Özbək ədəbiyyatı

 

 

1-ci yazı

 

Türk tayfaları arasında özünün tarix mədəniyyətinin qədimliyinə, zənginliyinə görə seçilən xalqlardan biri özbəklərdir. Özbək ədəbiyyatı çoxəsrlik bir tarixə malikdir. Özbək ədəbiyyatı tarixən nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın Orta Şərqin bir sıra ərazilərində yerləşən xalqların ədəbiyyatına bu ya digər dərəcədə təsir göstərə bilib. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov qeyd edir ki, Roma mədəniyyətinin Avropa üçün əhəmiyyəti qədərdirsə, özbək mədəniyyətinin Orta Asiya üçün əhəmiyyəti o qədərdir.

Özbək folklor nümunələri öz möhtəşəmliyi ilə seçilir.Alpamış”, “Yusif Əhməd”, “Şeybani xan”, “Gündoğmuş”, “Şirin Şəkər”, “Arzugül”, “Rüstəmxan s. dastanlar mövzu, məzmun, ideya formasına görə mükəmməl yaradıcılıq nümunələri hesab edilir. Alpamışorta əsrlərdə formalaşmış qəhrəmanlıq dastanıdır. Alpamış dastanda qəhrəmanın adıdır. Dastan mənzum formadadır iki hissədən ibarətdir. Hər hissə beş böyük nəğmə parçasına bölünüb. Dastan mənzum şəkildə olsa da, əsərdə bir sıra nəsr parçaları da var. Əsərin konfliktini qəbilə başçıları olan Bayburi ilə Baysarı adlı iki qardaş arasında gedən ziddiyyətlər təşkil edir. Konqrad şəhərinin başçısı Bayburi Baysarıdan vergi istəyir. Bundan əsəbləşən Baysarı Bayburinin elçilərinə işgəncə verir Bayburinin ölkəyə hücumundan ehtiyat edərək, bütün qəbiləsi ilə birlikdə Kalmık elinə köçməyə məcbur olur. Lakin onlar Kalmık elində vətən həsrəti ilə yaşayırlar. Baysarının qızı Barçınaya eyni vaxtda Kalmık şahının 3 pəhləvanı elçi göndərir. Barçınayın göbəkkəsmə nişanlısı Alpamış bundan xəbər tutur 40 igidini başına yığıb nişanlısını azad etmək üçün Kalmık elinə yola düşür. Lakin o, burada küpəgirən qarının hiyləsi nəticəsində igidlərini itirir, özü isə zindana düşür. Alpamış 7 il əsirlikdə qalır Kalmık şahının qızının köməyi ilə zindandan azad olur. Qürbətdə yaşayan Konqrad qəbiləsini başına yığaraq sevgilisi ilə birlikdə vətənə yola düşür. Bu zaman Alpamışın vətəninə Ultəntaz hakimlik edirdi. O, qəddar amansız hökmdar idi. Alpamış onu hakimiyyətdən uzaqlaşdırır xalq azadlığa çıxır.

Orta Asiyada Samanilərin, Qaraxanilərin Qəznəvilərin hakimiyyətləri dövründə ədəbiyyatın inkişafı üçün əlverişli şərait yaranmışdı.

Buxara, Səmərqənd, Balasaqun, Kaşqar, Xivə şəhərlərinin siyasi-ədəbi mərkəzə çevrilməsi bu şəhərlərdə elmi-ədəbi mühitin yaranmasına böyük təsir göstərmişdi. XI əsrdən başlayaraq türk dilinin poeziya dilinə çevrilməsi hadisəsi ədəbi dillər sırasında (fars ərəb) bu dilin özünə yer alması yazılı ədəbiyyatda türk ədəbi-bədii dil boşluğunun doldurulmasını təmin etdi.

Nəsirəddin Bürhanəddinoğlu XIV əsr özbək ədəbiyyatının tanınmış nümayəndəsidir. Rabğuzi kimi tanınan sənətkar 1311-ci ildə peyğəmbərlərin həyat hekayələri əsasındaQısasul-ənbiyaadlı əsərini yazıb. Əsərdə türk şeiri üçün xarakterik olan dördlüklərin yer alması RabğuzininQutadqu bilik”dən təsirlənməsi kimi qiymətləndirilə bilər. Kərdəri MahmudunNəhcül-fəradis”, İslamınMuinül-mürid”, XarəzmininMəhəb- bətnamə”, DurbəkinYusif Züleyxaəsərlərinin türk dilində yazılması XIV əsr özbək ədəbiyyatında türk dilinin aparıcılığını təsdiq edirdi.

Ətai, Səkkaki, Lütfi digər sənətkarların sayəsində XV əsr özbək ədəbiyyatında lirik şeir tərzi yeni mərhələyə qədəm qoydu. Ətai Səkkakinin simasında özbək ədəbiyyatında qəzəlin, qəsidənin, rübainin, qitənin mükəmməl nümunələri yarandı. Lütfi lirik janrda olduğu kimi epik sahədə uğurlu nəticələr göstərə bildi. O, “Gül Novruzəsəri ilə aşiqanə-qəhrəmanlıq mövzusunda poemanın parlaq nümunəsini yaratmış oldu.

