Azərbaycan diasporu: İspaniya
Real vəziyyət:
problemlər və perspektivlər
Azərbaycan diasporu uzun illər
İspaniyada formalaşa
bilməyib. Bunun səbəblərindən biri azərbaycanlıların
İspaniyaya sonradan -
XX əsrin 90-cı illərindən
etibarən köçməsi
ilə bağlıdır.
Bu gün də
ispaniyada azərbaycanlıların
sayı digər Avropa ölkələrinə
nisbətən azdır.
Hazırda İspaniya Krallığında
8-ə yaxın Azərbaycan
diaspor təşkilatı
fəaliyyət göstərir.
Amma son illər
müsbət tendensiya
müşahidə olunur. İspaniyada fəaliyyət
göstərən Azərbaycan
diaspor təşkilatları
aktivləşməyə başlayıb
ki, bu da
sevindirici haldır.
İspaniyada Azərbaycan diaspor təşkilatlarının daha
aktiv fəaliyyət göstərməsinin vacibliyini
şərtləndirən amillər
var.
Qeyd edək
ki, erməni lobbisi bu boşluqdan
məharətlə istifadə
edib. Xüsusilə krallığın kataloniya bölgəsində
aktiv fəaliyyət göstərən ermənilər
yalanlarını yayaraq,
uzun illər maddi və siyasi
dəstək ala biliblər.
Bu səbəbdən də
Azərbaycan diasporunun
burada daha aktiv və effektiv
fəaliyyət göstərməsi
vacibdir. Bu ölkədə
fəaliyyət göstərən
bəzi soydaşlarımızı
tanıdıqdan sonra müsbət işlərin
görüləcəyinə ümid yaranır.
Bundan başqa
İspaniya turizm sahəsində dünyada
ilk üçlüyə daxil
olan ölkədir. Bu ölkədən
olan turistlərin Azərbaycanı seçməsi
ölkə iqtisadiyyatına
müsbət təsir
edir ki, bunun üçün diaspor təmsilçilərinin
fəaliyyətindən çox
şey asılıdır...
İstedadlı soydaşlarımız
Ümidverici məqamlardan biri xaricdə yaşayan azərbaycanlılar arasında
istedadlı soydaşlarımıza
artıq tez-tez rast gəlinməsidir. Onlardan biri
də İspaniyada yaşayan musiqiçi Cəmil Quliyevdir. Cəmil Quliyev bildirdi ki, 2013-cü ildən İspaniyada yaşayır.
Əvvəllər başqa sahədə
fəaliyyət göstərsə
də 2016-cı ildən
musiqi ilə məşğul olmağa
başlayırb “Çünki
atam hər zaman mənə deyərdi ki, “musiqini buraxma, səndə istedad var və özün
bunu bilmirsən”.
Mən də yavaş yavaş musiqi ilə məşğul olmağa başladım, restoranlarda ifa edirdim. Müəyyən zamandan sonra
qardaşımı da
bura dəvət eldim və iki
qardaş bu işi davam etdiririk. “Grupo
los hermanos” (qardaslar qrupu) adlı bir qrup yaratmışıq.
Günü-gündən bizə təkliflər
artır və bu bizi sevindirir.
Hamı bizim ifamıza qulaq asanda elə
bilir ki, biz ispanıq. Azərbaycanlı olduğumuzu deməsək
ispan olduğumuzu güman edirlər. Hətta azərbaycanlı olduğumuzu
deyəndə təəccüblənirlər”.
Onun sözlərinə
görə, ailə problemləri ilə bağlı olaraq qardaşı Azərbaycana
qayıdıb: “Mən
isə hazırda fəaliyyətimi tək davam etdirirəm. Şükür Allaha ki, artıq bir konsert vermişəm.
Bu “Ayutamendo de Madrid” adlanan önəmli dövlət qurumunun təşkil elədiyi konsert olub. Yəni bu, Madriddə dövlət səviyyəsində
təşkil olunan bir konsert deməkdir.
Albomum da artıq hazırdır
və bu yaxınlarda işıq üzü görəcək".
Cəmil Quliyev Azərbaycanı heç bir zaman yaddan
çıxarmır, ölkəmizi
tanıtdırmağa çalışır,
eyni zamanda, Qarabağ mövzusuna da müraciət edir: "Mən özümə borc bilirəm ki, burada Azərbaycanı, Qarabağı da tanıtdırım. Avropada
yayımlanan klipimdə
Qarabağ mövzusuna
müraciət etmişəm...".
