Kannda
Azərbaycan mədəniyyətinin təbliği
Azərbaycan mədəniyyətinin Kannda yenidən təşviq edilməsindən çox şadıq. “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisi bizdə çox böyük maraq doğurdu. Ənənə və innovasiyanın vəhdəti olan bu sərgi yüksək səviyyədə təşkil olunub.
Bu
fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann
şəhərində təşkil edilmiş “Yeni kəşflər:
Azərbaycan xalçaçılığında yeni motivlər”
adlı xalça sərgisinin açılışında
iştirak edən Kann merinin müavini Frank Şıkli
AZƏRTAC-a müsahibəsində bildirib.
Frank Şıkli qeyd edib ki, bu sərgini dünya sərgisi də adlandırmaq olar, çünki Kann dünya şəhəri kimi tanınır. Bu sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir.
“Şərqin və Qərbin qovuşuğunda
yerləşən Azərbaycanda olmuşam
və yenə də getmək istərdim. Ənənə və
innovasiya sözlərini yenidən
xatırlatmaq istəyirəm, çünki
ölkəniz qədimliyin və müasirliyin
vəhdətidir. Bakıda ənənə və
innovasiyanın vəhdətini aydın görmək olur. Keçmiş, indi və gələcək arasında
görünməyən tellərlə vəhdəti təmin
edən ənənəni qoruyub saxlamaq və onu innovasiyalarla yenidən canlandıraraq yaşatmaq önəmlidir. Azərbaycanı həqiqətən
də çox sevdim”,
- deyə F.Şıkli qeyd edib.
Xalq cəbhəsi.-2019.- 18-19 iyul.-
S.8.