Culture Guide” mədəniyyət bələdçisinin növbəti sayı çapdan çıxıb

 

 

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədi daşıyan “Culture Guide” (“Mədəniyyət bələdçisi”) kataloqunun may buraxılışı çapdan çıxıb.

Kataloq “Baku Guide” MMC tərəfindən ingilis rus dillərində hazırlanıb.

Nəşr Azərbaycan haqqında, ölkəmizin keçmişi müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. 28 May – Respublika Günü haqqında yazıda 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk respublika olduğu diqqətə çatdırılır, Cümhuriyyətin tarixi bu gün da yaşadılan dəyərlərindən bəhs edilir. Kataloqda, həmçinin Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı, 2019-cu ilin ölkəmizdəNəsimi ilielan olunduğu vurğulanır.

Bu ay ölkəmizin həyatında mədəniyyət, eləcə beynəlxalq maraq baxımından ən böyük tədbir 2-3 may tarixində Bakıda keçirilən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumudur. Nəşrdə dünyanın 100-dən çox ölkəsinin, 30-dək beynəlxalq təşkilatın təmsil olunduğuAyrı-seçkilik, qeyri-bərabərlik zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraqmövzulu forum haqqında ətraflı məlumat verilir.

May ayı təqvimdə həm Azərbaycanın dilbər guşələrininŞuşanın, Laçının Ermənistan tərəfindən işğal olunduğu günlərlə xatırlanır. QarabağAzərbaycanın mədəniyyət beşiyiadlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

18 may Beynəlxalq Muzeylər Günüdür. UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunan bu gün hər il ölkəmizdə qeyd olunur. Bu mövzuya dair yazıda Azərbaycanda muzeylərin təşəkkül tarixindən müasir inkişafından bəhs edilir. Kataloqun bir bölümü, həmçinin Bakı şəhərində fəaliyyət göstərən muzeylərə həsr olunub.

“Culture Guide”ın oxucularına Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə keçirilənBölgələrdən bölgələrəyaradıcılıq festivalının davam etməsi barədə məlumat verilir, festivalın may ayında hansı rayon şəhərlərdə gerçəkləşəcəyi diqqətə çatdırılır.

Mədəniyyət bələdçisinin əsas məqsədlərindən biri Bakının mədəniyyət məkanlarının fəaliyyəti, aylıq repertuar tədbirləri barədə şəhərin qonaqlarına məlumat verməkdir. Nəşrin yeni buraxılışında paytaxtdakı teatrlar, konsert məkanları, muzeylər, kino sərgi zallarının may ayı üzrə afişası ilə yanaşı, hər bir mədəniyyət ocağı, onların yerləşdiyi tarixi binalar haqqında informasiya, ünvan telefon nömrələri, eləcə Azərbaycan Milli Kitabxanası, Gənclər Uşaq kitabxanaları, Bakı Kitab Mərkəzi haqqında məlumat verilir.

Nəşrdə Bakının tariximüasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan da söz açılır. Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında və ilk səhifəsində verilən Xalq rəssamı Toğrul Nərimanbəyovun məşhur əsərlərinin reproduksiyaları isə həm də təsviri sənətimizin bir təqdimatıdır.

 

Xalq Cəbhəsi.- 2019.- 2 may.- S.16.