ERKİN VAHİDOV - Bircə əsərimi, bircə şeirimi, sabaha üzüağ çıxara bilsəm…

 

Erkin Vahidov 1936-cı ildə Fərqanə vilayətinin Altıarıq nahiyəsində anadan olub. Sonralar ailələri Daşkəndə köçdüyündən taleyi bu şəhərlə bağlanıb. Orta təhsilini başa vurduqdan sonra Daşkənd Pedaqoji institutuna daxil olub. E.Vahidov 1960-cı ildə institutun filologiya fakültəsini bitirib. İnstitutu bitirərək o, Q.Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında məsul vəzifələrdə çalışıb. Sonra “Gənclik” jurnalının baş redaktoru ol¬muşdur. 1983-cü ildə “Şərq üfüqləri” toplusuna görə Özbəkistan Dövlət mükafatına layiq görülüb. E.Vahidov ədəbiyyata 60-cı illərin başlanğıcında gəlib. Özbəkistanın xalq şairixalq deputatıdır.

E.Vahidov tərcüməçilik fəaliyyətində də seçilən sənətkardır. O, İbn Sinadan, Hafizdən, Şillerdən, Getedən, Puşkindən, Yesenindən, Blokdan, R.Həmzətovdan bir çox tərcümələr edib. Xüsusilə GeteninFaust” və Yesenininİran nəğmələri” əsərlərinin mahiranə tərcüməsi E.Vahidova böyük şöhrət gətirib.

Erkin Vahidov hazırda Özbəkistanın ədəbi və ictimai həyatında fəaliyyətinə görə seçilən və tanınan simalardandır. Onun əsərlərindən ibarət 2 cildliyi 1986-cı ildə Daşkənd şəhərində çapdan çıxıb.

Erkin Vahidovun ədəbiyyata gəlişi 60-cı illərə təsadüf edir. Artıq bu illərdən başlayaraq müasir özbək poeziyasında özünü göstərən vətənpərvərlik motivi bir çox şairlər kimi E.Vahidovun da yaradıcılığında möhkəmlənməyə başlandı. “Gözəllik”, “Gənclik divanı”, “Şirin”, “Gəncliyim, gəl” və digər şeirləri yeni mövzuideya sahəsində şairin uğurlu axtarışlarının məhsuluna çevrilib. 

Erkin Vahidov klassik ədəbiyyata yaxşı bələd olduğu üçün yaradıcılığında həmin ədəbiyyatın təsiri yüksək planda hiss olunur. O, daha çox Nəvai və Füzuli poeziyasından bəhrələnib və onların sənətində olduğu kimi, sözün ifadə və işlənmə imkanlarının müxtəlifliyini yaradıcılığında təmin edə bilib. Bu səbəbdəndir ki, E.Vahidov poeziyasında fəlsəfilik, sadəlik və musiqilik nəzərə çarpan cəhətlərdən biridir.

70-80-cı illərdə Erkin Vahidovun yaradıcılığının ictimai mahiy¬yəti güclənməyə başlayıb. ŞairinNida” (1965), “İndiki gənclər” (1974), “Məhəbbətnamə” (1986), “Sədaqətnamə” (1986) kimi kitablarında toplanan bir çox şeirlərində özbək xalqının əsasən zəhmətsevərliyi, insanpərvərliyi və s. təsvir olunub. Onun “Qətrələr”, “Ürək və ağıl”, “Şahmatşeir” adlı parçaları, “Nida” poeması özbək gəncliyinin çağdaş düşüncə tərzini əks etdirir” (X.R.Ulutürk). Demək olar ki, Vahidovun şeirlərində xalq arzularının tərənnümü ön plana keçir. Məsələn., “İndiki gənclər” şeirində müdrik bir qocanın keçdiyi ömür yoluna baxış fonunda bu günkü həyatın reallıqlarına münasibət əks etdirilir. Bu baxışda arxayınçılıq və qürur duyulmaqla yanaşı, həm də bir narahatçılıq özünü göstərir. Şeirdə şairi ölkənin, xalqın şərəfli gələcəyi düşündürür. Ona görə də müəllif müdrik, dünyagörmüş qocanın fikirlərində indiki gəncliyi gələcək tarixin qoruyucuları və layiqli övladları şəklində təqdim edir. Lakin qoca narahatdır ki, indiki gənclik belə tarixi missiyanın həyata keçirilməsinə hazır deyil:

 

Cavanlar gözümə dəyir bir təhər.

Biz gənc olmuşuq,

Bilmirəm nədən

Axı belə oldu indiki gənclik.

 

Şeir bu günkü gənclərə öyüd-nəsihət vermək baxımından olduqca qiymətlidir. Əsərdə gənclərə vətəni sevmək, elm, mərifət öyrənmək, xalqa bağlı olmaq s. cəhətlər aşılanır. Asan yolla elm, mənsəb vəzifə qazanmaq istəyənlərə tənqidi münasibət bildirilir:

 

Ancaq narazıdır o, nəvəsindən,

Qocanın könlünü dərd-qəm alıbdır:

Uşaq imtahandan kəsilib nədən?

Niyə yaxşı-yaxşı hazırlaşmır o?

Belə imkan yoxdu biz oxuyanda.

Niyə çətinliyə heç qatlaşmır o?

Görən, qeyrət hissi yoxdumu onda?”

