Ermənilərin xaricdən dəstək
arayışının Qərbi Avropadan Rusiyaya keçməsi: səbəbləri və əsas
istiqamətləri
2-ci
yazı
Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun araşdırmasında bildirilir ki, ermənilər XVI-XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tutur, lakin burada uğur əldə edilmir. Qərbi Avropa dövlətləri güclü Osmanlı dövləti ilə münaqişəyə ehtiyatla yanaşdıqlarından, bu əməkdaşlığa ciddi əhəmiyyət vermir və onlar Rusiyaya yönəldilir. Erməni-Rusiya münasibətlərinin tarixi haqqında ilk məlumatlar XVI əsrə aid edilsə də siyasi münasibətlər XVIII əsrin əvvəllərindən başlayır. O vaxtdan bu günə Rusiya oriyentasiyası erməni tarixində əsas yerlərdən birini tutur. Bu tarix özü də müəyyən mərhələlərdən keçib ki, XVIII əsr burada xüsusi dövr kimi ayrıla bilər. Bu dövrün Rusiya oriyentasiyasında iki istiqamətə ayırmaq olar. Onlardan biri erməni-qriqorian kilsəsini təmsil edən dini istiqamət, digəri isə avantürsit istiqamət idi. Bu ziddiyyətli tandemdə əsas ideoloq və həlledici qüvvə erməni-qriqorian kilsəsi idi: “Erməni-qriqorian kilsəsi Rusiyada möhkəmlənmək və ondan dayaq kimi istifadə edilməsinə də ilk təşəbbüs göstərib. Erməni azadlıq hərəkatının Rusiya orientasiyasının banisi hesab edilən İsrail Ori Rusiyaya Avropadan yönəldilmişdisə, erməni kilsəsi Rusiyanın öz daxilindən buna nail ola bilmişdi. Rusiya tərəfi də ayrı-ayrı şəxslərdənsə erməni kilsəsinin əhəmiyyətinə daha çox diqqət verdi. Ermənilərin I Pyotr tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülməsinə dair manifestinin verilməsində də kilsə həlledici rol oynadı. Erməni qriqorian kilsəsi Rusiyada mövqeyini gücləndirmək üçün hər vasitə ilə burada da kilsə açmağa çalışırdı. Ermənilər 1740-cı illərdə Peterburq, Moskva və Həştərxanda kilsələr açmağa nail oldular. Bu fakt ona görə diqqəti cəlb edir ki, erməni kilsələrinin hər biri patriarxlığın ideologiyasını ardıcıl şəkildə həyata keçirirdi”.
Ermənilər Şərq siyasətinə xüsusi önəm verən II Yekaterina dövründə yaranmış vəziyyətdən daha məharətlə istifadə etdilər: “Çariçanın 1768-ci il 30 iyun fərmanı ilə Simeon Rusiyadakı erməni kilsəsinə mənsub olan dindarlar və ruhanilər üzərində idarəyə nail ola bildi. Məhz bu səlahiyyət əsasında İosif Arqutinski 1773-cü ildə Rusiya yeparxiyasına rəhbərlik üçün göndərildi. Təsadüfi deyil ki, İvan Lazarev məhz onunla birlikdə fəaliyyət göstərirdi. İosif Arqutinski 1780-ñi il fevralın 18-də Peterburqda Qriqori Potyomkin başda olmaqla Rusiya əyanlarının iştirak etdiyi erməni kilsəsinin təqdis etmə mərasimindəki çıxışında “məhv olmuş Haykan çarlığının bərpası” haqqında çariçaya müraciət etmişdi.
Digər cərəyanın nümayəndələri bir sıra avantürist layihələr ilə diqqəti cəlb etməyə çalışırdılar. Bir müasir erməni müəllifi erməni hüquq abidələri, onların mənbələri və digər xalqların hüququ ilə qarşılıqlı əlaqələrinə həsr etdiyi məqaləsində yazır ki, XVII əsrin sonları-XVIII əsrin əvvəllərində erməni xalqı İran və Türkiyə zülmündən xilas olmaq üçün öz ümidlərini müstəqil Ermənistanın yaradılmasına bağlayırdı. Bu ideyanın ilhamvericiləri çoxlu görkəmli erməni xadimləri, o cümlədən İsrail Ori, İvan Lazarev, İosif Arqutinski, Şaamir Şaamiryan, onun oğlu Akop Şaamiryan, İosif Emin və bir çox başqaları idi. Bu sıraya digər erməni müəlliflərinin əsərlərində tez-tez xatırlanan Moisey Sarafov (Movses Sarafyan) və Movses Baqramyanı da daxil etsək, əslində burada bəyan edildiyi kimi hüquqdan deyil, Azərbaycan torpaqlarına qarşı iddia irəli sürən, bunun üçün Rusiya vasitəsi ilə praktik addımlar atmağa çalışan avantüristlərdən bəhs olunduğu aydın olar.
