“Yağışdan sonra”kı” yaşıllıq

 

 

Axşamkı yağışdan sonra azadlığa çıxmaq həvəsim birə beş artdı, dünya ürəyimə daha da yatdıyazmışdı içəridə yatanda. Yağışdan sonrakı aydınlıq yaşıllıq onun ürəyinə bir az sərinlik gətirmiş yolunun açılacağı günə yaşıl işıq yandırmışdı bəlkə . Yaşılı sevmişdi, arzulamışdı, yaşamışdı. O yağışdan aylar keçdi, yaşıl işığı yandı. Onu içəri atan da, içəridən çıxaran da, ruhundakı bütün haqsızlıqlara dözümsüzlüyü həqiqətpərəstliyi olmuşdu. Hər insan hər yerdə doğruları söyləməyi bacarmır, buna cəsarəti çatmır, ammaYağışdan sonra”nın müəllifi bu cəsarəti edib, edir edəcək. Hər insan həm yaxşı şair, həm yaxşı yazıçı, həm yaxşı dost, həm yaxşı ailə başçısı, həm yaxşı insan ola bilmir. Amma, o, bütün bu yaxşıları özündə birləşdirir bunları şeirlərinin ruhuna hopdurmağı bacarır. Yaxşılıq etməyi sevib sevdirib insanlara. Yaxşılıq da yaşıllıqdan gəlir elə bil. İmanlı, inamlı könlü rahat olanların rəngidir yaşıl, məncə.

Yağışdan sonra aydınlıq olur. Yağışdan sonra hava təzələnir, təmizlənir. Yağışdan sonra duruluq, saflıq, yaşıllıq olur. Yaşıllıq yaxşılıqlar gətirir, yeni şeirlər cücərdir, yeni şeirlər yeni kitablar demək olur. Bəlkə elə buna görə , kitabının adınıYağışdan sonraqoyub.

Müəllif dənizçidir. Dənizçi üçün suyun qədər vacib ünsür olduğunu nəzərə alsaq, kitabına qoyduğu ada da bir o qədər haqq qazandıra bilərik. Yağış, yağmur, su. Yağışdan keçib, yağmurda islanıb, suda durulub, dənizdən nəfəs alan şeirlər cəm olub onun bu son statistik kitabında. Statistika demişkən, hər insanın bir statistik, bir dinamik taleyi olur. Onun taleyinin statistik tərəfi azərbaycanlı, cəlilabadlı, Balabəylilərdən olmasındadırsa, dinamik taleyində Vətənsevər, dənizçi, suya bağlılıq, şeirə-ədəbiyyata sevgi, bütün bunlarla bərabər isə yaxşılığa yaşıllığa bağlılıq var. O, ədəbiyyat sevdalısıdır. Kitablarının sayca çoxluğu da burdan qaynaqlanır: “Eh, ayrılıq yamansan!”, “Kəsilməyən həyəcan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”. Kitabların adları da müəllifin dinamik taleyinin real göstəriciləridir. Bu göstərici həm onun həyat yolunun, yaşantılarının, başına gələn olayların, böyük duyğularının, təfəkkürünün, düşüncəsinin əksidir. Hər kəs özünü yazır axı, hər kəs dilinin altında gizlənir axı! Çox sevirəm bu ifadələri tez-tez işlətməyi.Yağışdan sonra”nın müəllifi yazdıqlarının altında gizlənib, təzə oxucusu üçün sadəcə onları oxumaq müəllifin kimliyini kəşf etmək qalır. Kimlik isə bəllidir. Yağışdan sonra Faiq Balabəyli adı. Bu ad çoxlarına çox söz deyir. Bu ad Azərbaycan coğrafiyasında tanınmış addır. Bu adın sahibi millətçi vətənpərvər şair, ictimai siması olan sosiallaşmış azərbaycanlıdır. Milli birlik, vətəndaş həmrəyliyi, azərbaycançılıq onun əqidəsinin qayəsini təşkil edir. Bu özəllikləri ara-sıra şeirlərində əks etdirir, özü bilmədən:

 

Elə istəyirəm ki,

Sənin üçün ölümə gedəm,

Buna görə yaşamaq istəyirəm,

Yaşamaq, Vətən!

 

Vətən üçün yaşayanlardandır Faiq, yaşamaq üçün Vətəni sevənlərdən deyil. Özünə gündəlik hesabat verirmiş kimi bir şeirində deyir: “Səhəri diri açdım, Yata bilmədim...Aranı dağa, dağı Arana “daşımadım”. Bu günü silirəm təqvimdən! Bu günü boşa verdim, yaşamadım!” . Bu şeirdən göründüyü kimi, aydın hiss edilən faydalı yaşamaq, faydalı insan olmaq məsuliyyəti var onun qanında canında. Faydalı yaşayanların ömrü daimi olur. Onlar bu dünyanı tərk etdikdən sonra da millət üçün, xalq üçün sevilən daim yad edilənlərdən olurlar.

