“Son nəfəsədək”
Yenicag.az xəbər verir
ki, təqdimat mərasimində tanınmış
mədəniyyət xadimləri,
millət vəkilləri
iştirak edib.
Ssenari müəllifi
və baş prodüseri Nurəddin Aslanov olan film real hadisələr əsasında
lentə alınıb.
Filmin quruluşçu rejissoru Elnur Əliyev, quruluşçu operatoru Cavid Orucov, bəstəkarı
Yaşar Baxış,
quruluşçu rəssam
Mehriban Əfəndi, icraçı prodüseri Rövşən
Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov,
Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov,
Rövşən Kərimduxt,
Taleh Yüzbəyov və başqaları rol alıblar.
Filmin çəkilişləri
Füzuli rayonunda, eləcə də Bakı şəhərində
aparılıb.
Film maraqlı süjet xətti ilə diqqət çəkib:
1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarının birində
cəza çəkən
Yavər doğma torpağına – Qarabağa,
Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır.
Amma burada hər şey dəyişib.
Erməni silahlıları dinc azərbaycanlılara
divan tutub, sovet sülhməramlıları bölgəyə
yeridilib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı
Qarateldən də xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini üzərinə
götürən Yavər
ətrafına döyüşçülər
toplayır. Amma Sovet
sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə üz-üzə gələndə
heyrətlənir və
seçim qarşısında
qalır.
Maraqla gözlənilən film tamaşaçıların böyük rəğbətini qazanıb.
Xalq Cəbhəsi.- 2019.-23-24 iyul.-
S.8.