Milli Kitabxananın direktoru
Rusiyada beynəlxalq forumda
çıxış edib
Noyabrın 15-də Dövlət
Ermitajının Baş qərargahında
VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində “Böyük Qələbənin 75 illiyi: Ədəbiyyat, kino,
teatr” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təmsil edib.
Konfrans Rusiyanın
Televiziya aparıcısı,
dokumentalist Nika Strijakın moderatorluğu
ilə keçirilib.
Tədbirdə Rusiyanın “Эксмо-АСТ” nəşriyyat
qrupunun prezidenti Oleq Novikov, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, M.Qorki adına Moskva İncəsənət
Akademik Teatrının
bədii rəhbəri
Eduard Boyakov, Rusiyanın
Sovet və Rus film və teatr rejissoru, aktyor Dmitri Astraxan və digər şəxslər iştirak
ediblər.
Konfrans iştirakçıları tərəfindən
ədəbiyyat, teatr,
kino və televiziya sahəsində hazırlanmış əhəmiyyətli
layihələr – beynəlxalq
ictimaiyyətlə ünsiyyət
yolları və vasitələri ilə MDB
ölkələrində gənc
nəsillər arasında
Böyük Qələbənin
xatirəsinin qorunmasına
yönəlmiş layihələr
təqdim edilib, həmçinin müxtəlif
mədəniyyət meyillərinin
qovşağında formalaşan
və beynəlxalq kontekstdə yazılmış
yeni formatlar barədə müzakirələr
edilib. Eyni zamanda, mədəniyyət
müəssisələrinin Böyük Vətən müharibəsində Qələbənin
75 illiyinin qeyd olunmasındakı rolundan danışılıb.
Kərim
Tahirov Böyük Vətən müharibəsində
Qələbənin 75 illiyi
münasibətilə Azərbaycan
Milli Kitabxanasının
həyata keçirəcəyi
tədbirlər və
MDB-yə daxil olan bir sıra
ölkələrin milli
kitabxanaları ilə
birgə həyata keçirəcəyi layihələr
barədə danışıb.
Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov və Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş
keçirilib. Görüşdə Azərbaycan Milli
Kitabxanası ilə Rusiya Milli Kitabxanası
arasındakı qarşılıqlı
əməkdaşlığın daha da inkişaf
еtdirilməsi,
еlm, mədəniyyət
və məlumat mənbələrinin yayılması
və mübadiləsi
sahəsində gələcək
əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar
aparılıb.
Daha sonra Rusiya Milli Kitabxanasının
əməkdaşlarının müşayiəti ilə
Foruma dəvət olunmuş iştirakçıların
Dövlət Ermitajında
ekskursiyası təşkil
edilib.
Qonaqların iştirakı ilə VIII Sankt-Peterburq Mədəniyyət Forumunun təntənəli
açılış mərasimi axşam
saatlarında Mariinsky Teatrının yeni səhnəsində keçiriləcək.
Xalq Cəbhəsi.- 2019.- 16 noyabr.-
S.16.