Avstriyaya ilk qızıl medal gətirən
azərbaycanlı
Fərid Əzizov: “Qələbələrim
Avstriyada Azərbaycanı tanıtmaqda mənə geniş
imkan və yollar açıb”
35 yaşı var, Bakıda doğulub. Karate üzrə 5 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi, ixtisasca jurnalistdir.
2009-cu ildə Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib. 2005-ci ildə hərbi xidməti
başa vurduqdan sonra "Çağrı İctimai
Birliyi"ni təsis edib. 2009-cu
ildə təsis etdiyi Xeyriyyə cəmiyyəti "NETTY
2009" Milli internet mükafatının nominantı olub.
Xeyriyyə cəmiyyəti həmin il
"Azərbaycan İnternet Formu"nun təsis etdiyi Millinet
mükafatının qalibi olub. 2009-cu ildə təhsilini
bitirdikdən sonra müxtəlif qəzet və jurnallarda
müxbir kimi fəaliyyət göstərib.2010-2011 ci illərdə
"Qurtuluş media şirkəti"ndə efir direktoru vəzifəsində
çalışıb.2013-cü ildə "Kral Media
Group" şirkətini təsis edib.2008-2017-ci illərdə
Azərbaycanda keçirilən respublika turnirlərində
iştirak edərək karate üzrə respublika çempionu
olub.Karate üzrə 3-cü dan "qara kəmər"
sahibidir.2018-ci ildən Avstriyada fəaliyyət göstərən
Avstriya Azərbaycan diasporasının sədridir.Bunlarla
yanaşı, 2005-ci ildən bu günə qədər ictimai
işlərdə fəal üzv olaraq yaxından iştirak etməkdədir.
Fərid
Heydər oğlu Əzizov haqqında Vikipediyada bu məlumatları
əldə edə bildik.Avropadakı dostlarımızdan
öyrəndik ki, F.Əzizov Avstriyaya köçəndən
bəri Azərbaycan həqiqətlərini Avropada yaymağa
başlayıb.Edilən müxtəlif təzyiq və təhdidlərə
baxmayaraq vətən, azərbaycançılıq sevgisi onu
yolundan çəkindirməyib.Bu gün də o yolda inamla
addımlayır.Azərbaycan mediası ondan çox
yazmayıb, çoxu onun Avstriyadakı fəaliyyətindən
xəbərsizdir.Çünki o xalqına medanın gündəmini
zəbt etmək üçün xidmət etmir. Amma bir neçə gün öncə Ukraynada 32
ölkənin iştirakı ilə keçirilən
Kempo-Karate və Kobudo növləri üzrə növbəti
dünya çempionatında aktivinə iki qızıl və
bir bürünc medal daxil edən F.Əzizov “Azərycanlı
diaspor sədri dünya çempionu oldu” başlığı
ilə Azərbaycan mediasının gündəmini zəbt
etdi.
Marağımız onunla əlaqə
yaratmağımızla nəticələndi. Beləcə, Karate üzrə
5 qat Dünya, 3 qat Avropa, 7 qat ölkə çempionu, diaspora
sədri F.Əzizov “Xalq Cəbhəsi”nin həmsöhbəti
oldu.
Dediyinə görə, məktəbdə oxuduğu illərdə
çox nadinclik edib. Atası ilk dəfə onu Cəlaləddin
Naxçıvanskı adına Şahmat məktəbinə
yazdırıb, ailəsi onu şahmatçı görmək
istəyirdi. Sonradan valideynləri onda şahmata
həvəs göstərmədiyini görüb idmanın
başqa növünə - Karatenin sirlərini öyrənməyə
yönləndirdilər.
-
Uşaqlıq vaxtlarında Vandam, Bruslinin çəkildiyi
filimlər baxa-baxa böyüdük. Böyüyəndə
onlar kimi olmağı xəyal edirdik. Təbii ki, bu
uşaqlıq arzuları idi... İllər
ötdü, mən onlar kimi olmasam da, özüm kimi
olmağı bacardım.Uşaqlığımız
müharibə illərinə təsadüf edirdi.Qarabağ
müharibəsinin qızğın zamanlarında atamdan vətəni
sevməyi öyrəndim. Atamdan daima “Azərbaycan sənin
canındır, qanındır, onu qorumalısan, daima onun
adını uca tutmalısan” sözlərini eşidirdim...
Nə vaxtdan Avstriyaya göçmüsən?