Planlanlaşdırılan tədbirlər
İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının
(ACAE) rəhbəri Fərid
Mustafayev bildirdi ki, hazırda İspaniyadakı Azərbaycan
diasporunun fəaliyyətini
müsbət qiymətləndirmək
olar. Onun sözlərinə
görə, Diasporla İş üzrə Dövlət Komitəsinin
rəhbəri Fuad Muradovun İspaniyaya səfəri effektiv olub: “Fuad Muradov
bir çox məsələləri həll
etdi və koordinasiya şurasının
yaradılmasını dəstəklədi.
Biz iki nəfəri
koordinasiya şurasına
üzv seçdik.
Onu da qeyd edim
ki, seçilən nümayəndələr çox
aktiv fəaliyyət göstərirlər. Görülən işlər çoxdur.
Misal üçün bir cox səmərəli tədbirlərin keçirilməsi,
konsert proqramlarının
təşkil olunması,
Azərbaycanın maraqlarını
ölkə xaricində
məhz, İspaniyada layiqincə təmsil etməyimizi göstərə
bilərik. Biz bunu birlikdə bacarırıq. Planda bir
çox tədbirlər,
yeni incəsənət,
idman, mədəniyyət
tədbirləri kimi işlər nəzərdə
tutulub. Bizim ən böyuk
problemimiz burda yaşayan azərbaycanlıların
birgə fəaliyyəti
ilə bağlı idi, o da Fuad
Muradovun səfərindən
sonra öz həllini tapdı. Artıq onu əminliklə deyə bilərəm ki, İspaniyada yaşayan azərbaycanlılar
birgə və koordinasiyalı fəaliyyət
göstərirlər. Biz
Cənab Prezidentin Azərbaycan diasporu qarşısında qoyduğu
tapşırıqları böyük
məmuniyyətlə həyata
keciririk. Qarşıda ciddi və effektiv
layihələrimiz var,
gələcəkdə daha
uğurlu işlərə
imza atacağıq”.
“İspan turistləri Azərbaycana cəlb edəcəyik”
Valensiya Azerbaycanlıları Cəmiyyətinin
sədri Mübariz İbrahim diqqətə çatdırdı ki, İspaniyada koordinasiya şurası yaradılıb. Onun sözlərinə görə,
İspaniyada Azərbaycan
diapsoru günü-gündən
daha aktiv şəkildə işlərə
başlayıb: “Bölgələrdə
diaspor fəallarımız
günü gündən
artmaqdadır. Vətənimizi
ispan cəmiyyəti ilə yaxından tanış etmək, mədəniyyət,
incəsənət, idman,
turzim baxımından
əməkdaşlığımızı
gücləndirmək, Azərbaycanı
tanıtmaq, isğal olunmuş torpaqlarımız
barədə məlumat
vermək, erməni diaspor təşkilatlarının
təxribatlarının qarşısını
almaqla bağlı addımlar atırıq. Planda İspaniyada azərbaycanlı övladlarımıza
Azərbaycan dilində
dərsliklərinin verilməsi,
ispan turistlərin Azərbaycana cəlb edilməsi, Qarabağ idman klubunun açılması və
digər işlərin
görülməsi var. Problemlərimizdən
biri və ən aktualı ispaniyada doğulan uşaqların və İspaniyada yaşayan həmvətənlərimizin şəxsiyyət
vəsiqəsinin olmamasıdır.
Ümid edirik ki, bu
probelm səfirliyin dəstəyi ilə öz həllini tapacaq. Səfirlik bununla bağlı
Xarici İşlər
Nazirliyinə müraciət
edib”.
Planlaşdırılan layihələr
İspaniya Krallığının Junta de Castilla Leon bölgəsinin Medina de Pomar şəhərində yaşayan, İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Asosiasiyasının yaşadığı bölgə üzrə direktoru, İspaniya Azərbaycanlıları Birliyinin yaradıcısı Vahid İmanov diqqətə çatdırdı ki, əvvəlki illərə nəzər saldıqda İspaniyadakı Azərbaycan diaspor cəmiyyətlərində çox güclü canlanma var. Məqsədimiz ölkəmizi layiqincə təmsil etmək və qarşıya qoyulan hədəfə çatmaqdır. Vəzifəmiz Azərbaycan həqiqətlərini ispan ictimaiyyətiunə çatdırmaqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İspaniyaya səfəri zamanı bizlər birliyimizi nümayiş etdirdik. Hazırda diaspor təşkilatlarımız aktiv fəaliyyət göstərirlər. Son toplantımızda İspaniya üzrə səsvermə yolu ilə koordinasiya şurası yaradıldı. Gələcəkdə qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün müzakirə apardıq.
