MUSA AYBƏK - müasir
özbək ədəbiyyatının tanınmış
nümayəndəsi
1-ci yazı
Musa Aybək müasir
özbək ədəbiyyatının
qüdrətli şair
və nasiri hesab olunur. O, 1905-ci ilin
yanvarın 10-da Daşkənddə
zəhmətkeş ailəsində
dünyaya gəlib. Musa Aybək ilk təhsilini
əski tipli məktəbdə alıb.
Lakin sonradan yeni tipli
məktəbdə təhsilini
davam etdirib başa vurub. Ədibin atası Daşməhəmməd
Xumsan və Yenibazar qışlaqlarında
baqqallıq edib.
Özünün qeydlərindən belə aydın olur ki, onun
anası cismən zəif olsa da, ağıllı, zirək və rəhmli qadın olub. Hətta işinin çox
olmasına baxmayaraq, asudə vaxt tapan kimi oxumaqla
məşğul olub.
M.Aybək 1930-cu ildə Orta Asiya Dövlət darülfünunun ictimai fənlər fakültəsinə
daxil olub. 1935-ci ildə buranı bitirib Dövlət darülfünunda siyasi iqtisaddan dərs deyib. O, 1933-1937-ci illərdə
Özbəkistan Dil və ədəbiyyat elmi-tədqiqat institutunda elmi işçi kimi fəaliyyət göstərib. 1938-1941-ci illərdə isə Özbəkistanın elmi-pedaqoji
nəşriyyatında ədəbi
tərcüman və mühərrir olub. Bundan sonra bir neçə
illər elmlər akademiyasının ictimai elmlər bölümünə
və Özbəkistan
yazıçılar birliyinə
rəhbərlik edib.
M.Aybək uzun illər
“Şərq ulduzu” və “Özbək dili və ədəbiyyatı”
dərgilərində baş
mühərrir kimi fəaliyyət göstərib.
M.Aybək yaradıcılığa şeirlə
başlayıb. O, ilk şeirini
1922-ci ildə yazmış,
həmin şeir “Ərməğan” jurnalında
çap olunub. Onun yaradıcılığında əsas yeri irihəcmli poema və romanları tutur. “İntiqam”, “Baxtıgül və Sağındik”, “Əsrin qızı Dilbər”, “Dəmirçi Cura”, “Qızlar”, “Zəfər və Zöhrə”, “Həmzə”, “Müqəddəs
qan”, “Nəvai” və s. kimi poema və romanları
müəllifin sənətdə
qazandığı uğurlardan
xəbər verir. Bir tərcüməçi
kimi M.Aybək Puşkinin “Yevgeni Onegin”, Lermontovun “Maskarad”, “Demon”, H.Heynenin “Lirik şeirlər”ini və s. sənətkarların
əsərlərini özbək
dilinə tərcümə
etmişdir. O, bir ədəbiyyatşünas-alim kimi
də böyük tədqiqat işləri aparıb. Onun ayrı-ayrı vaxtlarda yazdığı “Lirika haqqında”, “Abdulla Qədirinin
yaradıcılıq yolu”,
“Özbək klassikləri”
və s. elmi əsərləri özbək
ədəbiyyatının tədqiqi
və araşdırıl-ması
baxımından olduqca
əhəmiyyətlidir.
M.Aybəkin xidmətləri qədirbilən
xalqı və dövlət tərəfindən
yüksək qiymətləndirilib. 1943-cü ildə Özbəkistan Elmlər Akademiyası yaradılıb və M.Aybək akademiyaya həqiqi üzv seçilib. 1965-ci ildə
o, Özbəkistanın xalq
yazıçısı fəxri
adına layiq görülüb.
M.Aybəkin “Nəvai” romanı
1946-cı ildə Dövlət
Mükafatına layiq görülüb. Tanınmış yazıçı 1968-ci ildə Daşkənd şəhərində vəfat
edib.
