UYĞUN - müasir
özbək ədəbiyyatının ikişafında xüsusi xidmətləri olan
sənətkar
Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905 -ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olub. Uyğun onun təxəllüsüdür. Adı və soyadı Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirib.
O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil alıb. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirib. Uyğun 1927-ci ildə Səmərqəndə gəlib və Səmərqənd Pedaqoji Akademiyasına daxil olub. Səmərqənd ədəbi və elmi mühiti onun bədii və elmi yaradıcılığının yüksək mənada formalaşmasına ciddi təsir göstərib. Səmərqənddə o, dövrün ən tanınmış şəxsiyyətlərindən olan Həmid Alimcan, Daşpolad Sədi, Nəsrulla Axundla yaxından tanış olur. Uyğun 1930-cu ildə təhsilini başa vurur və əmək fəaliyyətinə başlayır. O, 1930-1947-ci illərdə Özbəkistan Yazıçılar Birliyinin rəhbər işçilərindən biri olub. Uyğun 60-cı illərdən başlayaraq ömrünün sonuna qədər məsul vəzifələrdə işləməyə maraq göstərib, bədii yaradıcılıqla ciddi məşğul olmağı üstün tutub.
Uyğun bədii yaradıcılığa 1925-ci ildə başlayıb. Şairin “Bahar sevincləri” adlı ilk şeirlər kitabı 1929-cu ildə çapdan çıxıb. 1933-cü ildə onun “İkinci kitab” adlı növbəti şeirlər toplusu işıq üzü görüb. Həmin kitab Uyğun yaradıcılığının dönüş nöqtəsi hesab olunur. Az vaxt ərzində Uyğunun “Günəş ölkəsi” (1936), “Uyğun şeirləri” (1936), “Məhəbbət” (1939) və s. adında daha bir neçə kitabı nəşr edilib.
30-cu illərin axırlarından başlayaraq, Uyğun dramaturgiya sahəsində xidmət göstərməyə başlayıb. O, ömrünün axırına qədər 20-dən çox səhnə əsəri yazıb. Uyğunun elmi fəaliyyəti 30-cu illərdən başlayır. Ədəbiyyatşünas kimi onun onlarla elmi-tədqiqat əsəri mövcuddur. Uyğunun tərcüməçilik uğurları da böyükdür. O, ayrı-ayrı illərdə Puşkindən, Lermontovdan, Şevçenkodan, Knlovdan, Şekspirdən, Abaydan, Tukaydan və digər sənətkarlardan özbək dilinə tərcümələr edib.
Bir şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim kimi onun xidmətləri qədirbilən xalqı tərəfindən yüksək qiymətləndirilib. O, 1965-ci ildə xalq şairi fəxri adına layiq görülüb. 1967-ci ildə üç cildlik seçilmiş əsərləri çapdan çıxıb və bu münasibətlə Həmzə adına Dövlət mükafatı alıb. Uyğun 1974-cü ildə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1985-ci ildə şairə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Uyğun 1990-cı ildə vəfat edib.
Uyğun görkəmli lirik şairdir. Onun “Bahar sevincləri” (1929) adlı ilk şeirlər kitabında toplanan şeirlərində yeni cəmiyyətin ruh və duyğuları əks etdirilib. Uyğunun 30-cu illər poeziyası onun yaradı-cılığında dönüş nöqtəsi hesab olunur. Belə ki, şair bu illərdə yazdığı şeirlərində Vətən, azad insan obrazı yaratmağa xüsusi maraq göstərib. Eyni zamanda 30-cu illər yaradıcılığında Uyğun peyzaj, mənzərə nümunələrinin mahir yaradıcısı kimi də tanınmağa başlayıb. Şairin “Nəzir atanın qəzəbi”, “Briqadir Kərim”, “Günəş ölkəsi” və s. şeirləri ideoloji təbliğat səpkili nümunələr olsa da, bu əsərlərdə fədakarlıq, əməksevərlik, xalqa bağlılıq daha çox diqqəti cəlb edir. Məsələn, “Nəzir atanın qəzəbi” şeirində görürük ki, Nəzir ata pambıq tarlalarına ziyan verə biləcək yağışın yağmasından çox narahatdır. Buna görə o, göyün üzünü almış qara buluddan qəzəblənir.
Asta-asta bulud aldı göyləri,
Dumanlandı qaş-qabağı qocanın,
Göyə baxdı, incik-incik deyindi:
“Heçyağışmyeridirmi, sən canın?!”...
“Bu lənətə gəlmiş hayandan gəldi,
İş-gücümüz başdan aşan zamanda?!
Əlac
tapsam, mərdimazar buludu
Didik-didik
didiklərdim bir anda...”
