin kitabxana
və arxiv fondlarında qorunan əlyazma nüsxələri
əsasında hazırladığı
Şah İsmayıl Xətainin “Divan”ının
redaktə olunmuş mətnini instituta hədiyyə edib. Bildirib ki, bu
kitabın hazırlanmasında
AMEA-nın Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunda
qorunan əlyazmalardan da istifadə olunub. Cihan Özdemir professor Muhsin Macitin adından Xətai “Divan”ının bəzi Şərq ölkələrində
mövcud əlyazma nüsxələrinin sürətlərinin
əldə olunmasında
göstərdiyi dəstəyə
görə Əlyazmalar
İnstitutunun rəhbərliyinə
təşəkkürünü bildirib.
Sonra Türkiyə
Respublikasında Azərbaycan müəlliflərinin və Azərbaycanla
bağlı əlyazmaların surətlərinin vahid mərkəzdən – Süleymaniyə
Kitabxanasından Əlyazmalar İnstitutuna
gətirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Əlyazmalar İnstitutunun elmi işlər
üzrə direktor müavini,
filologiya elmləri doktoru
Aybəniz Əliyeva-Kəngərli də iştirak
edib.
Xalq Cəbhəsi.- 2019.- 22 fevral.-
S.15.