Sumqayıt Dövlət Dram Teatrında mövsümü
mükafat təsis edilib
Sumqayıt Dövlət Dram Teatrı
premyeralarla, yeniliklərlə,
layihələrlə, yubileylərlə
zəngin bir mövsümü tamamlamaq
üzrədir.
Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə tamaşaçılarda
teatr sevgisini artırmağa nail oldu.
Ümumilikdə mövsüm ərzində
baş verən canlanmanı, kollektivin böyük şövqlə
çalışmasını nəzərə alan
teatrın direktoru Əməkdar artist Mübariz
Həmidov yaradıcı
heyəti sevindirəcək
təklif irəli sürdü.
Sumqayıt Dövlət Dram Teatrı
yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın
qiymətləndirilməsi, peşə stimulunun artırılması, bədii
dəyəri ilə fərqlənən tamaşaların
teatr ictimaiyyətinə
təqdim edilməsi, həmçinin mövsüm
ərzində hazırlanmış
ən uğurlu səhnə əsərlərinin,
ayrı-ayrı ifaçıların
və texniki işçilərin mükafatlandırılması
məqsədilə “Busmedia”
reklam şirkəti ilə birgə “Rampa” milli teatr
mükafatı təsis
etmişdir.
Rəhbərlik müxtəlif nominasiyalar üzrə tərtib olunan “Rampa” Milli Teatr mükafatının
kollektivin yaradıcılıq
potensialının artmasına,
bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. Naminasiyalar münsiflər heyətinin
gizli səsverməsi əsasında müəyyən
ediləcəkdir.
“Ən yaxşı tamaşa”, “Mövsümün
ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün
ən məhsuldar aktyoru”, “Mövsümün
ən məhsuldar aktrisası”, “Mövsümün
ən yaxşı texniki işçisi”, “Mövsümün ən perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar və intizamlı əməkdaşı”
nominasiyaları üzrə
mükafatlandırma iyul
ayının ortalarında
keçiriləcəkdir. Mükafat ötən
mövsümdə fərqlənən
teatr əməkdaşlarına
verilməklə hər
mövsümün sonunda
təqdim ediləcəkdir.
Xalq cəbhəsi.-2019.- 6-8 iyul.- S.16.