İlk anda bu parçalar 30-cu illər ədəbiyyatında
özünü göstərən
reklamçılıq və
şüarçılıq təsiri bağışlayır. Lakin dərindən diqqət etdikdə bu hallardan başqa şeirdə əməyə,
zəhmətə çağırış
və qiymətin poetik ifadəsini də müşahidə etmək mümkündür:
Ürəyində qeyrət qanı
çağladı,
Bu təpərdən işıqlandı
baxışı.
Qürur
ilə addımladı
tarlaya
Hiss etmədi bulud tökən yağışı.
Uyğun 30-cu illərdə yazdığı
poemalarında da yeni həyat, yeni insan, yeni
adət və ənənə problemlərinə
xüsusi fikir verirdi. “Candəmir”, “Ukrayna
elləri”, “Mart günlərində”
və s. poemalarında
şair məsələlərə
30-cu illər dövlət
siyasətinin tələblərinə
uyğun münasibət
bildirirdi. Məs., “Candəmir” poemasının qəhrəmanı
Candəmirin həyatının
keçmiş və indiki dövrlərin timsalında həyatın,
dövrün yaxşı
mənada dəyişməsinin
təsviri bilavasitə
dövlət ideologiyasına
xidmətlə bağlanır.
Böyük Vətən müharibəsi
dövründə Uyğunun
yaradıcılığı məzmun və ideya baxımından yeni keyfiyyətlər kəsb etdi. Bu mövzuda yazılmış
əsərlərində o, qəzəb və nifrət, sevgi və məhəbbət problemlərini yüksək
sənətkarlıqla əks
etdirə bildi. Düşmənə nifrət, vətənə
sevgi və məhəbbət bildirən
şeirləri şairin
vətənpərvərlik hisslərinin güclü və böyüklüyündən
xəbər verir.
Uyğunun müharibə dövründə
çap olunmuş və bilavasitə xalqın vətən sevgisini özünə əks etdirən “Zəfər təranələri”
(1942), “Qəzəb və
məhəbbət” (1943),”Şeirlər”
(1949) adlı kitablarında
cəmlənən şeir
nümunələri bu
baxımdan xarakterikdir.
Uyğunun “Döyüşçü dostuma”, “Qəhrəman”, “Partizanlar”, “Qəzəb”,”Səni
mən tanıyıram”,
“Salyut”, “Zəfər hilalı”
və s. şeirləri
alman faşistlərinə
qarşı xalqın
aşıb-daşan qəzəbini
ifadə etmək və adamların qələbəyə inamını
nümayiş etdirməkdə
əhəmiyyətlidir. Məsələn,
“Qisas” şeirində ağ saçlı
ananın düşməndən
qisas almaq cəhdi, “Vətən haqqında nəğmə”
şeirində böyük
hörmət və məhəbbətlə yad
olunan ana vətən obrazı təsvir olunub. Böyük Vətən müharibəsindən sonrakı
dövrlərdə Uyğun
yaradıcılığında müharibə mövzusuna
müraciətlə yanaşı,
həm də müharibədən sonrakı
vaxtlarda adamların həyatı, iş şəraitləri, istək
və arzularını
özündə əks
etdirən əsərlər
yaranmağa başladı.
Uyğun
40-70-ci illərdə “Hədiyyə”
(1946), “Özbəkistan” (1947), “Həyat eşqi” (1948), “Şeirlər” (1963), “Qəlbimdə
bahar” (1965), “Poemalar”
(1972), “Əsərlər” (1979) və s. şeir kitablarını çap etdirməyə mü¬vəffəq
olub. Şair, yaradıcılığında
gələcəyə inamı,
ümidi böyük olan bir sənətkar
təsiri bağışlayır.
“Salam, gələcək!” şeiri bu səpkidən
olan şeirlərin ən mükəmməli və maraqlısıdır.
Şeirdə şairin gələcəyə
olan ina¬mı əslində tarixə, bu günə olan hörmətin, etiramın təcəssümüdür.
Əsərdə həmçinin
bəşərilik hissi
də özüməxsus
tərzdə səciyyələndirilib:
Salam sənə, ey gələcək! Ey gələcək insanlar!
Salam sizə, ana Vətən! Mənim elim-ulusum!
Gələcəyi mən görməsəm,
doğma xalqım görəcək,
Qulaqlardan
getməz mənim şərqilərim, gur səsim!
Uyğun satirik şeirlər müəllifi kimi də gözəl nümunələr yaradıb. O, öz
satiralarında paxıllıq,
vicdansızlıq, əliəyrilik,
laqeydlik və s. neqativ hallara qarşı barışmazlıq
və etiraz nümayiş etdirib, bütün eybəcərliklərin
satirik tərzdə ifşasına nail ola bilib.
