Səməd Sərdariniyanın “İrəvan
müsəlman sakinli vilayət olmuşdur” kitabı
2-ci yazı
Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur.
Kitabda bildirilir ki, ruslar Arazın o tayındakı vilayətləri tutduqdan sonra heç vaxt bu bölgənin yerli sakinlərinə etimad göstərmədilər. Onların ermənilərə qol-qanad verməsi nəticəsində bu millətin nümayəndələri Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrdəki tədbirlərində iştirak edərək nüfuz qazandılar. Lakin bütün bu himayədarlıqlara və məskunlaşmanın ermənilərin xeyrinə dəyişdirilməsinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etmirdilər. Hətta erməni yazıçısı Anahid Ter Minasyanın dediyi kimi, bir çox əyalətlərdə, ümumiyyətlə, erməni yox idi. Adı çəkilən yazıçı əlavə edir: "Tiflis Konqresinin əsas nigarançılıqlarından biri Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli idarəetmə ilə bağlı muxtariyyət əldə etmək üçün ruslara xahişnamə ilə bərabər, “zemstvolar” təsis etmək üçün pərakəndə erməni camaatının yaşadığı çox məhdud sayda əyalət vahidlərinin planı da təqdim edildi".
Özünün icad etdiyi “Böyük Ermənistan”ı hər bir işdə əsas götürən Daşnak partiyası milli ərazinin olmaması problemini vəhşi və cinayətkar üsullarla həll etdi. "İrəvan vilayətindəki 211 azəri (“azərbaycanlı” mənasında – tərcüməçi) kəndi xarabalığa çevrildi və 100 minlərlə insan qətliam olundu. Təxminən 300 min İrəvan azərisi (Azərbaycan türkü – red.) məhv edildi..."
Müsəlmanların (Azərbaycan türklərinin – red.) soyqırımı və etnik təmizlənməsi sonralar da amansızlıqla davam etdirildi. Hazırda bu şəhərdə bir nəfər də müsəlman azəri (Azərbaycan türkü – red.) yoxdur.
Təqdim olunan bu kitabda İrəvan tarixinin ilkin fomalaşma mərhələsindən başlayaraq daşnakların əli ilə müsəlmanların kütləvi qətlinə qədərki dövr araşdırılır. Əsərdə göstərilir ki, Çuxursəd vilayəti və onun mərkəzi olan İrəvan tarixən müsəlman (Azərbaycanın ərazisi – red.) ərazisi olub. İrəvan Azərbaycan əyalətinin dörd vilayətindən biri olan Çuxursəd vilayətinin mərkəzi idi. Bu vilayətin məşəqqətlər görmüş müsəlmanlarının cəsədləri üzərində təkcə Ermənistan Respublikası yaradılmamış, üstəlik, erməni ekstremistləri Dağlıq Qarabağa qarşı ərazi iddiası qaldıraraq, təcavüzkar rus ordusunun köməkliyi ilə Azərbaycan torpağına hücum edib Azərbaycan Respublikasının 20 faizdən çox ərazisini işğal edib.
Müxtəlif dövrlərdə İrəvan Çuxursəd vilayətinin (Azərbaycanın vilayətlərindən biri) mərkəzi, İrəvan xanlığı, İrəvan vilayəti olub və nəhayət, Ermənistan Respublikasının paytaxtına çevrilib. Bu şəhər 40 dərəcə 15 dəqiqə şimal enliyində, 44 dərəcə 35 dəqiqə şərq uzunluğunda, Ağrı dağının (Ararat) 55 kilometrliyində, Alagözün cənub-şərqində, Göyçə gölündən 65 km cənub-qərbdə və Araz çayının qollarından olan Zəngiçayın sol sahilində yerləşir. İrəvan şəhəri İrəvançay adlanan çayın kənarındadır. İrəvan Ağrı dərəsinin şimal tərəfində 850-1300 metr hündürlükdə yerləşir. Şəhərdən iki çay (Qırxbulaq və Zəngiçay) axır.
İrəvanın gözəl havası var, lakin qış uzun çəkdiyindən bərk soyuqlar olur. Əksər halda səur ayında (bizim təqvimlə aprel-red.) qar yağır... Tiflisin on fərsəngliyində şirin su dəryaçası var. Həmin dəryaçanın ətrafında, təxminən iyirmi fərsəngdə (bir fərsəng 12 min addıma, təqribən 6-8 km.-ə bərabərdir – red.), şimal tərəfdə İrəvan yerləşir. Adı çəkilən dəryaçada bir zər (104 sm.-ə bərabər uzunluq ölçüsü) böyüklükdə forel balığı görünüb.
