Tatar ədəbiyyatı

 

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)  

 

 

4-cü yazı

 

Molla Abbas Marqaritaya türk və fars dillərini öyrətdiyi kimi, özü də fransız dilini öyrənmək üçün məktəbə gedir. O, Marqaritaya olan sevgi hisslərini cilovlaya bilmir. Əslində onların məhəbbəti qarşılıqlı məhəbbət əsasında qurulur. Parisdə demək olar ki, 8 ay problemsiz yaşayan Molla Abbas bir yaşlı qadının qətlində günahlandırılıb həbs edilir. O, azadlıqda olarkən tez-tez elm, təhsil, mədəniyyət sahəsində Qərb ilə Türkistanın fərqini müqayisə etdiyi kimi, həbsxanada da Avropa həbsxanalarının Şərq həbsxanalarından fərqləndiyini görürbunun timsalında Fransa məhbəslərini cəza yeri yox, islah məktəbi kimi qiymətləndirir. Əslində, obrazın geniş müqayisələrində İ.Qaspiralı özünün islahatçılıq görüşlərini oxucuya təqdim edir. Molla Abbas 16 gün həbsxanada saxlanıldıqdan sonra məhkəməyə gətirilir. O, məhkəmədə qadının öldürülməsindən xəbərsiz olduğunu, nahaqdan tutulduğunu bildirsə də, heç bir fakt, dəlil gətirmədiyi üçün məhkəməni inandıra bilmir. Hətta onun vəkili də hüquqlarını qoruduğu insanı müdafiə etməkdə aciz qalır. Əsərlə tanışlıq zamanı görürük ki, qətl törənən zaman Molla Abbas şəhərdən uzaqda yerləşən bir məkanda Marqarita ilə gizli şəkildə görüşdə imiş. Molla Abbas bilirdi ki, əgər bu dəlili məhkəmənin nəzərinə çatdırsa, onu günahsız kimi buraxacaqlar. Lakin başa düşür ki, Marqarita ilə olan gizli görüşlərinin sirri açılsa təkcə bir qızın yox, həm də bir şərəfli ailənin namusuna ləkə yaxılacaq. Necə deyərlər, öz başını qurtarmaqla başqa bir başı bəlaya salacaq. Məhkəmənin gedişi zamanı salona üzləri və başları tamamilə örtülmüş, sifətləri görünməz olan iki qadın daxil olur. Məlum olur ki, onların biri şahid qismindədir. Digəri isə şahid olacaq qadının halı pis olduğundan onu məhkəmə binasına gətirməyə yardımçı olur. Şahid qadın adını, kimliyini məhkəməyə bildirmədən ifadə vermək istəyir. Çünki qadın bilir ki, kimliyi aşkar olsa ailə namuslarına xələl gələcək, günah sahibi kimi qınaq obyektinə çevriləcək. Lakin hakim ifadə verən şəxsin kimliyinin bilinməsinin vacibliyini tələb etdiyinə görə çarşablı qadın örtüyünü başından götürərək Marqarita olduğunu söyləyir.

Marqarita yaşlı qadının qətl olunduğunu gün Molla Abbasla şəhərdən 2-3 saatlıq kənarda olduğunu, ayrı-ayrı günlərdə isə hotellərdə öz adlarını gizlədərək, başqa ad altında gün keçirdiklərini bildirir. Marqaritanın atası Müsyo Şalon bu sözləri eşitdikdə halı pisləşir və bir qrup adam onu zaldan kənara çıxarır. Lakin Müsyo Şalon beyninə qan sızmasından vəfat edir.

Marqaritanın çıxışı Molla Abbasın günahsız olduğunu sübuta yetirir. Onu azadlığa buraxırlar. Marqarita atasının ölümündən bir müddət xəbər tutmur. Müsyo Şalonun guya ticarət məqsədi ilə Moskvaya getdiyini Marqaritaya bildirib onu sakitləşdirsələr də, az vaxtdan sonra qız atasının ölümündən xəbər tutur. O, Molla Abbasa olan məhəbbətinin atasının ölümünə səbəb olduğundan günahını əfv etmək xatirinə dərvişanə ömür sürməyə qərar verir. Elə bu səbəbdən də Molla Abbasa olan məhəbbət və ünsiyyəti üzərindən xətt çəkir.

