Çağdaş Güney Azərbaycan epik şeirinin poetik sistemi

 

 

 

O Güney ki, yaşayış aləminə nurlu çıraqdır, o Güney ki, susuz insanlara bir dadlı bulaqdır, o Güney ki, hamı gözlər yata, amma o oyaqdır, o Güney ki, ona Təbriz o Təbrizə dayaqdır

1-ci yazı

 

Poema janrı onun üç əsas növü - lirik, epik dramatik poemalar rişəsini, başlanğıcını xalq yaradıcılığından götürmüşdür. Birinci fəsildə qeyd etdiyimiz kimi, xalq əfsanələrinin, mifoloji süjetlərin, nağılların, mahnıların, nəğmə digər janrların sinkretik (bütöv) sənətdən ayrılması nəticəsində lirik, epik dramatik növlər formalaşmışdır. Zaman keçdikcə lirik, epik dramatik növlər inkişaf edərək daha mürəkkəb şəkil almış bu ədəbi formalar öz ilkin xüsusiyyətlərini, əlamətlərini tədricən bu ya digər dərəcədə itirib, yeni xüsusiyyətlər qazanıblar.

Ədəbi əsərlərin janr tipologiyasından bəhs edən fil.ü.e.d. B.Babazadə yazır ki, “Ədəbiyyatı növlərə janrlara bölərkən konkret predmetin təsvirini əsas götürən böyük alman filosofu Hegelin fikrincə, epos hadisələri, lirika hiss həyəcanları, dram isə hərə¬kəti təsvir edir. Yəni, eposda insan cəmiyyətlə üzləşir, dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə şəxsiyyətin daxili həyəcanları, qəlb aləmi tərənnüm olunur”.

İnsanın daxili aləmini, duyğu hisslərini təsvir edən bədii lövhələrin məcmusundan ibarət olan əsərlər lirik əsərlər kimi xarakterizə edilir lirik poemalarda ənənəvi olaraq felin indiki zamanından istifadə olunur, yəni hadisələr indiki zamanda cərəyan edir. İnsanın, mükəmməl mənəviyyata malik müasir, normal bir şəxsin ruhunu, qəlb aləmini, daxili dünyasını bədii şəkildə ifadə etmək çox çətin mürəkkəb bir prosesdir. Bu məsuliyyətli işin, çətin prosesin öhdəsindən uğurla gəlmək üçün sənətkarın bədii təxəyyülü güclü olmalı, yüksək qabiliyyət nümayiş etdirməlidir. İnsanların həyat yolunu onların iştirak etdikləri hadisələri təhkiyə yolu ilə əks etdirən eposdan, həyatı hərəkətlərlə, səhnədə göstərilən adamların - aktyorların hiss-həyəcanları davranışı vasitəsilə əks etdirən dramdan fərqli olaraq lirika həyatı bu ya başqa şəraitin təsiri ilə hiss, həyəcan, duyğu fikirləri göstərmək yolu ilə əks etdirir. Bu əsərlərdə insanın həm özü, həm duyğu düşüncələrini, hiss həyəcanlarını doğuran həyat şəraiti haqqında təsəvvür alırıq. H.Sahirin, M.Şəhriyarın, B.Q.Səhəndin, M.M.Etimadın, K.M.Sönməzin, H.M.Savalanın poemalarında bu xüsusiyyətlər özünü daha aydın şəkildə göstərir.