İspaniyadakı Azərbaycan diasporu indi çox fəallaşıb. Yaxın gələcəkdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihələr həyata keçirəcəyik. Artıq Azərbaycan diasporu İspaniyada sözünü deyir, lazımi yerlərə həqiqətləri çatdırır. Diasporumuzun perspektivləri çox yüksəkdir, bu da bizlərin buradakı birliyindən irəli gəlir. Bəli problemlər var və onları da aradan qaldırmağa çalışırıq. Bizlər çalışırıq ki, daim vətənimiz Azərbaycanın adını hər zaman uca tutaq”.
Rəsmi mövqe
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı isə diqqətə çatdırdı ki, İspaniya Krallığında yaşayan Azərbaycanlıların bu ölkədə məskunlaşması XX əsrin 90-cı illərindən başlayıb: “Bu isə obyektiv və subyektiv səbəblərlə əlaqədar idi. SSRİ-nin dağılması ilə Azərbaycanın müstəqilliyini bərpa etməsi və nəticə etibarı ilə digər dövlətlərə gediş-gəlişin asanlaşması, habelə həmin dövrdə ölkədə qeyri-stabil hərbi siyasi vəziyyət, iqtisadi çətinliklər miqrasiyanı şərtləndirən amillər idi.
Tarixi Azərbaycan torpaqlarının şimalından fərqli olaraq cənubunda yaşayan soydaşlarımızın İspaniyaya miqrasiyası XX əsr boyu davam edib. Bu XX əsrin 20-ci, 40-cı illərində baş vermiş azadlıq hərəkatlarının uğursuzluğa düçar olmasından sonra başlanan təqiblər, habelə 1978-ci ildə olmuş islam inqilabı ilə bağlı olaraq şah tərəfdarlarına qarşı repressiv tədbirlərlə əlaqədar idi. Ancaq bir məqam qeyd edilməlidir ki, şimaldakı soydaşlarımızdan fərqli olaraq cənubdakılar üçün İspaniya Krallığı digər qərbi Avropa ölkələrinə, habelə Amerika Birləşmiş Ştatlarına miqrasiyada tranzit məkan rolunu oynayıb”.
Vəsilə Vahidqızı əlavə etdi ki, İspaniyada məskunlaşmış soydaşlarımızın təşkilatlanması prosesi XXI əsrin ilk onilliyindən başlayıb: “2019-cu il yanvarın 1-i tarixinə olan məlumata əsasən İspaniya Krallığında 8-ə yaxın Azərbaycan diaspor təşkilatı var. Fəaliyyət nöqteyi nəzərindən bu təşkilatların 2-si aktivdir. Digərləri yarandığı tarixdən başlayaraq ilk illərdə fəal olsa da zaman keçdikcə fəaliyyətsizlikləri ilə diqqət çəkiblər.
Fəal təşkilatlardan ilk növbədə Barselona şəhərində fəaliyyət göstərən "Barselona Azərbaycanlıları Cəmiyyəti" nin fəaliyyətini qeyd etmək istəyirəm. Təşkilat Barselona şəhərində yaşayan soydaşlarımızın təşəbbüsü və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə yaradılıb. Təşkilatın rəhbəri Kərim Kərimovdur. Təşkilat mütəmadi olaraq Azərbaycanın əlamətdar günlərini tədbirlər formasında qeyd edir, habelə bölgədə məskunlaşmış türklərlə, gürcülərlə, yerli icra və məhkəmə orqanları ilə əməkdaşlıq edir.
Digər fəal təşkilat isə "İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası"dır. Təşkilatın rəhbəri Fərid Mustafayevdir. Təşkilat əsasən iqtisadi sahədə fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına ispan iş adamlarının investisiya yatırılması istiqamətində təbliğat-təşviqat aparır.
Bildirmək istərdik ki, cari ilin 19 may tarixində Madriddə İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis konfransı keçirilib.
Konfransda İspaniyaya səfəri çərçivəsində Diasporla İş Üzrə Dövlət Komtəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov təsis konfransında iştirak ediblər.
İspaniyada yaşayan soydaşlarımız diaspor fəaliyyətinin mütəşəkkilliyini artırmaq üçün Koordinasiya Şurasının yaradılmasını məqbul sayıblar. Səsvermə yolu ilə İspaniya Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib. Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov, Seviliya şəhərində yaşayan soydaşımız Yaqut Novruzova və Portuqaliyada yaşayan gənc fəalımız Orxan Abbasov Şuranın əlaqələndiriciləri seçiliblər”.
Əli
Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2019.- 20 iyun.- S.7.