“Vizanın ləğvi Azərbaycan və Türkiyə münaibətlərinin strateji əhəmiyyətə malik olduğunu göstərir”
Vüqar Zifəroğlu: “Bunun həm Azərbaycan, həm də
Türkiyə üçün böyük əhəmiyyəti var”
Prezident İlham Əliyevin
Türkiyə vətəndaşları üçün
vizanı ləğv etməsi hər iki
ölkə ictimaiyyətində müsbət
qarşılanıb. Ekspertlər bu qərarın
hansı dividentlər gətirəcəyini dəyərləndiriblər.
Qeyd edək ki, Prezident İlham
Əliyevin qərarı ilə sentyabrın 1-dən Türkiyə
vətəndaşları Azərbaycana vizasız səyahət
edə biləcəklər.
Analitik Vüqar Zifəroğlu
“Xalq Cəbhəsi”nə bildirib
ki, ümumiyyətlə vizaların ləğvi
Azərbaycan və Türkiyə münaibətlərinin necə
ciddi strateji əhəmiyyətə
malik olduğunu
göstərən ən bariz nümunədir.
Onun fikrincə, bununla
bağlı müəyyən müzakirələr
aparılır, danışıqlar gedirdi:
“Təbii ki, bunun həm
Azərbaycan, həm də Türkiyə üçün
böyük əhəmiyyəti var. Bu ilk
növbədə Trükiyə vətəndaşlarının
daha rahat və sərbəst
şəkildə Azərbaycana gəlmələrinə şərait
yaradacaq. Bu, ciddi iqtisadi əhəmiyyət
daşıyır, turizmin inkişafına
şərait yaradacaq. İki
qardaş ölkənin bir
birilə daha yaxın əlaqə
qurması, xalqlarımızın daha
yaxınlaşması üçün
vizanın ləğvi ciddi əhəmiyyət
daşıyır. Həm iqtisadi, həm siyasi, həm də mənəvi baxımdan bu qərar olduqca vacibdir”.
Millət
vəkili Tahir Rzayev deyib ki, Türkiyə vətəndaşlarına
Azərbaycana 30 günə qədər giriş
vizasının sentyabrın 1-dən ləğv edilməsi iki qardaş və dost dövlət arasında münasibətlərin
daha da güclənməsinə
və möhkəmlənməsinə xidmət edəcək. Deputatın sözlərinə
görə, bu gün
bu iki ölkəni
bir-birindən ayrılıqda təsəvvür etmək mümkün deyil: "Bütün məsələlərdə eyni vahid mövqedən
çıxış edir, bütün
məsələlərdə bir-birilərinə ön, qeyd-şərtsiz dəstək verirlər.
Bütün beynəlxalq tribunalarda
bu iki dövlət və
onun liderləri-cənab İlham
Əliyevlə cənab Rəcəb Tayyib
Ərdoğan eyni mövqeni
sərgiləyir, qoşa qanad
kimi addımlayır. Yadınızdadırsa,
bir neçə il
öncə İsveçrədə növbəti Davos İqtisadi Forumu keçirilərkən, Türkiyə prezidenti məlum səbəblərdən ora qatılmamışdı. Həmin vaxt Türkiyə ilə bağlı sual verilərkən Azərbaycan Prezidenti cənab İlham
Əliyev "Türkiyə dövləti, onun
rəhbəri burada təmsil olunmur, amma biz
qardaş dövlət kimi
buradayıq, Türkiyə ilə bağlı məsələ
bizim də məsələmizdir"-deyərək,
tarixi nailiyyətə imza
atmışdı.
Bu, heç də hər
kəsə nəsib olan bir
cəsarət və qabiliyyət deyil. Bu, yalnız İlham
Əliyev, eyni zamanda,
Ərdoğan kimi liderlərə məxsus,
xas olan bir cəsarət və keyfiyyətdir.
Türkiyə dövləti, Türkiyə prezidenti
də daim bütün
tribunlardan Azərbaycana dəstəyini
ifadə edir, Qarabağ,
Xocalı ağrılarını gur səslə
dilə gətirir. Odur ki,
bu iki ölkə
arasında heç bir
sahədə problem yoxdur,
ola bilməz və olmamalıdır. Son qərar, son addım da bir daha
bunun sübutudur".
Millət vəkili
Aydın Mirzəzadə bildirib ki, bu razılaşma ilə
iki ölkə arasında münasibətlər
daha yüksək səviyyəyə çatacaq: “Azərbaycan və
Türkiyə arasında razılaşmaya əsasən bu ilin 1 sentyabr
tarixindən Türkiyə vətəndaşları üçün viza rejimi ləğv edilir.
Əvvəldən də bu məsələdə
iki ölkə arasında problem
yox idi və Azərbaycanın
bu qərarı ilə məsələ tam hüqüqi həllini tapdı. Əlaqələrimizin
güclənməsinə səbəb olacaq.
Qardaşlıq və dostluq münasibətlərimiz
Ulu Öndər Heydər Əliyevin " Bir millət, iki dövlət"
prinsipinə söykənir və daima inkişaf edir. Azərbaycan
və Türkiyə daima bir
yerdədirlər. Dostluğumuz daima inkişaf edəcək”.
İqtisadçı ekspert Rəşad Həsənov deyib ki, əksər hallarda hətta qardaş
ölkə tərəfindən qınağa çevrilən
və dostluq dəyərlərinə uyğun olmayan bir problem nəhayət ki, tarix oldu.