 

***

 

XV əsr özbək ədəbiyyatı üçün ən möhtəşəm göstərici Əlişir Nəvai yaradıcılığıdır. Onun 50 min misralıq türkcə 4 divanı, 10 min misralıq farsca 1 divanı, 25620 beytlik türkcəXəmsəsi, müxtəlif həcmli təxminən 20 elmi-fəlsəfi əsəri Əlişir Nəvainin ədəbi şöhrətini təkcə özbək ədəbiyyatında deyil, Şərq ədəbiyyatında da təsdiqləmək üçün kifayət edir. XIV əsrin sonlarında özbək şairi Qütbün N.GəncəvininXosrov Şirinpoemasını, XV əsrin əvvələrində Xarəzminin isəSirlər xəzinəsipoemasını özbək dilinə tərcümə etmələri orta əsrlər Azərbaycan-özbək ədəbi əlaqələrinin mövcudluğundan xəbər verirdi.

XVI əsrdə Cağatay ədəbiyyatı Orta Asiyada Şeybanilər, Hindistan bölgəsində isə Babirlər tərəfindən inkişaf etdirilir. Bu dövrün ən böyük əbədi yadigarı Mühəmməd SalihinŞeybaninamə Mühəmməd BabirinBaburnaməəsərləridir. Şeybani xanın türkcə divanı, “Bəh-rül-xudaadlı dini-əxlaqi mənzuməsi, Ubeydulla xanınQeyrətnamə”, “Səbmamə”, “Şövqnaməadlı məsnəviləri, Kamran Mirzənin türkcə divanı s. əsərlər Cağatay ədəbiyyatının ən gözəl nümunələridir.

Əbülqazi Bahadır xanın yazdığıŞəcəreyi-tərakiməŞəcəreyi-türküadlı əsərləri Orta Asiya türkcəsiylə yazılan orijinal nəsr örnəklərindən biridir. “Şəcəreyi-tərakimə”dəOğuznamə”lər, türk tayfaları, müəyyən tarixi əhvalatlar s. barədə məlumatlar yer alır. Şəcəreyi-türküisə XV əsrin II yarısından 1663-cü ilə qədər Xarəzmə hakim olmuş özbək xanı Yadigaroğullarının şəcərə tarixini əks etdirir.

XVII-XVIII əsrlərdə özbək ədəbiyyatı Turdı, Məşrəb, Məxmur Gülxanının simasında yeni mərhələyə qədəm qoydu. Bu dövr poeziyası üçün ictimai-siyasi aktivlik səciyyəvi idi.

Orta Asiyanın Rusiya tərəfindən işğalı ilə Orta Asiyanın ictimai-siyasi mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. İctimai-siyasi həyat yeniləndiyi kimi, ədəbiyyatda da yeni mövzular, yeni ideyalar yeni ictimai fikirlər yaranmağa başladı. Mühəmməd Muqumi, Übeydulla Zövgi, Firqət, Əvəz Otaroğlu s. sənətkarların yaradıcılıqlarında tənqidi realizmin dərinləşməsi, demokratik ideyaların əksi müşahidə olunur. Lakin Sovet hakimiyyətinin qələbəsi ilə Özbəkistan daha fərqli yeni ictimai-siyasi ədəbi-mədəni həyata qədəm qoydu.

Müasir özbək ədəbiyyatı dörd böyük mərhələyə bölünür:

1.1917-1929-cu illər Oktyabr siyasi çevrilişi vətəndaş müharibəsi dövrləri özbək ədəbiyyatı.

2.1929-1941-ci illər sosialist cəmiyyəti quruculuğu dövrü özbək ədəbiyyatı.

3.1941-1956-cı illər Vətən müharibəsi müharibədən sonrakı quruculuq illəri özbək ədəbiyyatı.

4.1956-1991-ci illər yeni dövr özbək ədəbiyyatı .

Keçmiş Sovet ölkəsinin digər xalqları kimi özbəklər 70 il sosialist düşərgəsində yaşamış, özlərinin mədəniyyət ədəbiyyatını sovet ideologiyasının tələbləri daxilində inkişaf etdirməyə məcbur olmuşlar. Yalnız 1991-ci ilin 31 avqustunda dövlət müstəqilliyi elan olunmuş sentyabrın 1-i Özbəkistan Respublikasının müstəqillik günü kimi tarixə əbədi həkk olununb. Ona görə 1992-ci ildən etibarən yeni milli-bədii təfəkkür əxlaqi görüşlərə, xəlqi, eyni zamanda müstəqillik ideallarına söykənən bunlara möhkəm tellərlə bağlı olan ən yeni dövr özbək ədəbiyyatı da formalaşmağa başlayıb.

H.Niyazi, A.Qədiri, Çolpan, M.Aybək, Abdulla Qəhhar, Ş.Rəşidov, M.Şeyxzadə, Mirtemir, Uyğun, Səid Əhməd, Zülfiyyə, A.Yaqubov, E.Vahidov, A.Arifov, H.Xudayberdiyeva digər sənətkarlar müasir özbək ədəbiyyatının inkişafında, onun milli bəşəri ideyalarla zənginləşməsində əhəmiyyətli rol oynamışlar.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2019.- 28 mart.- S.14.