Cəfər Cabbarlının həqiqət axtarışları

 

 

 

120 illiyi bu il tamam olan böyük dramaturq Cəfər Cabbarlı özünəməxsus yaradıcılıq yolu olan sənətkarlarımızdandır. Az ömründə bənzərsiz sənət inciləri yaratmış Cəfər Cabbarlı daha çox dramaturq kimi tanınsa da, uğurlu şairliyi, nasirliyi, teatrşünaslığı, kinoşünaslığı, tərcüməçiliyi, kinossenaristliyi, jurnalistliyi, aktyorluğu, rejissorluğu da olub. Bütün sahələrdə o, özünəməxsusluğunu, yüksək erudisiyaya malik yaradıcı insan olduğunu sübut edə bilib.

C.Cabbarlı amansız sovet repressiyasının yeni dönəmində - 1937-ci ildə artıq sağ deyildi. İllər öncə o, bu gedişi aydınca görür, duyurdu. Təbiidir ki, bütün zahiri uyğunlaşmayasovetizmi vəsf edən əsərlər yaratmasına baxmayaraq könül dincliyi tapa bilmirdi. Daxilən azad olmasaydı, möhtəşəm əsərlər yarada bilməzdi. Azərbaycan Xalq Cümhuriyyətinin varlığında əsil azadlığın nə olduğunu görmüşdü, vəsf etmişdi

Əslində C.Cabbarlı daxildən ilk gəncliyindəki kimi idi, dəyişməmişdi. Şübhəsiz, yüksək yaradıcı ilhamı olan bu qüdrətli qələm yiyəsi sovet ideologiyasına hava-su kimi gərək idi. O, bütün hallarda daxilinin hökmüylə yaşayırdı.Yeniyetmə yaşlarından bəri yaşadığı gərginliklər ömrünə ağır yük kimi düşdü, ürəyi davam gətirmədi…

***

Onun saysız-hesabsız yaradıcı uğurlara imza atması hər kəsi indi də heyrətləndirir. Filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin araşdırmasında bildirilir, C.Cabbarlı ilk dram əsəri olan “Vəfalı Səriyyə”ni 13 yaşında yazıb: “C.Cabbarlının ilk əsərləri înun müəllifinin yazıçı məsuliyyətinin ağırlığını çîx erkən dərk etdiyini, uğurlu nəticəyə nail îlmaq üçün çalışdığını, seçdiyi mövzunu geniş miqyasda araşdırdığını, bitkin strukturakîmpîzisiyaya nail îlduğunu göstərir. Böyük ədibin ədəbiyyata 12 yaşında gəlişi, “Cəfər... Mətrud” imzasınında îna aid îlduğu haqda fakt yer alır. “Sücaətim” onun ilk mətbu satirik şeiridir”.

Bu illərdə onun satirik jurnallarda (“Babayi-Əmir” və s.) çap olunan bəzi şeirlərinin bir hissəsi senzuradan keçmir, yeri boş qalmış halda çap olunur. “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Ədirnə fəthi, “Ulduz”, “Bakı müharibəsi”, “Trablis müharibəsi” pyesləri, “Aslan və Fərhad”, “Mənsur və Sitarə” kimi hekayələri və s. yaranır.

1918-ci il noyabrın 10-da Bakının Qafqaz İslam Ordusu tərəfindən xilas edilməsi münasibətilə təşkil olunan ziyafətdə C.Cabbarlı da iştirak edir. “Ədirnə fəthi” əsərinin müəllifi olaraq Nuru paşa ilə görüşür. Görüş onun həyatında dərin iz buraxır. Əsəri Azərbaycan səhnəsində 1917-ci il dekabrın 15-də nümayiş etdirilmişdi.

***

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra C.Cabbarlının gizli fəaliyyət göstərən Müsavat Partiyasının yaşadılması ilə bağlı ciddi çabaları olur. 1923-cü ilin iyunun 15-də gecə Cəfər Cabbarlı və Seyid Hüseyn həbs edilir, avqustun 12-də azad edilir. Həbsi ilə Bakı Universitetindəki təhsili, teatr işləri yarımçıq qalır. 1923-cü ilin sentyabrında yeni açılmış Türk Teatrî Məktəbinə daxil olur. Ancaq siyasi fəaliyyətinə görə îktyabrın 5-də yenidən həbs olunur, 30-da azad olunur.

Lirik şeirlərində incə ruhlu şair olaraq həyata, dünyaya, təbiətə, insana hissiyyatlı davranışı, duyğulu, özünəməxsus baxışı ifadəsini tapıb. Gənc ikən həyata yetkin dərəcədə bələd olan Cəfər Cabbarlı həm romantik, həm də təsəvvürəgəlməz dərəcədə realistdir. Onun yaradıcı insan olaraq başlıca qayğısı ədəbiyyat vasitəsilə insanlara mənəvi yol göstərməkdir. Bu mənada C.Cabbarlı ədəbiyyatın mənəvi xilaskarlıq rolunu, geniş kütlələrə göstərə biləcəyi xidməti dərindən anlayırdı.

