Nəsiminin 650 illik yubileyi Malayziyada qeyd edilib
Noyabrın 25-də Azərbaycanın Malayziyadakı səfirliyinin
təşəbbüsü və təşkilatçılığı,
Malayziyanın Selangor ştatının
Petalinq Caya Şəhər Şurasının
dəstəyi ilə Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Tarix, ədəbiyyat
və mədəniyyət”
adlı tədbir Malayziyanın ən böyük kitab fonduna malik “Perpustakaan komuniti” adlı xalq kitabxanasında təşkil
olunub.
Tədbirdən əvvəl Azərbaycanın
Malayziyadakı səfiri
Qaley Allahverdiyev Petalinq Caya Şəhər
Şurasının sədri
Dato Mohd Sayuthi Bin Bakar ilə şəhər bələdiyyəsinin binasında
görüşüb.
Qonaqpərvərliyə görə şəhər
şurasının sədrinə
təşəkkür edən
Q.Allahverdiyev, dahi şair Nəsiminin Azərbaycan ədəbiyyatındakı
tarixi yeri barədə danışıb,
ölkəmizdə və
xaricdə bu məqsədlə keçirilən
yubiley tədbirlərindən
bəhs edib. Səfir
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr
tarixli Sərəncamına
uyğun olaraq belə təbirlərdən
birinin Malayziyada təşkilini Azərbaycan
və Malayziya xalqları arasında qarşılıqlı etimada
və hörmətə
əsaslanan münasibətlərindən
irəli gəldiyini vurğulayıb.
Şura
sədri Dato Mohd Sayuthi Bin Bakar belə nəcib təşəbbüsə
ev sahibliyi
etməkdən qürur
duyduğunu, tədbirin
malayziyalı ədəbiyyatsevərlər
üçün yaddaqalan
hadisə olacağını
bildirib. Görüş zamanı həmçinin
Petalinq-Caya və Azərbaycan şəhərləri
arasında əməkdaşlığın
inkişaf perspektivləri
müzakirə olunub.
Sonra “Perpustakaan
komuniti” kitabxanasında
yubiley tədbiri keçirilib. Açılış nitqi ilə
tədbir iştirakçılarını
salamlayan səfir Q.Allahverdiyev əvvəlcə
ölkəmizin tarixi-mədəni
irsi barədə məlumat verib. Azərbaycanın klassik poeziyasında
ölməz şair Nəsiminin formalaşdırdığı
ədəbi məktəbin
əsas xüsusiyyətlərindən
bəhs edib.
Azərbaycanın malayziyalı dostlarından
dilçilik üzrə
tədqiqatçı xanım
Masliza Ab Hadinin dahi şairdən
ingilis dilində səsləndirdiyi və malay dilində
izahını verdiyi qəzəllər qonaqlar tərəfindən böyük
maraqla qarşılanıb.
Çıxışlardan sonra Azərbaycan mədəniyyətinə dair
videoçarxlar nümayiş
etdirilib.
Kitabxananın direktoru
xanım Ainul Farhiah Binti Abdul Vahaba
və kitabxananın əməkdaşlarına təşəkkür
edən səfir Q.Allahverdiyev kitabxanaya çoxsaylı ədəbiyyat, o cümlədən İmadəddin Nəsimi
külliyyatından nüsxələr, ulu
öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham
Əliyevin dövlətçilik fəaliyyəti barədə
səfirliyimiz tərəfindən dərc edilən kitablar, habelə ölkəmiz barədə ədəbi,
mədəni və tarixi mövzulu
nəşrlər, jurnal və digər çap məhsulları hədiyyə edib.
Xalq Cəbhəsi.-
2019.- 26 noyabr.- S.16.