Bakıda “BƏT-in 100 illik yubileyimövzusunda konfrans

 

 

Mayın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən BƏT-in 100 illik yubileyinə həsr olunan konfrans keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək konfrans iştirakçılarını bütün dünyada əməkçilərin haqlarının davamlı qorunmasında böyük xidmətləri olan Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi münasibətilə təbrik edib.

S.Möhbalıyev bildirib ki, dünyanın aparıcı təşkilatlarından biri olan BƏT- sıx əməkdaşlıq etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi tənzimlənməsində bəhrələnmək imkanı yaradır. Bu, həmçinin beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına kömək edir, sahibkarlığın, eyni zamanda, kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir.

AHİK sədri qeyd edib ki, Azərbaycanın BƏT- qarşılıqlı fəaliyyəti mütəmadi imzalanan əməkdaşlıq proqramları ilə həyata keçirilir. Bu proqramlarda məşğulluğun imkanlarının genişləndirilməsi ölkəmizdə yeni yerlərinin yaradılması, əməyin təhlükəsizliyinin yüksəldilməsi sosial müdafiənin gücləndirilməsi, eləcə beynəlxalq əmək standartlarına riayət edilməsi sosial dialoqun inkişafı məsələlərinə dair müxtəlif qarşılıqlı fəaliyyət formaları nəzərdə tutulur. BƏT Azərbaycana sosial-əmək qanunvericiliyinin ekspertizasının aparılmasına, sosial tərəfdaşlıq konsepsiyasının, istehsalatda işçi kadrlarının hazırlanmasının modul sisteminin təcrübədə tətbiq olunmasına, məşğulluq, sosial müdafiə pensiya təminatı xidmətlərinin təkmilləşdirilməsinə, əmək sahəsində statistikanın inkişafına, peşələrin təsnifatının aparılmasına, mütəxəssislərin hazırlanmasına məsləhətçi yardımı göstərir.

S.Möhbalıyev daha sonra qeyd edib ki, ötən 27 il ərzində AHİK- BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində fəal əlaqələr yaradılıb, son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, forumlar, təqdimatlar tədbirlər keçirilib.

AHİK sədri deyib ki, ötən müddətdə Azərbaycan BƏT-in 58 konvensiyasını ratifikasiya edib. AHİK BƏT-in konvensiyalarının ölkəmizdə tətbiqi ilə əlaqədar geniş tədbirlər həyata keçirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sahə həmkarlar ittifaqının nümayəndələri Beynəlxalq Əmək Təşkilatının hər il keçirilən sessiyalarında Azərbaycan Respublikasının hökumət nümayəndələri ilə birlikdə iştirak edir, müzakirə olunan məsələlərlə bağlı öz prinsipial mövqelərini ortaya qoyurlar. Respublikamız Avropa Şurasının Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulduqdan sonra Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bütün imkanlardan maksimum istifadə edir.

Səttar Möhbalıyev vurğulayıb ki, BƏT-in Əməyin gələcək sferası üzrə Qlobal Komissiyasının hesabatında insan həyatına istiqamətlənmiş ictimai müqavilənin yerinə yetirilməsi əsas yerlərdən birini tutur. Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə ProqramıBeynəlxalq Əmək Təşkilatı sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanıb 2016-cı ilin sentyabrında qəbul edilib. Bundan dərhal sonra AHİK-in İcraiyyə KomitəsiAzərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası” təsdiq edib. Konsepsiyada həmkarlar ittifaqının həyata keçirəcəyi tədbirlər görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilib.

Qeyd edilib ki, AHİK öz imkanlarını BƏT-in “Ədalətli qloballaşma naminə sosial ədaləthaqqında Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbər edib. Sədr iştirakçıların nəzərinə çatdırıb ki, 2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaq. Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə başçısının böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının bir daha şahidi oluruq. Bu mühüm sosial əhəmiyyətli tədbirlər, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına da öz töhfəsini verəcək.

Dünya təcrübəsi göstərir ki, sosial tərəfdaşlığın səmərəli olması üçün güclü həmkarlar ittifaqı güclü işəgötürənlər təşkilatı lazımdır. Dünyada ilk kollektiv müqavilə 150, Azərbaycanda isə 115 ilə yaxındır ki, imzalanıb. Yüz illiyini qeyd edən BƏT-in fəaliyyəti üçtərəfli əməkdaşlığın sosial tərəfdaşlığın inkişafına böyük təkan verib. Üçtərəfli sosial tərəfdaşlıq artıq həmkarlar ittifaqının müdafiə funksiyasının həyata keçirilməsində sosial dialoqun inkişafının əsas mərhələsinə çevrilib.

Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət məşğulluq siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə, əmək miqrasiyası, əmək qanunvericiliyinin, eləcə sosial pensiya təminatı sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz hazırlığının yenidən hazırlığının təşkili məsələlərində BƏT-in imkan təcrübəsindən yararlanmaq bizim maraqlarımıza cavab verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə 9 mindən çox sahibkarın qeydiyyatdan keçdiyini bunun 4 mininin hüquqi şəxs olduğunu bildirib. BƏT-in dəstəyi ilə birgə mühüm layihələrin həyata keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən etdiyi yüksək iqtisadi inkişafa yüksək təminatlı məşğulluğa nail olacağına əminliyini ifadə edib.

Daha sonra BƏT-in Mərkəzi Asiya Avropa üzrə işçilərin fəaliyyəti bürosunun rəisi Serqius Qlovaskas çıxış edib konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, BƏT- çox böyük əməyi olan Azərbaycan təşkilatın idarəetmə şurasında iştirak edir. O, BƏT-in baş direktoru Qay Rayderin Azərbaycana ilk səfərindən danışıb, texniki əməkdaşlıqla bağlı üçtərəfli komissiyanın yaradılması proqramların imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Serqius Qlovaskas BƏT-in 100 illik yubileyi münasibətilə AHİK-in sədri Səttar Möhbalıyevə, sədrin birinci müavini İlyas Əliyevə, AHİK-in aparat rəhbəri Həsən Cəfərova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova BƏT-in fəxri fərmanlarnı təqdim edib. Konfrans daha sonra öz işini 3 panel üzrə - “Əməyin gələcək sferası. Qlobal komissiyanın hesabatı”, “Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layiqli əmək)”, “Sosial dialoqsosial partnyorluq” məsələləri ətrafında qruplarda davam etdirilib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

 

Xalq Cəbhəsi.- 2019.- 7 may.- S.12.