Artıq bir neçə ildir ki, Avstriya respublikasında
yaşayıram, burada idmanla məşğulam. İlk gəldiyim
günlərdən insanlardan maraqlanırdım ki, azərbaycanlılar
burada vətəni tanıtmaq üçün nə işlər
görürlər. Aldığım
cavablar mənim üçün qənaətbəxş
deyildi. Çünki Azərbaycanımızın zəngin
tarixi, mədəni irsi, dövlətçiliyi dünyaya
örnək ola bilər. Bəzi
xalqlar bizdən mədəniyyətimizi öyrənib öz
övladlarına öyrədə, o mədəniyyətlə
böyüdə bilərlər. Səmimi
deyim, idmançı olduğum üçün bir çox
Avropa ölkələrində olmuşam, amma heç birində
Azərbaycanda insanların bir-birinə olan hörmətini,
qonaqpərvərliyini, müdrikliyini görmədim. Biz tarixi ənənələrimizi, zənginliklərimizin
qədrini bilməliyik, onları qoruyub saxlamalıyıq,
yaşatmalıyıq və övladlarımıza tariximizi,
soy kökümüzü anlatmalıyıq. Eyni zamanda, dünyaya yaymalıyıq.
Avstriyada ilk olaraq hansı sahədə fəaliyyətə
başladın?
İdman sahəsində. Mənim məşq
edib döyüşdüyüm Kempo-Ryu Karate növü bu
ölkədə çoxda yayılmamışdı. Mən bu idman növünə daha da bağlandım
və özümü, ən əsası Azərbaycanımı
tanıtdırmaq üçün əlimə böyük
şans düşdü. Bu şansdan
lazımı qədər istifadə etdim və düşünürəm
ki, uğurlu alındı. Avstriya
respublikasına Kempo-Ryu Karate növündən tarixdə ilk
qızıl medalı mən gətirdim. Mənim
üçün bu çox şərəfli idi. Qürür hissi ilə deyirəm ki, Avstriya
respublikasına Kempo Karate növündə ilk qızıl
medal gətirən mən azərbaycanlıyam. Beynəlxalq yarışlardan qələbə ilə
döndükdən sonra məni bütün mötəbər
idman tədbirlərinə şərəf müsafiri kimi dəvət
edirdilər və mən isə ora üç rəngli Azərbaycan
bayrağı ilə gedirdim. Fəxr hissi
ilə Azərbaycan deyirdim. Şərəf
müsafiri kimi dəvət olunduğum tədbirlərdə
möhtəbər qonaqlara Qarabağdan, Xocalıdan, ermənilərin
işğalçılıq siyasətindən
danışıram. Qarabağdan
danışdıqca insanlarda Azərbaycana qarşı olan
maraq artır, həqiqətləri başa düşürlər,
bu da mənə gələcək yarışlarda uğur
qazanmaq üçün daha bir güc, qüvvət verir.
Bəs diaspor quruculuğundakı fəaliyyətinə nə
zaman başladın?
Burada diaspora quruculuğumuz çox qəribə bir təsadüf
nəticəsində başladı. Ölkənin boks
turnirində fəxri qonaq kimi dəvət almışdım.
Şəhər meriyası ilə söhbət edəndə mənim
azərbaycanlı olduğumu öyrəndi və gülümsəyərək
dedi ki, ilk azərbaycanlısan ki, səni tanıdım.
Soruşdum ki, Azərbaycanı tanıyırsız, dedi bəli:
“Amma azərbaycanlıların burada çox az olduğunu bilirəm
heç bir ictimai fəaliyyətləri yoxdur”. Mən
isə bu barədə fikirləşəcəyimi və gələn
görüşümüzə qədər Avstriyada
nüfuzlu bir diaspora quracağımızı söz verdim.
O gündən başladıq bir neçə şəxslərlə
görüşməyə. Salzburg şəhərində
yaşayan sayılıb, seçilən Xalid bəylə
görüşdük, bu fikir barədə danışdıq
və fəaliyyətə başladıq.
Sənin bu uğurların Avstriya hökuməti, səfirliyimiz
tərəfindən necə qarşılandı. Yəni sənə maraq
artdımı...
Avstriya respublikasından və Azərbaycanın
buradakı nümayəndələrindən çox
razıyam, onlar daima mənim uğurlarıma sevinib və əllərindən
gələn dəstəyi verirlər. Avstriya tərəfindən
diasporamıza böyük dəstək var və daima
keçirtdiyimiz tədbirlərdə Avstriya rəsimləri
iştirak edir bu da bizi sevindirir. Bu ilin
fevral ayında Xocalı soyqırımının 27 ci
ildönümü ərəfəsində bir sıra silsilə
tədbirlərimiz oldu.Vyana şəhərində Xalq rəssamı
Əşrəf Heybətovun “Xocalı bir rəssamın
gözü ilə” müəllif sərgimiz keçrildi.
Tədbirdə Avropanın, o cümlədən ölkəmizdən
parlament nümayəndələri də iştirak etdilər.
Maraqlıdır
Avstriyada sənə qədər Azərbaycanı təmsil edən
bir diaspor təşkilatı yoxuydumu ?
