Türkologiya: reallıqlar, problemlər, perspektivlər
Mayın
20-də Azərbaycan Dövlət
Pedaqoji Universitetində
(ADPU) “Türkologiya: reallıqlar,
problemlər, perspektivlər”
respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov türkologiya
elminin xüsusi əhəmiyyət kəsb
etdiyini və ictimaiyyət tərəfindən
rəğbətlə qarşılandığını
bildirib. Sonra filologiya fakültəsinin
dekanı, professor Mahirə
Hüseynova “Türkologiyanın
aktual problemləri”, müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov “Türkologiyanın
reallıqları və
perspektivləri” mövzularında
məruzələrlə çıxış
ediblər.
Məruzələrdə qeyd edilib ki,
türkoloji düşüncənin
tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə
böyük dəyər
verir. Türkoloji fikir dövlət
siyasətinin mahiyyətində
dayanır. Müasir dövrümüzdə
türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr
genişlənir, türkoloqlar
tərəfindən dil
sahəsindəki əlaqələrə
vaxtaşırı nəzər
salınır və inteqrasiyaya, ümumtürk
dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir. Son illər
türkdilli xalqların
arasında inkişaf edən iqtisadi və siyasi-mədəni əlaqələr, mənəvi
yaxınlaşma ortaq türk dili ideyasının gerçəkləşməsinə
təkan verən amillərdən biridir.
Türkdilli xalqlarla əlaqələri
genişləndirməyi zaman
tələb edir.
Müasir türkologiyanın
qarşısında dayanan
əsas vəzifələrdən
biri öz inkişaf tarixində müəyyən səbəblər
ucbatından bir-birindən
ayrılmış və
uzaq düşmüş
türk xalqlarının
dillərinin oxşar və fərqli cəhətləri barədə
çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, milli, mədəni, siyasi və ideoloji baxımdan böyük önəm daşıyacaq bu mövzular üzərində
elmi araşdırmaların
aparılmasına istiqamət
verilməsidir.
Sonra konfrans
öz işini 3
bölmədə davam etdirib.
Bölmə iclasları “Türk dillərinin
fonetik, leksik, qrammatik quruluşu və
müqayisəsi”, “Ortaq türk
dili və əlifbası”, “Türk dillərinin tarixi
və dialektləri” mövzularında müzakirələr
aparılıb. İclaslarda ümumilikdə
52 məruzə dinlənilib. Konfransın yekun
iclasında bölmə rəhbərlərinin hesabatları
dinlənilib, müvafiq qərarlar qəbul
edilib.
Xalq Cəbhəsi.- 2019.- 21 may.-
S.15.