Şərq tərəfdən İrəvanın 12 fərsəngində Ağrı dağı yerləşir. Camaatın fikrincə, Nuhun gəmisi orada yerə oturub. Dağ kifayət qədər yüksək olduğundan hava açıq və buludsuz olanda 2-10 fərsəng məsafə aydın görünür. Ağrı dağının hündürlüyü 17.266 ingilis futuna bərabərdir (3,5 ingilis futu, təxminən 1 İran "zər"i deməkdir). Ermənilər bu dağı Masis adlandırırlar. Etiqada görə, guya onların əcdadalarından olan Aram oğlu Masis bu dağı öz adına uyğun olaraq adlandırıb. Ancaq fransızlar onu Ararat, ərəblər Cudi adlandırırlar. Şardənin səyahəti zamanı İran əhalisi onu müqəddəs sayaraq deyirmiş ki, Nuhun gəmisi bu dağda dayanmaqla onu Yer kürəsinin başqa nöqtələrindən daha izzətli edib.
İrəvan böyük İpək yolunun üstündə idi. Bu yol Çinin Tvan Hanq vilayətindən Kansu vilayətinə doğru uzanırdı. Oradan Şərqi Türküstana daxil olur, Beşbalıq, Almalıq, Otrardan keçərək Səmərqənd və Buxaraya çatırdı. Buxarada yolun əsas hissəsi Mərv və Gürgandan keçərək, Reyə gəlir, Reydən Qəzvinə, Zəncana, Təbrizə, İrəvana doğru, İrəvandan isə ya Trabzona, ya da Şamdakı limanlara qədər uzanırdı. Köməkçi yol isə Səmərqənddən Xarəzmə, Xarəzmdən Həştərxana, oradan isə Don sahillərinə və Azov dənizinin limanlarına gəlib çatırdı.
Mərv hakiminin vəziri Məhəmməd Kazım Mərvi yazır: "Bu bölgədə hündürlükdə və möhkəmlikdə tayı-bərabəri olmayan iki qala var: Rum keçidində İrəvan qalası, Türküstan keçidində Mərv qalası”.
Bu sözləri ilə ifrata varan şair onların hər ikisini tərənnüm edib, İrəvan qalasının yüksəkliyini birinci yerdə qeyd edir:
Poladdan tökülmüş dağ kimi hasarı olan
Bu qalaya baxanda göz sulanır.
Onun dövrəsində səf-səf
düzülmüş bürclər
Göy üzündəki
ulduzlar kimi görünür.
Onun göyü əzən elə dişi var ki,
(divarlardakı çıxıntılar nəzərdə
tutulur)
Bundan günəş,
ay və planetlər qorxuya düşüb.
Onun hər uca və
yüksək guşəsindən
Günəşin və ayın qübbəsi görünür.
Belə
qalalara heç kəs tay
göstərə bilməz,
Bunlardan biri Mərv, o birisi İrəvan qalasıdır".
İrəvan qalası memarlıq baxımından da Şərqin türk məntəqələrinin mühüm mədəniyyət abidələrindən hesab olunur. Qalanın 50-60 bürcü olub. XVIII əsrin nadir və qiymətli incilərindən olan Xan sarayı və Göy məscid kimi bu qala da səyyahları həmişə heyrətə salıb. Qaladan əlavə, burada 7 məscid, 2-3 mərtəbəli evlər, kişi və qadın hamamları, xeyli sayda karvansaralar və digər abidələr olub. İrəvanın Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacəli karvansaralarının hər birində onlarla dükan fəaliyyət göstərirmiş. Bostan meyvələri ilə dolu bazarı, yeməkxanası, ticarət sıraları var idi. Hamı gözüaçıq və xoşagələn təb əhli idi, Hamı xaliqin lövhəsindəki yazıya bənzəyirdi. Hamı tədbirli idi. Qüdrətli yaradanın baş nüsxəsinə bənzəyirdi. Hamı Evkilidin çəkdiyi rəsm kimi xoşa gəlirdi. Hamı ürəkaçan savad sahibi idi. Dükan və qapalı bazarda xətir-hörmət tuturdular. Evlərdə əziz qonaq kimi “xoş gəldin” deyir və xoş üz göstərirdilər. Çaharbazar sanki Səfahan (klassik musiqinin melodiyası) səsidi. Hər tərəf hind və Turan, nəfis Rum və İran malları ilə dolu idi. Ürəklə və canla satılan malları alırdılar, çünki yaxşı mallar ucuz satılırdı.