Sisianda anadan olan İsrael Ori (1658-1711) 1678-ci ildə
buranı tərk edib. 20 ildən çox dövr ərzində Avropada vaxt keçirib, ermənilərin xeyrinə
təbliğat aparıb.
Avropa saraylarında görüş
zamanı onun fikirlərinin çoxluğun
mövqeyi olmasına şübhə yaranıb.
O, 1699-cu ildə geri qayıdıb, Eçmiədzində
olarkən orada biganəliklə qarşılanıb,
sonra Sisiana yola düşüb. Bir neçə Sisian məliyinin boş kağıza imza atması və möhür vurmasına nail olub, yenidən Avropaya qayıdıb. Burada həmin kağızlara
istədiklərini yazıb,
özündən “proqram”
düzəldib. Bu “Pfalts proqramı” kimi də tanınır.
36 maddədən ibarət olan bu “proqram” papanın
iştirakı ilə
anti-türk üçlər
ittifaqı (Avstriya, Toskana, Pfalts) yaradılmasını və
“Ermənistana” yürüş
etməsini nəzərdə
tuturdu. Avstriya imperatoru I Leopold (1658-1705) onunla görüşdən
sonra Orini Rusiyaya yönləndirib.
Ori bu dəfə “Pfalts proqramı”nı dəyişdirib “Moskva proqramı” halına salıb. Orinin siyasi simasızlığı,
dini naxələfliyi ilə də müşahidə olunurdu.
O papa ilə görüşdə
ermənilərin katolikliyi
qəbul etməsinə
söz verirdi.
İsrail Orinin avantürası bitdikdən sonra, meydan ermənilərin Hindistan və Rusiya koloniyalarının nümayəndələrinə keçib. İosif Emin (1726-1829), ondan
sonra Movses Baqramyan və Şaamir Şaamiryan
(1723-1798) ermənilərin Hindistan
koloniyasının yetişdirməsi
idi. İosif Emin 1751-ci ildə
Böyük Britaniyaya
gedib, 1759-cu ildə isə oranı tərk edərək, Eçmiədzinə yola düşüb. Yerli insanları
ayağa qaldırmağa
çalışıb, buna
nail olmadığından dəstək
üçün 1761-ci ildə
Peterburqa üz tutub. 1760-cı illərə aid “proqramında”
Rusiyanın himayəsi
altında erməni-gürcü
dövləti yaratmağı
təklif edib. 1763-cü ildə Həştərxan erməniləri
içərisindən yığdığı
dəstəsi ilə Gürcüstana qayıdıb.
Movses Baqramyan ilə birlikdə Gürcüstandakı
fəaliyyəti uğursuz
olub. Qarabağda da bir nəticə əldə edə bilməyib. Bu da təsadüfi
deyildi, çünki artıq bu dövrdə
Qarabağda Pənah xanın hakimiyyəti altında güclü Azərbaycan xanlığı
formalaşmışdı. Erməni-qriqorian kilsəsi də
onların fəaliyyətinə
dəstək verməmişdi.
Belə ki, İosif Eminin planı erməni katalikosu Simeon tərəfindən etirazla
qarşılanmışdı. Ona görə də gürcü çarı
II İrakli demişdi
ki, “Emin ağa, mən nə edə bilərəm. Sizin öz
katolikosunuz bütün
yepiskop və monarxlarla sizə qarşıdır; mənim
təbəələrimin rəhmdil
hissəsi onlara peyğmbər və həvari kimi baxır, əgər mən onun nə
düşündüyünə fikir vermədən sizinlə birgə hərəkət etsəm,
məni sultandan fərqli olmayan xristian hesab edəcəklər”. Avantürası baş tutmayan İosif Emin 1770-ci ildə Hindistana dönüb.