***

Məşhur “Anaşeiri insanın başlıca istinadgahı olan müqəddəs varlığa – Anaya həsr olunub. Bu şeir ana mövzusunda ədəbiyyat tariximizdə yazılmış təsirli, yetkin şeirlərdəndir: insanın anaya olan sevgisinin ilahilik səviyyəsində ifadəsi ilə rastlaşırıq. Şeirin dili ağırdır. Ancaq ilkin dövr şeir yaradıcılığından fərqli olaraq C.Cabbarlının sonradan yazdığı lirik şeirlərində gözəl, ürəyəyatımlı dil aydınlığıyla rastlaşırıq.

XX yüziin əvvəllərindən başlayaraq dünyada gedən ictimai-siyasi proseslər Rusiya imperiyasının tərkibində olan Azərbaycana da təsir edir. İllərlə çəkən gərginliklər insanların yaşamında dərin izlərini qoyur. Məhz gənc C.Cabbarlının bu dövrdəki mövzuları (“Dilənçi”, “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara” və s.) daha çox həyatın acı səhnələridir.

C.Cabbarlı incə ruhlu şairdir, ümumən lirizm onun bütün əsərlərinin canındadır. Şair ölkəsində baş verən heç bir ictimai-siyasi hadisəyə laqeyd qala bilmir, əksinə, bu ulusal çarpışmaların öncülərindən birinə çevrilir. O, bacardığı qədər ulusal prosesə mənəvi dəstəkçi olmağa çalışırdı. Dövr qarışıq idi: insanların ulusal istəklərinə sosializm ideyaları demək olar, şirnikləşdirici, qarşısıalınmaz bir güclə qarışırdı. Artıq 1917-ci ilin əvvəllərindən başlayaraq Rusiya imperiyasının hər yerində millətlərin oyanması müşahidə edilirdi. Neft Bakısında bu proseslər qızğın xarakter almışdı.

C.Cabbarlı bu illərdə gerçəkdən milli dövlətin qurulmasında qələmi ilə fəal iştirak etmişdi. Azərbaycan bayrağını vəsf edən “Sevdiyim” (Azərbaycanın bayrağına) və “Azərbaycan bayrağına” adlı şeirlərdə müstəqilliyin şirinliyini, əvəzsizliyini vəsf etməkdən doymur, bu məmnunluğu Turan ellərinə yayılacaq qədər aydınca duyulur:

Canalıcı bir görkəmlə dağ başında durunca,

Îxşadıqca bahar yeli açıq-dağnıq tellərin.

Nazlı əlin umuzunda saçlarına vurduqca,

Bir-bir îxşayırsan bütün Turan ellərin.

MəşhurÖlkəmşeiri isə bu qəbildən yaradıcılığının zirvəsidir.

Şiş ucları buludlarla döyüşən

Dağlarında buzları var ölkəmin.

Göy îtlardan ipək paltar geyinən

Tarlaları, düzləri var ölkəmin.

C.Cabbarlının məhəbbət lirikası (“Məhəbbət əşarı”, “Məhəbbət aləmi”, “Qəmdir gözləri s.) coşğundur, təlatümlü hissiyyatla zəngindir:

Xayır, xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq!

Deyir, qîşar yürəgim! Înda bir işıqlı xiyal.

Bədən bulur yenə qüvvət, itər şu yîrğunluq,

Nədir əcəb bu ziya?.. İştə şanlı bir ideal.

Ey dan ulduzu”, “Mən bir susmaz duyğuyam ki” (şərqi), “Tellər oynadı s. şeirlərində sevgi duyğusunun aydınlığı, yetkinliyi, diriliyi-duruluğu daha gözəl anlaşılır. Sevgi, ümid, axtarış cəzbi, həyəcanı, coşğun döyüşkənlik, insan-təbiət cazibəsinin möhtəşəm lirik ifadəsi C.Cabbarlının bu qəbildən olan şeirlərinin əsas xəttini təşkil edir:

Mən bir sîlmaz yarpağam ki, çiçəkləri bəzərim,

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.

Îxu, bülbül, bəlkə yarım îyansın!..

***

Satirik şeirlərinə cəmiyyətin güzgüsü olmaqdan daha çox xarakterindən gələn dərdkeşlik xasdır. O, rastlaşdığı heç bir problemə ötəri münasibət bildirmir, can yanğısıyla yanaşır. Bu səbəbdən satirik şeirlərində Sabirin təsiri aydınca duyulmaqla yanaşı, peşəkar müşahidəçiliyi, sərrast ifadəçiliyi şair zəkiliyini təsdiq edir.Hürriyyət təsəttüri-nisvan”, “Dəllək”, “Olacaqsan”, “Bilirəm”, “Dəng olduq”, “Demədim s. şeirləri bu qəbildəndir.