Uyğun müasir özbək ədəbiyyatında uşaq
ədəbiyyatının ustad
nümayəndələrindəndir. “İki
ana”, “Bağımda gül əkdim”, “Quşlar gəldi”, “Düşərgədə” və
s. şeirləri Uyğunun
uşaq ədəbiyyatı
nümunələrinə daxil
olan gözəl şeirlərdəndir. Həmin
şeirlərdə vətənə,
torpağa bağlılıq,
elmə, biliyə həvəs, böyüklərə
hörmət və s.
hisslər böyük
ustalıqla,sadə deyim tərzində uşaqlara aşılanır.
“İki ana”
Uyğunun uşaq şeir nümunələrinin
ən təsirlisidir.
Şair ana deməklə həm vətəni, həm də doğma ananı nəzərdə tutur.
Bunlardan biri insana süd,
o birisi isə çörək verir.
Şair bu iki müqəddəs varlığa eyni məhəbbət bildirməklə
uşaqların vətən
və ana qarşısında olan borclarını bir daha canlandırmış olur:
Mənim
iki anam var,
İkisi də mehriban.
Biri mənə süd verdi,
Biri də şirin çörək.
(Sətri tərcümə)
Uyğun yaradıcılığında 40-cı illərin başlanğıcı
yeni bir sahənin yaranması şəklində xarakterizə
olunur. Artıq bu illərdən
başlayaraq o, ardıcıl
olaraq dramaturgiya ilə məşğul olub. “Əlişir Nəvai” (1941), “Ana” (1942), “Həyat
nəğməsi” (1947), “Novbahar”
(1949), “Hürriyyət” (1958), “Dostlar” (1961), “Müqəddəs
borc” (1965), “Əbu Reyhan Biruni” (1973), “Əbu Əli ibn Sina” (1980) və digər dramlarıilə Uyğun özünün səhnə
əsərləri yaradıcılığında
böyük nüfuz sahibi olmasını təsdiqləyə bildi.
Dramaturqun
İzzət Sultanovla birlikdə yazdığı
“Əlişir Nəvai”,
“Əbu Reyhan Biruni”, “Əbu Əli ibn Sina”
əsərləri ayrı-ayrı
görkəmli şəxsiyyətlərin
həyat və yaradıcılığının təsviri ilə bərabər, həm də xalq-ların tarixi keçmişinin işıqlandırılmasına xidmət göstərib.
“Əlişir Nəvai”
dramında böyük
özbək şairi və siyasi xadimi Ə.Nəvainin obrazı canlandırılıb. Müəllif dövrün hadisə və əhvalatlarını
təsvir etməklə
ictimai-siyasi şəraitin
mürəkkəb ziddiyyətlərini
göstərir, tarixi
realist planda adamların
həyat tərzinin ağırlığını əks etdirir. Ona görə də dramda Ə.Nəvai şair, mütəfəkkir
olmaqdan çox ədalətli dövlət
xadimi, zülmə qarşı etirazı ilə seçilən xalq adamı təsiri bağışlayır.
Ə.Nəvai əsərdə böyük islahatçı
rolunda çıxış
edir. O, xalqın
azadlıq və xoşbəxtliyini təmin
etmək üçün
ədalətli şah
və mərkəzləşdirilmiş
dövlət arzusu ilə yaşayır. Ona görə Ə.Nəvai Hüseyn Bayqaranı dövləti ədalətlə
idarə etməyə
çağırır.
Pyesdə Ə.Nəvainin şəxsi
həyatı da təsvir olunub. Lakin müəllif
Nəvainin şəxsi
həyatı fonunda onun ictimai görüşlərinin
tərənnümünə yer verir. Əsərdə bütün obrazlar
canlı və dinamik təsir bağışlayırlar. Nəvainin sevgilisi Gülü, vəzir Məcidəddin, şair Cami, nökər Turdı, casus Mənsur və b. surətlər, demək olar ki, əksər hadisə və əhvalatların mərkəzində
dayanır, müəllif
mövqeyinin açılmasında
istifadə obyek-tinə
çevrilirlər.
Uyğun bir çox dramlarında müasir həyatın vacib problemlərinə toxunub. “Hürriyyət” və “Pərvaz” pyeslərinin mövzusu 50-60-cı illərdə
baş vermiş real hadisələrdən götürülüb.
Hər iki əsərdə müasir dövrün kənd həyatı, kolxoz təsərrüfatında
baş vermiş dəyişikliklər, dövlət
və idarəçilik
mexanizmi prinsipləri əsas təsvir obyektinə çevrilib.
Elman Quliyev
filologiya üzrə elmlər
doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 18 may.-
S.14.