Molla Abbas Pale Royal bazarında fransız, ingilis, ispan dillərini öz ana dili kimi bilən Şeyx Cəlal adlı bir ərəbə rast gəlir. Şeyx Cəlal 15 il Avropa məmləkətlərində ticarətlə məşğul olduğundan bu yerləri yaxşı tanıyır. Onun Avropa barəsindəki fikirləri Molla Abbasda müəyyən maraq doğurur. İ.Qaspiralı bir növ özünün ictimai-siyasi, elmi-mədəni, əxlaqi və s. görüşlərini bu yolla oxucusuna çatdırmağı daha məqsədəuyğun hesab edir. İ.Qaspiralı haqqın, ədalətin təntənəsində və bunların mövcudluğunda insan səadətinin təmin olunduğunu ifadə edirdi. Əks təqdirdə mərifətə, ağla, tərbiyəyə qalib gələn eqoizmin, nəfsin cəmiyyət üçün ziyanlarından bəhs açaraq əsl həqiqət yoluna çatmağa əngəl olacağını bildirirdi: “Malın çoxluğu, artıqlığı insanları səadətli etməz. İnsan səadətinin çeşməsi birdirbu da haqq və ədalətdir. Elm, təhsil və tərbiyə haqqın və ədalətin yayılmasına hizmət etmədikcə növi-bəşər səadətdən uzaq qalacaq”. Bu fikirlər İ.Qaspiralının ictimai-siyasimaarifçi görüşlərinin əsasında dayanan fikirlərdən biridir. İ.Qaspiralı dünyanı gəzdikcə, millətlərin halı ilə tanış olduqca belə bir qəti fikrə gəlir ki, türk millətinin gələcək səadət yolu təhsil və elmdədir. O, məktəblərin açılmasını bu yolda vacib addım hesab edir.

“Firəngistan məktubları” romanının baş qəhrəmanı Molla Abbasın bir sıra Avropa ölkələrinə səyahəti fonunda müəllifin elmmaarifi təbliğ obyekti kimi ön planda saxlaması da bu zərurətdən irəli gəlib. “Firəngistan məktubları” əsəri Şeyx Cəlalın məsləhəti ilə Molla Abbasm “müsəlmanların əvvəlki zamanlarda qazandığı şərəf və mədəniyyətini öyrənmək üçün Əndəlusə” getməsi ilə başa çatır.

Əndəlus - İspaniyanın cənubunda yerləşən tarixi vilayətin adı olub. VIII əsrin əvvəllərində İspaniyanın ərazilərini işğal edən ərəblər buranı Əndəlus adlandırmışlar. Əndəlus ərəb mütəfəkkirlərindən İbn Tüfeyl, İbn Rüşt, İbn Əbd Rəbbihi, Əbu Hamid əl-Qəznati və Molla Abbasın İspaniyaya səyahəti və burada başına gələn əhvalatlar “Darürrahat müsəlmanları” əsərinin mövzusunu təşkil edir. Əsər “Tərcüman” qəzetindən əlavə, müəllifin sağlığında iki dəfə kitab şəklində (1891, 1906) çap olunub.

Qeyd edək ki, “Darürrahat müsəlmanları” “Firəngistan məktublarının davamıdır. “İdareyi-tərcüman” imzası ilə əsərə yazılmış ön sözdə bu fikir öz təsdiqini belə tapır: “Daşkəndli Molla Abbasın-Fransaya səyahətindən ötrü fransalı ad almış əfəndinin Fransada gördükləri “Firəngistan məktubları” başlığıyla “Tərcüman”da çap edilib. Bu məktubların ikinci qismi Əndəlusə səyahəti və indiyə qədər naməlum bir cəmiyyəti İslamiyyənin halvücudundan xəbər verir. “Firəngistan məktubları”nın bu ikinci qismi ayrıca bir əhəmiyyətə layiq olub bəxtiyaranə bir surəti-məişətə yetişmiş cəmiyyəti-müslimidən bəhs etdiyinə görə. “Darürrahat müsəlmanları” başlığı ilə risalə (kitabça) şəklində çap edildi və qəzetimizin cümlə müştərilərinə acizanə hədiyyə olaraq göndərildi.”

Əsərdə bəzi kənara çıxmaları nəzərə almasaq, hadisələr əsasən Darürrahatda xəyali İslam ölkəsində cərəyan edir. Molla Abbasın “gizli bir vadidə yaşayan müsəlmanlar” arasında görüb yaşadıqları “Darürrahat müsəlmanları” əsərinin mövzusunu təşkil edir.