Bir Aran dağ həyatını paralel yaşayanların Vətənin hər daşını, torpağını qarış-qarış gəzdiyindən sevənlərin ruhu var onun şeirlərdə. Onun canında qanında vətənpərvərliklə yanaşı, türkçülük tanrıçılıq da var, deyərdim ki! Vətən üçün hər an ölməyə hazır olan şair başqa bir şeirində deyir:

 

Gözü qara bulaq üstə,

De sözünü varaq üstə,

Səndən ötrü ayaq üstə

Öldüm, bir kimsə bilmədi.

 

Vətən üçün daim ayaqda ayıq-sayıq olmaq ehtirasları onunVətənə ağıadlı bölümdəki bütün şeirlərində hiss edirik. keşikçi xarakteri var onda, bir kişilik məktəbi keçmişlərin mərdlik ruhu var onda. 20 yanvar hadisələrində bir dənizçi kimi qanlı hadisələrin canlı şahidi olub. OnunKəsilməyən həyacan fiti" əsərini oxuduqca yaşadığı sarsıntıların, Vətəninin azadlığı uğrunda sinəsini sipər etmiş qəhrəmanlarla bir sırada durduğunun şahidi oluruq. Tale işidir bu, kimisi şəhid olur, kimisi şahid. Vətənin, Torpağın, Ana-bacılarının, mill-mənəvi dəyərlərimizin keşikçisi olub hər zaman. Bu gün öz fəaliyyətində yaradıcılığında bu faktların əksini görməkdəyik. Ana-bacı demişkən, Faiq Balabəylini ilk tanıdığım illərdə (1998-99-cu illərdə) mənə şairlər içərisində bacıdeyənlərdən birincisi olub. Həm sonralar etiraf etdi ki, həyatında önəmli qutsal olan qadınların (anası, bacısı, həyat yoldaşı qızının) içərisində mənim özüməməxsus müqəddəs yerim varmış. mutlu bana!”. Doğrudan da, böyük qiymət dəyərdi bu. Bu dəyər üçün hər zaman minnətdar olmuşam ona. Bu yazını yazmaq da onun kitablarını oxuduqdan sonra qardaş şairin yaradıcılığındakı doğmalıqları sizlərlə bölüşmək oldu. 2016-cı ilin aprel hadisələri zamanı yazdığı bir şeir az müddətdə dillər əzbəri oldu. Sosial şəbəklərdə müzakirə mövzusuna çevrildi:

 

müddətdir sapsarıdır yaşılım,

Tez əmr ver, düşmənimlə savaşım.

Qoy vurulum, torpağıma qarışım,

Vur da, komandir, vur!

 

Yenə yaşılornamenti, bu şeirdə yaşıllıq azadlıq rəngi gördüm. Qarabağımızın düşmən tapdağı altında olan torpaqlarını azad etmək ehtirasından doğan döyüşkənlik ruhunu gördüm.

Tanrı, Allah sevgisi, gördüyü ədalətsizliklərdən yorulanda isə Allaha xitab notları var onun yazdıqlarında. Ən çətin kövrək anlarında isə yenə Tanrı çatır onun dadına:

 

deyim sənə, ilahi,

deyim ki, eşidəsən?

əlimi necə qaldırım

əlimdən tuta biləsən?

 

***

 

Ayağımın ucundayam, Allah,

əlim yenə sənə çatmır.

Susmuşam, eşidirsən?

 

Onun könlündən keçənlər - azad Azərbaycanımızın gələcəyi, müstəqilliyinin əbədiliyi sarsılmazlığından, doğma Qarabağımızın azad olunacağı gündən keçir. Onun üçün bütün yaradıcılığı boyu öncə Vətən, Torpaq, Millət, sonra eqosu gəlir. Onun eqosu çoxlarından fərqli Vətən, Torpaq, Millət sevgilərini üstələmir, əksinə bu sevgilər bütün sevgilərin fövqündə durur.

Faiq Balabəyli bir müddət həbsdə yatdı. Adı gələndə hər kəsdə dəhşət yaradan məkan - içəri ona çox şey yazdırdı. İçəridə yaşadı, nələr gördüsə hamısını qələmə aldı. Bir sözlə, orda da mütaliəsindən, yazmasından, qələmindən, düşünməsindən qalmadı. Onun ən gözəl şeirləri içəridə yazılan şeirlər oldu. Buna görə , ona içəri şeirləri üçün "içəriyə düşməyə dəyərmiş" deyənlər çox oldu. Azadlıqdan məhrum olduğu illərdəBurda darıxmaq olmazadlı kitaba daxil etdiyi azadlıq eşqli şeirlərini yazdı. Bu şeirlər onun yaradıcılığının üstqatını təşkil edir:

 

Sənsizlikdən darıxıb,

dərindən ah çəkirəm,

Mən şeir yazmıram ki,

sözlə günah çəkirəm.

 

Vətəndaş şair, azadlıqsevər insan, dostcanlı, hər kəsin çağrığına yetişməyi özünə davranış kredosu seçmiş Faiq Balabəyli, yeni kitabın xeyirli-uğurlu, əlin hər daim qələmli, dilin sözlü, şeirli, ürəyin var olsun! Səni oxuduqca “Yağışdan sonra” təzələnən hava kimi təmizlənir insanın ruhu.

 

Dr. Həyat ŞAMİ

Şair-publisist

 

Xalq Cəbhəsi.- 2019.- 22 fevral.- S.5.