Kukla teatrı
mövsümünü başa
vurur
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurur. Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.
Həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” (saat 12 və 14.00 seanslarında) tamaşasına baxacaqlar.
Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş günündə təntənəli mərasim də baş tutacaq. Belə ki, teatrın truppası və nəzdindəki “Oyuq” tetar-studiyasının balaca istedadlarının təqdimatında tamaşalardan hissələr, musiqi nömrələri və ümumilikdə mövsümə nəzər xarakterli videoçarx nümayiş olunacaq.
Bu mövsüm teatrın uğurlarında əməyi olan, məhsuldar fəaliyyəti ilə yadda qalan kollektiv üzvləri və studiya fəallarından bir neçə şəxsə müxtəlif nominasiyalarda mükafat və diplomların təqdim olunması da nəzərdə tutulub.
Yeri gəlmişkən, qeyd etməliyik ki, yubiley mövsümündə bir sıra uğurlara imza atan teatrın kollektivi iki beynəlxalq festivaldan (XI Beynəlxalq “Muraveynik” və “Orteke” V Beynəlxalq Kukla Teatrları fesivalları) yüksək mükafatla qayıdıb.
Mövsüm ərzində teatr müxtəlif ideya və mövzularda 6 yeni tamaşa (teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda “Turp” və “Qırmızıpapaq”, Anar Məmmədovun quruluşunda “Pişiyin evi”, “Unudulmuş kukla”, “Yeni il nağılı” və rus bölməsi üçün nəzərdə tutulan “Durna balığı”) hazırlayaraq teatrsevərlərin ixtiyarına verib.
Bundan başqa, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının baslaca aktyor-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin ifaçılıq nominasiyasında birincisi, autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikincisi seçiliblər. Ümumilikdə studiya il ərzində müxtəlif irimiqyaslı layihələri də uğurla reallaşdırmağa nail olub.
Teatrın mövsüm
sonuna həsr olunmuş
bayram tədbirində il
ərzində Azərbaycan Dövlət Kukla
Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı
şəkildə işıqlandırmağa
yardımçı olan KİV nümayəndələri
də təltif olunacaq. Belə ki, Milli Mətbuat Günü ərəfəsində
bir neçə media
təmsilçisi “Teatrın dostu”
mükafatı ilə təltif olunacaq. Onu da qeyd
edək ki, bu miqyasda mükafatlandırma təşəbbüsünü
də məhz bizim teatr
gerçəkləşdirmiş olacaq.
Xalq cəbhəsi.-
2019.- 11-12 iyul.- S.8.