Ölümündən sonra Özbəkistanda onun yaradıcılığının
kütləvi nəşri
həyata keçirilib
və 1975-1982-ci illər
arasında Daşkənddə
onun 19 cildlik seçilmiş əsərləri
çap olunub. 1959-cu ildə M.Aybəkin “Müqəddəs qan” romanı Azərbaycan dilinə tərcümə
olunaraq çapdan çıxıb. Bundan başqa
ayrı-ayrı illərdə
onun bir çox şeir və poemaları da dilimizə tərcümə olunub və oxuculara çatdırılıb.
Musa Aybək yaradıcılığa
şeirlə başlayıb. 20-ci illərin
əvvəllərində ilk şeirini yazan şair, qısa vaxt ərzində “Duyğular” (1926), “Könül
nəğmələri” (1929), “Məşəl” (1929) və
s. kimi kitablarında çap olunmuş çoxsaylı şeirləri
ilə əvvəlcədən
özünün gələcək
poeziya uğurlarının
böyüklüyünü təsdiqləyə bildi. Onu da qeyd edək
ki, onun yaradıcılığının başlanğıcı 20-ci illərin
ən çətin, qarmaqarışıq dövrlərinə
təsadüf edir.
Bu dövrdə yazılmış əsərləri
ilə M.Aybək zamanın ən mühüm hadisə və əhvalatlarını
cavablandırmış, onlara
özünün şair
münasibətini bildirib.
M.Aybəkin 30-cu illər yaradıcılığı
mövzu və ideya baxımından əvvəlki onilliklə eyniyyət təşkil etsə də, problemin ictimai-siyasi kəskinlikdə qoyuluşu
bu dövr yaradıcılığının əsas göstəricisinə
çevrilir. “Dneprostoy”, “Özbəkistan”, “Qışlaq
qızıstudent”, “Kolxoz
dəmirçisi” və
s. şeirlərində yaşanılan
dövrün hiss və
duyğuları, arzu və istəkləri özünün poetik ifadəsini tapa bilib.
Böyük Vətən müharibəsi
M.Aybəkin yaradıcılığında
əhəmiyyətli yerlərdən
birini tutur. Müharibə mövzusu 40-cı illərdən
başlayaraq ömrünün
sonuna qədər onun yaradıcılığında
ən aparıcı sahələrdən birinə
çevrilib. M.Aybək 1942-ci ildə Özbəkistan mədəniyyət nümayəndələrinin
böyük bir qrupu ilə döyüş bölgələrinə
yola düşüb.
O, dörd ay cəbhə
xəttində olub, əsgərlərin düşmənə
qarşı mərdliklə
döyüş-mələrinin canlı şahidinə çevrilib. Ədibin “Günəş qaralmaz” romanı, “Alovlu illər” şeirlər toplusu və “Cəbhə boyunca” sənədli gündəliyi
bilavasitə döyüş
meydanlarında canlı
şahidi olduğu hadisələri daha doğrusu, ön cəbhədə gördüyü
səfər təəssüratlarını
əks etdirmək baxımından xarakterikdir.
Şair müharibə
dövründə yazdığı
“Vətəni sev”, “Günlər gələr ki”, “Zəfər bizimdir”, “İgidlərə”,
“Vətən haqqında”,
“Leninqrad”, “Əlvida, əsgər” və s. şeirlərində bilavasitə
əsgərlərin igidlik
və rəşadətlərini,
vətənin müdafiəsi
naminə göstərdikləri
qəhrəmanlıqlarını yüksək tərzdə
qələmə alıb.
Məsələn, “Əlvida
əsgər” şeirində
böyük şücaətlər
göstərmiş döyüşçü
əsgərin qəhrəmanlığı
aşağıdakı şəkildə
mədh edilir:
Əlvida,
ey əsgər! Burdan uzaqdır
Mənim çiçəklənən Özbəkistanım.
Tarixdə əbədi yaşayacaqdır
Cəbhədə yazılan ömür
dastamm!
Qondarma qəhrəman olmadın sən də,
Hər dəfə
girəndə çətin
döyüşə.
Əriyib
yox oldu duman da, çən
də,
Ölüm də gizləndi səndən həmişə.