İrəvan qalası haqqında söhbət açan bir çox səyyahlar və tədqiqatçılar buranın yer adlarını da qeyd ediblər: Məhəllələr: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Da- nabaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Burəkçi və s.
Karvansaralar: Gərni, Culfa,
Sərdar, Tağlı,
Sulu, Susuz, Hac Əli və s.
Bulaqlar:
Dəmirbulaq, Qırxbulaq,
Dolmabulaq, Sərdar bulağı və s.
Çaylar: Gedər çay,
Qırxbulaq, Zəngiçay
və s.
Bağlar:
Dərə bağı,
Dəmirbulaq, Dərəkənd,
Şəhər, Abbas
bağı və s.
Meydanlar:
Məscid meydanı, Zalxan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı
və s.
Məscidlər: Göy məscid,
Qala məscidi, Hacıbə- yim məscidi, Zalxan məscidi, Günlüklü
məscid, Günbəzli
məscid, Şəhər
məscidi, Noruzəli
məscidi.
Məhəllələri cananla vüsal küçəsi tək Pərişan könülləri
şad eyləyir. Hər küçənin
xoşüzlülüyü onu ürəkaçan xiyabana çevirir. Şəhərin hər qədim küçəsi
Nəim bağının
təmizliyindən nişan verir. Camalı ilə qəlb ovsunlayan bu şəhər
bir baxışla candan yüz qəmi çıxarır.
O zaman ki, gül öz hüsnünü göstərir,
onun üzü xəzanın bəd yelini gömür (Qüdsi).
İrəvan - Rəvan - Erivan adlanan bu şəhər Ermənistan sovetləşdikdən
sonra “Yerevan” adlandırılıb. Əziz Ələkbərli
isə yazır ki, hazırda Ermənistanın paytaxtı
olan şəhər
1930-cu ilə qədər
İrəvan, Erivan, bəzi
mənbələrdə isə
Erəvan adlandırılıb.
Bartoldun yazdığına görə,
"İrəvanın əsası
hicri tarixinin başlanğıcında qoyulsa
da, həmin təqvim üzrə IX əsrə qədər o,
kiçik bir kənd olub. Qeyd edilən tarixdən sonrakı əsrdə İrəvan şəhərə
çevrilib . Miladi tarixi ilə
661-ci ildə İrəvanın
əsası qoyulub”.
Ə.Ələkbərli yazır: "İrəvan şəhəri
müxtəlif dövrlərdə
Sasani sülaləsinin,
Ərəb xilafətinin,
Qaraqoyunluların, Ağqoyunluların
və Səfəvilərin
ərazisinə daxil idi. Xüsusilə də Səfəvilər
dövründə İrəvan
Şah İsmayıl Xətainin diqqət mərkəzində olub.
O öz sərdarlarından
birini - Rəvanqulu xanı həmin məntəqənin hakimi təyin etmiş və ona şəhərin
abadlaşdırılmasına diqqət yetirməyi tapşırmışdı. İrəvan adlandırılan bu yer o zamana qədər
də mədəniyyət
mərkəzi olub.
Jan Yunir yazır: "...Hündür təpələr
İrəvanın qərb
hissəsinin yaxınlığında
idi. Həmin təpələrdə miladdan əvvəl
3-cü minillikdə metaləritmə
ocaqları olmuşdu.
Orada dəmir əridir, polad əldə edirdilər. Həmin təpələrdə
aparılan tədqiqatlar
nəticəsində bir
çox arxeoloqlar burada qədimdə dulusçuluğun dəmir
əritmədən və
dəmirçilikdən əvvəl
olması barədə
fikir irəli sürürlər".
Hər addım
torpağını qazanda
kifayət qədər
Allah neməti tapılır. Hər kəs
bu torpaqda ocaq qalasa, həmin
torpaqda qızıl və gümüş əridər (Qüdsi).
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 22 iyun.- S.13.