Əsər maraqlı mövzü üzərində qurulub. Fransa ilə vidalaşan Molla Abbas 43 saatdan sonra İspaniya sərhəddinə çatır. İlk öncə bu ölkədə gömrük məmuru ilə rastlaşan Molla Abbas məmura İspaniyanı ziyarət etmək məqsədi ilə gəldiyini bəyan edir. Sonra İspaniyanın tarixi haqqında məlumatlar diqqəti cəlb edir. Məğrib valisi Musa ibn NusayrTarik ibn Ziyad tərəfindən bir çox Qərb əyalətlərinin, o cümlədən İspaniyanın fəth olunması faktları əsərdə tarixi-xronoloji ardıcıllıqda başqalarının vətəni hesab olunur. Ərəblərin hakimiyyəti dövründə Əndəlus elm və mədəniyyət mərkəzinə çevrilib. Bu dövrdə Əndəlusdə yüzə yaxın saraykitabxana, on beşdən çox universitet, yüzlərlə məscid və hamam inşa edilib. Əndəlusda yazıb-oxuyanların sayı Avropa ölkələrində yazıb-oxuyanların sayından çox olub. Əndəlus elmi-mədəni dirçəliş dövrünün tarixi Avropa renessansından dörd əsr əvvələ düşür. Nobel mükafatı laureatı, tanınmış fransız fiziki Pyer Küri Əndəlus elmi haqqında danışarkən söyləyir ki, “Əndəlusdan bizə qalan otuz kitab hesabına atomu parçalara bölə bildik, əgər yandırılan bir milyon kitabın yarısı əlimizə keçsəydi, artıq bu gün kosmosda planetlər arasında gəzə bilərdik.” yer alır. “Darürrahat müsəlmanları” əsərində göstərilir ki, İspaniyaya İslamın gəlişi özü ilə mədəniyyət gətirdi. Şəhərlər, məktəblər, yollar tikildi, fabriklər işə düşdü, su boruları çəkildi və s.

Yazıçı İslamın Əndəlusdə qurub-yaratdıqlarının saysız həddə olduğunu nəzərə çatdırır. Bu məqsədlə müəllif ərəb tarixlərindən götürdüyü faktlara istinad etməklə ispan müsəlmanlığı dövründə mövcud olan şəhər, cami, mədrəsə, xəstəxana, hamams. sayları haqqmda məlumatı əsərə daxil edir. Ərazidə İslamın zəfər çalması, “əhli islamın” çoxalması inkişafım əsas səbəbi kimi təqdim edilir: “Əhaliyi-islamiyyənin çoxalması və tərəqqisi, günbəgün məsud olması Əndəlus qitəsini cənnət misallı bir mahal etmişdir...”

Lakin 800 ildən sonra İspaniyadan İslam ordusu geri çəkilməyə məcbur olur, Ferdinantın rəhbərlik etdiyi ispan əsgəri qələbə çalır, İslamdan qalmış bütün abidələr dağıdılır və əhaliyə divan tutulur: Dağlar arası Darürrahat namı verdiyimiz mahalın cəmiyyəti-islamiyyəsi baba Seyid Musanın əqraba və dostlarından hasil olan xalqdır. Əndəlusu tamam istila edib, güc və qüvvət aldıqdan sonra ispanlar əhli-islama aman və mərhəmət etməyib, ...camilərdə namazazan oxutmayıb, məktəblərdə təhsil və tərbiyəni yasaqlayıb. İslamın əlini-qanadını kəsməyə başlamışlar”. Əsərdə Şeyx Cəlalla Molla Abbasın mükaliməsi fonunda istər Avropa, istərsə də Türkistan tarixi, mədəniyyəti haqqında fikirlərə, millət və cəmiyyətin formalaşmasında elmin, təhsilin rolu məsələlərinə geniş yer verilir.

Əsərdə Əndəlusun məşhur sərdarı mərhum Seydi Musanın dost və əqrabalarına ünvanladığı, yazıldığından 700 il sonra (miladi 2076-cı ildə) açılması vəsiyyət olunan möhürlü məktub haqqında məlumatın verilməsi ilk baxışdan qəribə görünsə də, müəyyən mənada ölkə və millətin gələcəyi barədə oxucunu düşünməyə vadar edir. Amma Seydi Musanın vəsiyyətinin dəqiq mətninin nədən ibarət olması təbii olaraq əsərdə açıqlanmasa da, obrazların ehtimallarında burada xalq və millət problemindən, digər millətlər ilə müsəlmanların münasibətlərindən bəhs edilməsi güman edilir.

Əsərin sonunda Molla Abbas Parisdən bir məktub alır. Məktubu Molla Abbasa Marqarita yazıb. Məktubdan məlum olur ki, Sudanda Mehdi Məhəmməd Əhməd adlı bir vətənpərvər igid Misiri tutmuş ingilislərin əleyhinə müharibəyə hazırlaşır. Bəzi vətənpərvərlər Mehdi ordusuna kömək məqsədilə Sudana gedirlər. Marqaritanın yazdığına görə bu məqsədlə Avropada pul toplanır şəxsən özü buna görə 25000 frank yardım edir. Marqarita Molla Abbasın ərəb dilini bildiyi üçün Sudana gedən fransızlara qoşulacağına ümid etdiyini bildirir bunu arzulayır. Molla Abbas Marqaritaya Parisə gəlib onunla görüşəcəyi bundan sonra Sudana gedib-getməyəcəyi qərarını verəcəyi barədə məktub yazır.

Əsər bu sonluqla başa çatır. Əslində sonluğun bu cür verilməsi ilə müəllif yeni hadisələrə keçid alır. Daha doğrusu, oxucu qabaqcadan anlayır ki, sonrakı hadisələr Sudanda cərəyan edəcək.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2019.- 19 noyabr.- S.14.