***

C.Cabbarlı gərgin dramatizmə xas əsərlərində insanın bitməyən həqiqət axtarışlarının seyrçisi deyil, zəngin müşahidəçilik qabiyyəti əsasında araya-ərsəyə gətirdiyi süjetlərin qurucusu, həyatvericisidir. Həyatdakı çoxsaylı konfliktlər onun pyeslərində özünəməxsus şəkildə mənalandırılır, insan-həyat probleminin çözümü göstərilir. Bu çözüm onun insana münasibətində bütün tərəflərilə görünür, bilinir.

Çox sevdiyimOqtay Eloğlu”da Oqtay yaradıcı insandır, hər an xəyallarıyla baş-başadır, bunları gerçəkləşdirmək üçün özündə misilsiz gücün olduğunu hiss edir. Ancaq zaman onun gözəl duyğularını öldürməyə çalışır. Zamanın hökmü əhatəsindəkilərdə görünür. Tamaralar, Xaspoladlar, Şaqqulular, Şəkinskilər, Mazandaranskilər Oqtayın duyğusunu, düşüncəsini anlamaqdan çox uzaqdırlar. Onların hissləri, düşüncələri boz-bulanıqdır, ətrafdakı adi adamlardan fərqlənmirlər, hiddətlərində, sevgilərində, kədərlərində, sevinclərində çox adidirlər, əsil insan hissiyyatından məhrumdurlar. Oqtay onlar kimi hər şeyə biganə qala bilmir, çünki ürəksiz deyil. Narahatdır, çünki sinəsində yaradıcı insan ürəyi döyünür. Ətrafındakı sənət adamlarından fərqli olaraq həqiqəti var, səhnəni məbəd sayır.

Oqtay teatra müqəddəs bir ünvan olaraq baxır, bu səbəbdən özünü xoşbəxt sayır. Ona görə ki, sənətdə var olmağı, özünü tapmağı bacarır. Bu səbəbdən sənətə yad olanların arasında Oqtayın gözəl duyğularına yer yoxdur. Oqtay ona görə Eloğludur ki, fədakarlığında bütövdür, insana sevgisində tamdır: “Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm. o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır”.

Oqtayın səhnə fədakarlığı var, bu, gerçəkdir. O, səhnə vasitəsilə xalqı ayıltmağa çalışır. Əslində C.Cabbarlının qəhrəmanı ulusal yönü, ideal istəkləriylə həyatın bütün sahələrində çarpışanlar üçün örnəyə çevrilir. 1921-ci ildə yazılmış əsərdə mahiyyətcə sosializmdən üstün, zamana saığmayan notlar açıq-aydınca sezilir. Çılğın, mənəviyyatlı döyüşçü olan Oqtay Eloğlu C.Cabbarlının daxili aləminin yetkin ifadəçisidir. O, hər şeyin əslini axtarır, sənəti oyunçuluqartistlik olsa da, sənətin mahiyyətini dərk etdiyindən həqiqət uğrunda döyüşündə ardıcıldır: “20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə bilsin, mən bilmirəm”.

***

C.CabbarlınınAydın” (1919) əsərinin qəhrəmanı Aydın da Oqtay kimi cəmiyyətdəki yarımçıqlığa, təzada üsyan edir. Gültəkini dəlicəsinə sevən Aydın onun idealdan aşağı olduğunu dərk edir. Onun diləyi, sevdiyinə “…çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizədir...”

Mən bir həqiqətəm, mən bir heç deyiləm!” - Aydının dilindən deyilən bu haraylı ifadədə C.Cabbarlının yenilməz özünüifadəsi var.

Od gəlinifaciəsi (1924-1928) ərəb işğalçılarına qarşı Azərbaycan xalqının mübarizəsinə həsr olunub. Elxan (Babək) obrazı ilə C.Cabbarlı xalqın ruhunun yenilməzliyini, ölməzliyini sübut edir.

***

“1905-ci ildə”, “Sevil”, “Almaz”, “Dönüş”, “Yaşarkimi sovet ruhlu pyeslər C.Cabbarlının azad sənətkar ruhu ilə sosializm realizmi kabusu arasında qaldığını, mümkün qədər bu prosesdən ötə olmağa çalışdığını göstərir. Bu tipli əsərləri (pyes və hekayələri, kinossenariləri) ilə C.Cabbarlı yaradıcı axtarışlarını davam etdirir, xalqın azadlığa doğru irəliləyişini yaratmaq üçün ip ucu axtarırdı. Şübhəsiz, onun faciəsi artıq axtarışlarının dalana dirəndiyini gördükdə başlamışdı.

***

C.Cabbarlının həyatı ardıcıl yeniliklərlə, sənət uğrunda çarpışmalarla doludur. Bu çarpışmalar sırf sənət üçün deyildi, insan, Vətən, həqiqət, xalqın azadlığı üçün idi. O, həqiqət axtarışlarında yaradıcı insan olaraq missiyasını dərindən anlayırdı: ilk qələm təcrübələrinə başladığı çağda da, Cümhuriyyət dövrü coşğun fəaliyyətilə də, tərəddüdlərlə dolu sovet dövründə də…

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 21 noyabr.- S.13.