 

Müdrik qoca mənsub olduğu nəslin uşaqlıq, gənclik, kamillik dövrünün zəhmətə xalqa bağlılığını indiki gənclərə örnək kimi nümunə gətirir. Lakin əsərdə müasir gəncliyin həyat baxışları əməlləri tənqid olunsa da, burada düzgün yola, əməyə bağlılığa, gələcəyə layiqli övlad olmağa çağırış olduqca güclüdür. Ona görə Özbəyimşerində zəhmətkeş xalqın obrazını yaratmaqla şair həyatın daha lazımlı örnək ola biləcək xüsusiyyətlərindən danışmışdır. Bir sənətkar kimi Erkin Vahidovun poeziyasında səmimi hiss duyğuların yüksələn xətt boyu inkişafı müşahidə olunur. Belə halda mənəviyyat məsələləri, fəlsəfilik sadə poetik tərz deyimindədir. İş görürük biz” şeirində şair zəhmətin, əməyin istər cəmiyyətdə, istərsə insan həyatında oynadığı rolun əhəmiyyətindən söhbət açır. Şeirdə obyektivlik, hər şeyin düzgün, yerli-yerində dərk qiymətləndirilməsi ən vacib tələb kimi ortaya atılır. Ona görə zəhmət adamının əməyini qiymətləndirərkən müxbirin müsahibəsində işlənən bəlağətli ifadələr zəhmətkeş kəndlinin əməyinin həyati yox, nəzəri aspektdən təhlili kimi səciyyələndirilərək tənqid olunur:

 

Bizi vəsf edirsən: “Köhlən çaparlar!”

Zəfər mərəsinə gedib çatanlar!”

Vallah, bu mədhiyyən yaraşmır bizə,

Bizim cadar-cadar əllərimizə.

 

Şeirdə ağır şəraitindən, çətin əməklərindən həm zövq alan, həm inciyən sadə özbək xalqının arzu istəyi məcburiyyət şəklində süni deyilmişlərin poetik ifadəsi deyil, ömrünü torpağa bağlamış insanların, çox işləyib az qazanan adamların mənən zənginliklərinin yüksək təmənnada olmamalarının əksidir.

 

Qonaq-qara gülsə gülər üzümüz,

Bir toğlu kəsməyə çatar gücümüz,

Bircə əhdimiz var: dava olmasın,

Azad nəfəs alsın bu tarla, bu düz.

 

Bir damcı göy yaşışeiri isə sırf səmimi duyğuların, insani hisslərin yüksək fəlsəfi tərzdə ifadəsini əks etdirir. Həyatda insanın yerini, mövqeyini, adamların bir-birinə münasibətlərini müəyyənləşdirir:

 

Qayadan bir kiçik daş yumalansa,

Dağlara iz salar - demə neyləyər.

Gözündən bir damcı yaş yumalansa,

Könlünü dağlayar, viran eyləyər.

Köksümə düşərsə, inanın ki, mən

Qadirəm qaldıram dağlar daşını.

Qaldıra bilmərəm kirpiklərimdən

Üzülən bir damcı qayğı yaşını.

 

Şeirşahmat” və “Alimlər-şairlər” şeirləri Erkin Vahidovun bilavasitə elm-sənət görüşlərinin tərənnümünə daha çox yaxınlaşır. Bu vəziyyətdə şair həm də şeirin məqsəd və vəzifələri, həyat problemləri barədə təsirli fikirlərini oxucu ilə bölüşmək imkanı əldə edir:

 

Sənət, mübarizə, gözəllik, cürət,

Şeirdə, şahmatda daim yanaşı.

Min ildən bəridir: köksündə qüdrət

Onlar çarpışırlar şahlara qarşı.

Sözün meydanında söz gərək olsun,

Şahmat taxtasında zəka şöləsi.

Burda sərrast gərək, düz gərək olsun,

Hər fiqur addımı, hər söz zərbəsi.

 

Şeirşahmat” şeirində irəli atılan ideyalardan biribudur ki, əsərlərinin gələcəkdə yaşamaq ehtimalı çox olan sənətkarlar xoşbəxtdirlər:

 

Bircə əsərimi, bircə şeirimi,

Sabaha üzüağ çıxara bilsəm.

Şahmatı yaratmış o hindli kimi,

Mən xoşbəxt sayardım özümü əslən.

 

Erkin Vahidov bir çox poemalar müəllifidir. OnunArzu çeşməsi”, “Nida”, “Palatkada yazılan dastan”, “Nəğmə diyarı”, “Çıraqban”, “Ruhlar üsyanı s. kimi çoxsaylı poemaları istər mövzu, istərsə ideya baxımından diqqətəlayiqdir. Nidapoeması Böyük Vətən müharibəsində həlak olan adamların qəhrəmanlıqlarından, vətənsevərliklərindən bəhs açır. Onların yollarının övladları tərəfindən davamı böyük fərəh ümid hissi ilə qeyd olunur.

Ruhlar üsyanıpoemasının mövzusunu Hindistanın inqilabçı şairi Narzul İslamın həyat fədakarlığının tərənnümü təşkil edir. Əsərin ideyası isə azadlıq, ədalət həqiqət prinsiplərinə əsaslanır. Erkin Vahidovun dramaturji fəaliyyəti təqdirəlayiqdir. OnunQızıl divar” (1970) komediyası İstanbul faciəsi” (1985) mənzum dramı sənətkara uğur qazandırmış əsərlərindəndir.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

Xalq cəbhəsi.-2019.- 11-12 iyul.- S.7.