Rusiya koloniyalarında meydana gələn ilk layihələrdən
biri Həştərxandakı
ipək fabrikinin sahibi Movses Sarafyana
məxsus idi: “Onun 1769-cu ildə Rusiya hökumətinə təqdim edilmiş layihəsində də Rusiyanın himayəsində
erməni dövləti
yaradılması irəli
sürülürdü. Ermənilərin Moskva koloniyasından İvan Lazarev (1735-1801) və Rusiyadakı erməni yeparxiyasının
rəhbəri İosif
Arqutinski (1743-1801) də
bu sırada yer tutur. 1780-ci ildə Rusiya
hakim dairələrinin iştirakı
ilə keçirilən
Peterburq müşavirəsində
onlar erməni dövlətinin İrəvan
mərkəz olmaqla “bərpasını” təklif
edirdi. 1780-ci illərin əvvəllərində
Rusiya və Hindistan koloniyalarında erməni-rus müqaviləsinin
mətnləri meydana gəldi. Hər iki koloniya da erməni dövlətinin Rusiya vasitəsi ilə “bərpasını” nəzərdə
tutsa da onun dövlət quruluşunu fərqli görürdü. Rusiya
ermənilərinin baxışları
“Şimal proqramı” kimi də təqdim
edilir ki, burada erməni dövləti monarxiya şəklində olmalı
idi və s. Hindistan ermənilərinin
“Cənub proqramı” adlanan baxışlarında
isə dövlət quruluşu kimi respublika müəyyən
edilirdi.
Avantürist cərəyana aid layihələrin
məzmunundan mahiyyətinə
keçsək aşağıdakılar
aydın olar: birinci, bu adamların
təqdim etdiyi layihələrin heç biri “Şərqi Ermənistan” adlandırılan
Azərbaycan torpaqlarında
meydana gəlməyib,
dövrün erməni
koloniyalarında formalaşıb;
ikinci, bu layihələr yerlərdəki
əhali içərisində
dəstək tapmayıb.
Buna görə də onun sosial-siyasi
bazasını gücləndirmək
üçün Baqrationilərin
başçılığı ilə ermən-gürcü
federasiyası təklif
olunub. Gürcülər bu fikrə ilıq yanaşsalar da, yerlərdəki ermənilərin özləri
tərəfindən müqavimətlə
qarşlanıb; üçüncü,
layihə müəllifləri
bilərəkdən yerli
qüvvələr haqqında
fantastik rəqəmlər
uydurublar, halbuki real halda onlar istənilən
dövlətin yaradılması
üçün kifayət
edə bilərdi.
Özləri isə buna inanmadığından lap əvvəldən
xarici dəstəyə
ümid edib. Avropa monarxlarına olan müraciətlər cavabsız
qaldıqda, Rusiyaya üz tutulub. Sonrakı tarixi təcrübə göstərdi
ki, Rusiya orientasiyası da yeganə istiqamət olmayıb və ermənilər, şəraitə
uyğun olaraq digər dövlətlərdən
də öz məqsədlərinə uyğun
istifadə etməyə
çalışıblar; dördüncü,
xarici amil, xüsusilə Rusiya orientasiyasında ümumi mövqeyə malik olan bu layihələr,
“Şimal” və “Cənub proqramı” olmaqla daxili ziddiyyətlərə malik
idi; beşinci, bu layihələrdə yaradılması nəzərdə
tutulan dövlətin mərkəzi haqqında da vahid fikir
yox idi.
Ermənilərin Rusiya orientasiyası nəticəsiz qalmadı. Rusiyanın da ermənilərlə siyasi yaxınlaşması genişləndi. Rusiyanın Qafqaz, ümumən Şərq siyasətində ermənilərdən bir vasitə kimi istifadə edilməsi xarici siyasətdə prioritetlərdən birinə çevrildi. Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermənilərin təşkilatlandırılması dövlət siyasəti oldu. Azərbaycan torpaqlarının alternativ fikir olmadan erməni torpaqları kimi təqdim edilməsi də Rusiyanın siyasi dairələrinə təsirini göstərdi.
Rusiya praktik addımlar atmaq üçün tədbirlər gördü. Yalnız siyasi dəyişikliklər üzündən 1783-cü ildə Kartli-Kaxet çarlığı ilə bağlanan Georgiyevsk müqaviləsindən sonra Rusiyanın Azərbaycan torpaqlarına təşkil edilməsi nəzərdə tutulan yürüşü baş tutmadı. V.Zubovun 1796-cı ildəki yürüşü isə uğurla başladı, lakin yeni hakimyyətə gələn rus çarı I Pavel tərəfindən dayandırıldı. Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarını işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümumiliklə eyni zamanda, yeni nüanslar da yarandı”.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 28 noyabr.- S.13.