O əlavə edib ki, bu addım Azərbaycanın turizm
sektoruna yeni nəfəs
gətirəcək. İqtisadi və ticari münasibətlər daha
da dərinləşəcək: “Dövlət
Statistika Komitəsinin məlumatına
görə 2018-ci ildə Türkiyədən Azərbaycana turist kimi gələnlərin
sayı 268 min nəfər olub,
bu da ötən il ölkəyə gələn turistlərin
10.3 faizi deməkdir. Başqa
sözlə ölkəyə gələn hər 10 turistdən
biri məhz Türkiyə vətəndaşı
olub. Bu, xarici ölkələrə gedən turistlərin
cəmi 3.2%-dir. Qeyd edək ki, 2018-ci ildə 8.4 milyon Türk vətəndaşı xarici
ölkələrə üz tutub. Rəsmi rəqəmlərə görə
bir türk turist orta hesabla
578 USD yaxud 983 manat olmaq, ümumilkdə 2018-ci ildə Azərbaycanda
263 milyon manat pul xərcləyiblər. Bu
o deməkdir ki, Azərbaycanın
xürici turistlərdən əldə etdiyi ümumi gəlirin
9.4 faizi Türk vətəndaşlarının
xərləmələri hesabına mümkün
olub. deməkdir. Xatırladım ki, ötən il türk turistlər xarici
ölkələrdə cəmi 4.9 milyard
ABŞ dolları pul xərcləyiblər
ki, bunun da 3.2 faizi Azərbaycanın
payına düşür”.
Ekspeertin fikrincə, hətta mövcud
statistika real mənzərəni
tam olaraq əks etdirə
bilməsə də, o qənaətə gəlmək
olar ki, yuxarıda
sadaladığımız gösətricilər mövcud potensialın çox
altındadır: “Dil, din,
adət-ənənə uyğunluğu, əcdad
eyniliyi Türkiyə-Azərbaycan
arasında turizm potensialının çox daya böyük olmasını deməyə əsas
verir. Sadəcə bu ölkədən gələnlərə Azərbaycan
tərəfinin viza tələb etməsi bu potensialdan yaralanmaq imkanını azaldırdı. Maneənin
aradan qalxması Türkiyədən Azərbaycana
gələn turistlərin sayında ciddi
artım olacağını proqnozlaşdırmağa əsas verir. Mən bu münasibətlə həm bütün
turizmçiləri təbrik edirəm və həm də onlara layiqli və
sayqılı xidmətlər təklif etmək üçün yarışmağı, gələn
turisti necə aldadım ki,
çox qazanım kimi
anlıq düşüncələrdən uzaq
durmağı arzu edirəm. Ümid edirəm ki, bütün steykholderlər potensial
turist sayı artımına layiqincə
hazırlaşacaq və turizm xidmətlərinin
idxalından daxil olan valyuta nə vaxtsa neft sektorunun gətirdiyi valyutadan daha çox olacaqdır. Gəlin, bu
fürsətləri dəyərləndirək”.
Millət vəkili Azər
Badamov deyib ki, Azərbaycan və Türkiyə
arasındakı münasibətlər öz
inkişaf dövrünü
yaşayır: “Bu münasibətlər tarixi köklər üzərində qurulub. Vizanın aradan
qaldırılması ulu öndərin qeyd elədiyi kimi bir millət-iki dövlət ifadəsinə sadiqliyin göstəricisidir. Viza
rejiminin aradan
qaldırılmasının siyasi tərəfi
odur ki, ulu öndərin “bir millət-iki
dövlət” ifadəsi real əməldə
də öz əksini tapıb. Biz dünyaya bunu bir daha
sübut etdik”.
Millət vəkili bildirib ki, qardaş
ölkələr arasında viza ola bilməzdi. Vizaların götürülməsi
ölkələrimiz arasındakı münasibətlərin çox yaxın olduğunu
göstərir: “Eyni zamanda,
hər zaman bir-birimizin
yanında olduğumuzun göstəricisidir.
İqtisadi tərəfdən vizaların aradan götürülməsi ölkələr
arasında vətəndaşların qarşılıqlı
səfərlərinin sayını çoxaldacaq.
Türkiyə 30 gün
müddətinə vizanı aradan götürmüşdü. Azərbaycan birtərəfli
olaraq viza məsələsini
qüvvədə saxlamışdı. Bu ilin sentyabrın 1-dən isə Azərbaycan da Türkiyə vətəndaşları üçün qapısını tamamilə
açır. Qardaş ölkənin
vətəndaşları 30 gün
müddətində sərbəst şəkildə ölkəmizə
səfər edəcəklər. Bu həm
də iqtisadiyyatdır. Bu Türkiyə vətəndaşlarının
Azərbaycana səfərlərinin sayını çoxaldacaq. Təbii ki,
ölkəmizə gələn hər bir
vətəndaş özü ilə buraya müəyyən dərəcədə
maliyyə gətirir. İqtisadiyyatımıza öz
töhfəsini verir. Bu
gün Azərbaycan Türkiyəyə 20 milyard dollardan çox investisiya qoyub. Qardaş ölkə
də Azərbaycana 14 milyarddan çox investisiya
yatırıb.Düşünürəm ki,
ölkəmizin viza rejimini
aradan qaldırması Türkiyədən
gələn investisiyaların həcmini artıracaq”.
Əli.
Xalq Cəbhəsi.- 2019.- 27 iyul. S.
5.