M.Aybək sənətində poemaların
xüsusi yeri vardır. Hər şeydən əvvəl onun yaradıcılığında
poemalar say baxımından
çoxluq təşkil
edir. “Həmzə”
(1947), “Qızlar” (1948), “Zəfər
və Zöhrə”
(1950), “Həqiqət söyləyənlər”
(1954), “Babam” (1957), “Quli
və Nəvai”,
“Babur” (1968) və s. poemaları
özbək epik janrının inkişafında
onun yüksək xidmətlərindən xəbər
verir. Ümumiyyətlə,
özbək ədəbiyyatşünasları
M.Aybəkin poemalarını
mövzu baxımından
üç qrupa bölürlər:
1) Tarixi mövzuda yazılmış poemalar.
(“Babam”, “Quli və Nəvai”, “Babur” poemaları bu qrupa daxildir).
2) Müasir mövzulu poemalar.
(“Qızlar”, “Həmzə” və s. poemalar bura aiddir).
3) Xarici ölkə xalqlarının həyatına
həsr edilmiş poemalar.
(“Zəfər və Zöhrə”, “Həqiqət
söyləyənlər”, “Zamanın ağır yaraları” və s. poemalar bura daxildir).
Müasir mövzulu “Həmzə” poeması lirik-epik xarakterdədir. Əsərdə Özbəkistanın böyük şair və ictimai xadimi Həmzə Niyazinin obrazı yaradılıb. Demək
olar ki, əsərdə müəyyən
tarixilik prinsiplərinə
əməl olunaraq Həmzə Niyazinin keçdiyi yol, apardığı mübarizə
və s. məsələlər
olduqca realist şəkildə
əks etdirilib.
M.Aybək 1949-cu ildə rus yazıçısı
və şairləri olan N.Tixonov, A.Safronov və görkəmli tacik ədibi M.Tursunzadə ilə birlikdə Pakistanda olub. Pakistan həyatı ilə tanışlıq şairə
ayrı-ayrı əsərlərlə
yanaşı, əsasən
bir neçə poemanın da mövzusunu verib. Bunlardan biri də “Zəfər
və Zöhrə”dir.
Poemanın mərkəzi
obrazları kasıb kəndli balası Zəfər və həyatı məhrumiyyətlərə
düçar olmuş
zəhmətkeş qızı
Zöhrədir. Poemada iki
bəxtsiz cavanın ağır həyatı, arzu və istəkləri
özünün bədii
əksini tapıb.
Əsərin mövzusu Pakistan həyatından götürülsə
də, insanların azadlıq, sərbəstlik,
öz talelərini həll etmək yollarında apardıqları
mübarizənin əks
etdirilməsi poemanı
daha çox ümumbəşəriliklə bağlayır. “Zamanın ağır yaraları” poeması ümumbəşəri problemlərə
münasibət və
yaşadığımız əsrin üzləşdiyi
çətinliklərdən çıxış yolu tapmaq baxımından xarakterikdir. M.Aybək bu əsəri
1945-ci ildə Yaponiyanın
Xirosima və Naqasaki şəhərlərinə
amerikanların atdığı
atom bombasına etiraz əlaməti olaraq qələmə alıb.
Poema həm də dünyamızın üzləşdiyi
atom bəlasına qarşı
narazılığı əks
etdirir, atom bombasını
kainatın dağıdıcısı
timsalında təsvir
edir. Xirosima və Naqasaki
şəhərlərinin yerlə-yeksan
olmasını, hadisədən
xeyli vaxt keçməsinə baxmayaraq,
hələ də bu faciənin əlamətlərinin təzahürünü
gələcəkdə dünyanın
fəlakətlə üz-üzə
dayanmasının ən
bariz nümunəsi kimi səciyyələndirilir.
Ona görə də əsərdə əmin-amanlığa,
sülhə çağırış
əsas yer tutur, yer üzündə
yaşayan insanların
xoşbəxtliyi yalnız
və yalnız dinc yaşamaqda göstərilir.
Elman Quliyev
Xalq Cəbhəsi.- 2019.- 2 may.-
S.14.