Lirik əsərlərin həm mövzu dairəsi, həm forma xüsusiyyətləri çox dəyişmiş, inkişaf edib. Lirik əsərlərdə şair həyatı bir tərəfdən insanın tək, yaxud cəm, kollektiv şəkildə keçirdiyi hiss həyəcanlarını, davranış hərəkətlərini, ürək çırpıntılarını, iştirakçısı olduğu hadisələri mənzum təhkiyə yolu ilə, digər tərəfdən mənzum hekayədə iştirak edən şəxslərin onların həyat lövhələrinin ruhunda doğurduğu fikir həyəcanların inikası yolu ilə təsvir edir ki, bunlar da adətən qüvvətli lirik haşiyələrlə ifadə olunur. Beləliklə, lirik-epik əsərlərin yeni-yeni nümunələri yaranır. Nazir Şərəfxaninin (1940) “Urmu dəryaçasıpoeması əsasında fikrimizi əyaniləşdirək. Şairin təsvir etdiyi şanlı-şövkətli, qədim tarixə malik Urmu gölü vaxtilə Çiçist adlandırılıb, bu gölün ətrafında isə türkün beşiyi, ilk türk dövləti Atrapatakan-Atropatena yaranıb. Müəllifin nəzərincə, gözəlliklər məskəni Urmu gölü gölün sahilində yerləşən Urmu şəhəri Azərbaycan türkünün iftixar mənbəyidir. Urmu gölü o qədər gözəldir ki, “hər gecə ətəyinə göydən ulduzlar xəlbirlə ələnir, yanağını öpmək üçün Ay göydən yerə enir, ayağının altına fərşi-zümrüd səpələnir, sularında ay, nazlı günəş halə vurur, gözündə zirvələri şəhpəri-hümmət qaynadır. Şanlı, şövkətli, məhəbbətli, sədaqətli, uca hümmətli, dili cürətlibu diyar Güney Azərbaycanın vuran ürəyi, görən gözüdür:

O Güney ki, yaşayış aləminə nurlu çıraqdır,

O Güney ki, susuz insanlara bir dadlı bulaqdır,

O Güney ki, hamı gözlər yata, amma o oyaqdır,

O Güney ki, ona Təbriz o Təbrizə dayaqdır,

Xoya göz, Urmuya, Səlmasa qulaqdır,

O Güney ki, onun aslanları əfsanə yaratmış,

Dağları baş-başa çatmış,

Var Hüseyn Kürd kimi şiri,

Mişov tək uca dağı,

Abi-Zəmzəm kimi kəhrizi, bulağı,

Solmayan bağçası, bağı,

Dolu eşq ilə çanağı.

Lirik poemalarda tərənnüm, lirik səhnələr, baş qəhrəmanın daxili aləmi, iztirab sarsıntıları, duyğu düşüncələri, həyatla bağlı düşüncələri üstünlük təşkil edir. Eyni zamanda real həyat hadisələri¬nin, gerçəkliyin şairin qəlbində doğurduğu hiss duyğular da ifadə olunur. Şair duyğularını əsas süjetlə bağlı lirik haşiyələr vasitəsi ilə ifadə edir. Beləliklə , poemada əhvalatın, hadisənin iştirakçısı olan obrazlarla yanaşı, bütün əsər boyu həmin hadisə əhvalatları izləyən, onlara bədii münasibət bildirən lirik qəhrəman adlı spesifik bir surət olur. Ancaq lirik poemaların spesifik xüsusiyyəti odur ki, burada mərhələlərlə kulminasiya nöqtəsinə çatdırılan əhvalat, hadisə deyil, səviyyəli mükəmməl, yüksək bədiiliyi ilə oxucu qəlbini riqqətə gətirən bütöv epizodlar, təsvirlər olur.

Elə bədii əsərlər var ki, burada həm epik lövhələrə, hadisələrin təhkiyə yolu ilə təsvirinə, həm də obraza, hadisəyə, əşyaya, təbiət gözəlliklərinə şairin (lirik qəhrəmanın) duyğulu münasibətinə təsadüf olunur. Əsərin başlanğıcından sonuna qədər həyat hadisələ¬rinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir. Bu arada iki növ - epiklirik növlər bir-birilə həmahəng olur. Həmin səbəbdən də belə əsərləri (poemanı) vahid bir janra aid etmək mümkün deyil. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Həm lirik, həm də epik xüsusiyyətləri özündə ehtiva edən poemada həm vahid süjet xətti özünü göstərir, həm də şairin müəyyən həyat hadisələri ilə əlaqədar hiss-həyəcanları, düşüncələri ifadə olunur.