Heç bir kəsin haqqına girmək olmaz, bəli,
Avstriyada diaspora var idi. Amma onların işi yalnız ildə bir
dəfə Xocalı soyqırımı anım tədbirini
keçirtmək idi. Bizim diasporamız
yarandığı gündən bu yana hər
ay Azərbaycan, onun milli adət ənənəsi, milli mənəviyatı
ilə bağlı silsilə tədbirlər keçirir. Azərbaycanın tarix boyu başına gətrilən
bəlalar beynəlxalq ictimaiyyətə
çatdırılır. Biz təkcə
bir gün deyil, hər gün Azərbaycan üçün
yaşayırıq.
Müxtəlif ölkələrdə yarışlarda
olmusan, bir azərbaycanlının Avstriya bayrağını
qaldırması sənə hansı hissləri yaşadıb?
Mən idmançıyam, təmsil olunduğum ölkənin
bayrağını qaldırmalıyam. Ancaq bu daimi
deyil, nə zamansa idmandan gedə bilərəm, karyeramı
başa vuraram, yarışlara qatılmaram, o zaman
Avstriyanın da bayrağını qaldırmayacam. Amma Azərbaycan mənim canım, qanımdır, vətənimdir,
o həmişə qəlbimdədir. Yaxşı
bir hal da ondadır ki, Avstriyada məşhurlaşmağım,
qəbul olunmağım Azərbaycanı burada
tanıtmağıma böyük imkanlar, yollar açır.
Avstriya bayrağını beynəlxalq arenada
qaldırmağım Azərbaycan üçün, Azərbaycan
haqqında danışmağıma gözəl şans verir.
Şagirdlərin arasında erməni uşaqları
varmı?
Heç
bir halda erməniyə nə salam verərəm,
nə də onlara öz idmanın sirlərini öyrədərəm.
Milyonlar versələr belə bir erməni
övladının müəllimi olmaram. Ermənilər
tarix boyu bizim millətin humanistliyindən istifadə edib onun başına
bəlalar gətiriblər. Düşünürəm
ki, ermənini özünə dost bilən azərbaycanlı
Azərbaycanın minlərlə şəhidinə xəyanət
etmiş olur.
Avstriyada
Qarabağ, Azərbaycan həqiqətlərini yaymaq
üçün daha nələr edilməlidir?
Nəinki
Avstriyada, bütün dünyada Azərbaycan həqiqətlərini
yaymaq vacibdir. Təbliğatımızı gücləndirməliyik,
ideoloji iş aparmalıyıq. Açığı,
hələki bu yöndə çox arxadayıq. Avstriyada yaşayan insana Qarabağ haqqında
danışdıqdan sonra ona öz dilində olan kitablar, filmlər
təqdim olunmalıdır ki, oxuyub daha da çox məlumat əldə
edə bilsin. Əfsuslar olsun ki, bizim
diasporalar hazırda bu baza ilə çox da təmin olunmur.
Avstriyada
sənin uğurlarına qısqanclıqla yanaşanların
olduğuna şübhə yoxdur…
-Allah
şahidimdir ki, mən yarışlarda təkcə öz
adıma görə vuruşmuram, mənim qələbə əzimim,
qalib olma səbəbi Azərbaycanımın adını uca
tutmağımdır. Bəli, biz erməni və erməni xislətli
insanlarla mübarizə aparırıq.Diaspora işi bir
informasiya müharibəsidir müasir dövrdə hansı
diaspora güclüdürsə, o öz sözünü,
öz fikrini hər yerdə deyə biləcək.İçimizdə
olan bəzi erməni xislətli insanlar bizim
uğurlarımıza ləkə salmaq niyyəti ilə
müxtəlif çirkin kampaniyalar aparırlar.Allahın iradəsi
ilə yenə özləri xar olurlar.
Azərbaycanın millimaraqlarını daha yüksək
səviyyədə qorumaq üçünhansı planlar
üzərində fikirləşirsən?
- Bu yaxınlarda Avstriya respublikasında AzərbaycanEvininaçlışını
planlaşdırırıq. Burda mütəmadi olaraq Azərbaycandan
gələcək qonaqların iştirakı ilə mədəni
və maarifləndirici proqramlarla çıxış etməyi
düşünürük. Azərbaycan Evinin
açlışından sonra həftədə bir gün
olmaqla Azərbaycanın tarixi filmlərinin nümayişini, bu
filmlərdə Qarabağ həqiqətlərini izləyicilərin
diqqətinə çatdırmağı
planlaşdırmışıq. Bir sözlə ,Azərbaycanı
Azərbaycan Evində Avstriya vətəndaşlarına tanıdacağıq.
Xalq Cəbhəsi.- 2019.- 18 may.-
S.10.