"Ay
işığı" kitabı çapdan
çıxıb
Bu
günlərdə Azərbaycan Yazıçılar Birliyi ilə
“Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər”
seriyasından gənc tərcüməçi-yazıçı
Məmməd Məmmədlinin “Ay işığı”
kitabı “Təhsil” nəşriyyatı tərəfindən
çap olunub.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir. Kitaba ispan yazıçılarının əsərlərindən ibarət povest və hekayələr daxil edilib.
Məmməd Məmmədli
müstəqillik dövrünün yetirməsidir.
2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini
bitirib. İspan ədəbiyyatına, mədəniyyətinə
böyük marağı
olduğundan hələ
tələbəlik çağlarından
tərcüməyə həvəs
göstərib. Vaxtaşırı ispandilli yazıçıların
əsərlərindən nümunələri
dilimizə çevirib.
Povest və hekayələrindən
ibarət tərcümə
əsərləri ilə
“Ulduz” jurnalında müntəzəm çıxış
edir.
“Ay işığı” kitabında
toplanmış povest və hekayələrdən
aydın olur ki, tərcüməçi
insan psixologiyasının
dərinliklərinə varmağa
çalışıb. Xüsusilə, fəlsəfi təfəkkürü
qabarıq olan yazıçıların əsərlərinə
üstünlük verib.
“Ay işığı” kitabında
Xavier Serkasın “Təhrik”
povesti, Qustavo Adolfo Bekkerin “Ay işığı”,
İ.Ayendenin “Ümidsiz
sevgi məktubları”,
V.B.İbanyesin “Məhkum
olunmuş qadın”, “Mavrin qisası”, “Dənizdə”, X.Rulfonun “Alovlu gecə” hekayələri yer alıb. “Təhrik”
povestində təxminən
belə bir fikir ifadə olunur ki, insan
öz həyatını
təzədən yaşaya
bilməz. O, yaşadığı
həyatdakı səhvləri
ilə bütövdür.
Ancaq hər halda yaşanmış həyatdan
çıxarılan nəticələr
insanın gələcəyə
ötürdüyü ibrət
elementləridir.
Məmməd Məmmədlinin tərcüməçi
kimi imzası ədəbi mühitə kifayət qədər tanışdır. Hiss olunur ki, “Ay işığı”nda
toplanmış povest və hekayələrin dilində artıq bir səlislik var. Sanki söz-sözü çəkib
gətirir. Tərcüməçi bu əsərlərdə
istər təhkiyənin,
istərsə də dialoqların orijinaldakı
lakonikliyini qorumağa
çalışıb.
Kitab halında Məmməd Məmmədlinin tərcümə
debütü... Gedişləri,
düşüncə orijinallığı,
seçdiyi dilə doğmalığı aydın
görünən bir debüt... Qarşıda hələ çox yol var... Məmmədin
bu yolu uğurla
gedəcəyinə inanmaq
olar... İspan ədəbiyyatından örnəkləri dilimizə
çevirmək zəhmətini
öz üzərinə
yaradıcılıq istəyi
ilə götürmüş
tərcüməçinin zəhməti, şübhəsiz,
çox təqdirəlayiqdir.
Düşünmək olar ki, Məmməd Məmmədli
həyat və sənət qarşılaşmasında
öz mövqeyini “Ay işığı” adında
ümumiləşdirə bilib.
Onu da qeyd edək
ki, ədəbi əlaqələrdə digər
xalqların həyatına
yazıçılarımızın müraciət etməsi təbiidir. Şübhəsiz, bədii əsərlərdə
haqqında söhbət
gedən xalqın koloritini qorumaq üçün dialoqların,
ayrı-ayrı etnoqrafik
qeydlərin həmin xalqın dilində verilməsi əsərin təsir gücünü daha da artırır.
Bu zaman şübhəsiz,
Məmməd kimi tərcüməçilər də
yada düşür.
Məmməd ziyalı mühitində böyüyüb, necə
deyərlər, sözün
əhatəsində dünyaya
göz açıb və onun sözün
qoxusunu bilməsini də təbii qəbul etməliyik. Tərcümə
yaradıcılıqdır, özü də ciddi yaradıcılıqdır,
kifayət qədər
çətinliyi və
əzabları ilə
birgə...
Xalq cəbhəsi.-2019.- 20-22 iyul.- S.8.