“Poemanın mühüm xüsusiyyətlərindən biri orada müəllifin şəxsiyyətinin ciddi rol oynaması, ayrıca bir surət kimi yer tutmasıdır. Poema müəllifi bütün əsər boyu öz qəhrəmanları ilə birlikdə həyəcan keçirən, ya məhəbbət, ya da nifrət bəsləyən və öz hisslərini aydın büruzə verən bir subyektdir... Poemada şair açıq təbliğatçıdır. Nasir münasibətini, öz hisslərini, öz tərəfgirliyini açıq-aydın büruzə vermir, özü geri çəkilib müəyyən dərəcədə gizlənir, həyat hadisələrinə, qəhrəmanın fəaliyyətinə meydan verir, hər şeyi onların öhdəsinə buraxır. Nasir qəhrəmanlarına və təsvir etdiyi həyata zahirən biganədir, halbuki şair buna heç zahirən də biganə deyil”.

Çoxfabulalı poema irihəcmli nəzm əsəridir. AncaqEpik tərkibli dedikdə, çoxfabulalığı nəzərdə tutan”. Aristotelin fikrincə, eposdaşairin şəxsiyyəti gərək az görünsün”. Bu janrda özünü aydın göstərən lirik haşiyələr onu hekayədən, povestdən fərqləndirir. Başqa sözlə, poemada təsvir olunan hadisələrin gedişində tiptipiklik xüsusiyyətləri aydın nəzərə çarpır. Məsələn, FüzulininLeyli və Məcnun” əsəri poemadır, yəni həm lirik, həm də epik xüsusiyyətlərin vəhdətində qələmə alınmış epik-lirik əsərdir. Hadisələr əsərin əsas obrazları olan Məcnun və Leylinin ətrafında cərəyan edir. Həmçinin bu hadisələr əsərdə müəyyən bir süjet xətti üzərində inkişaf etdirilir. Eləcə də hadisələrin təsviri ilə yanaşı, poemada obrazların daxili aləminə uyğun qəzəllərə də yer verilməsi əsərə qüvvətli lirik vüsət gətirir. Beləliklə, poemada hadisələrin epik-lirik təsviri ilə qəhrəmanların daxili duyğularının tərənnümü bir-birilə məntiqi şəkildə birləşir. Bu məntiqi birləşmə M.T.Zehta- binin (1925-1995) milli düşüncələrinin, azadlıq duyğularının ifadəsi olanŞahin zəncirdə” poemasında da izlənir. M.T.Zehtabinin təsvirində sübh çağlarında “xəncər qanadlarını şehlə suvaran, şimşək kimi üfüqün sonsuzluğunu yaran şahin quşunu qoca dünya Qaf dağının zirvəsində ayaqlarından zəncirləmiş, bənd vurub.” İnsanların başına qonaraq onlara şahlıq bağışlayan əzmli quşun zən- cirlənməsi hadisəsini şair tarixən böyük imperatorluqlar, şahlıqlar və dövlətlər qurmuş Güney Azərbaycanın və xalqının milli haqq və hüquqlarının əlindən alınaraq mövcud fars xanədanlığı tərəfindən buxovlanması kimi mənalandırıb. Siyasi dünyagörüşünə görə təqib və həbslərdən qurtularaq xarici dövlətlərə sığınan milyonlarla Güney Azərbaycan türkünün, eləcə də özünün qürbətdə, sürgünlərdə keçən illərdə o qədər güclü Vətən yanğısı, özləmi yaşayıblar ki, bu həsrət onun əksər əsərlərinin misralarına hopub:

Ey! Qürbətdəki ərlər!

Xoşbəxtlik axtarmayınız özgə diyarda,

El dardadı, darda...

Yersizdir səadət deyə dünyanı dolanmaq:

Azadlıq o torpaqdadır ancaq.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 22 iyun.- S.14.