MAP Teatr Festivalı Bakı Caz Festivalı

 

 

 

Ənənəvi olaraq payız mövsümündə beynəlxalq festival sərgilərə, müxtəlif mədəniyyət layihələrinə, sənət təqdimatlarına ev sahibliyi edən paytaxtımızın oktyabr ayının sənət mənzərəsi çox rəngarəngdir. Bu ay Bakıda daha iki beynəlxalq incəsənət layihəsi – MAP Teatr Festivalı Bakı Caz Festivalı gerçəkləşəcək. Paytaxtımız Rusiya Federasiyasının mədəniyyət günləri çərçivəsində qonşu ölkənin incəsənət təmsilçilərini qəbul edəcək. Teatr-konsert müəssisələrinin repertuarı da zəngindir. Muzey sərgi salonları, digər mədəniyyət məkanları da maraqlı layihələr hazırlayıblar.

Ölkəmizə təşrif buyuran qonaqlara bütün bu yenilikləri çatdırmaq, onları Azərbaycanın mədəni irsi incəsənət həyatı barədə dolğun şəkildə məlumatlandırmaq xüsusi önəm kəsb edir. Bu məqsədlə nəşr olunan “Culture Guide” mədəniyyət bələdçisinin yenioktyabr sayı çapdan çıxıb.

Mədəniyyət Nzirliyindən bildirilib ki, hər ay ingilis rus dillərində hazırlanaraq nəşr olunan “Culture Guide” bələdçisinin ənənəvi təqdimat yazısında Azərbaycanın tarixi-mədəni irsi diqqətə çatdırılır, müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın ölkəmizdə yarandığı vurğulanır. “Musiqi bizi birləşdirdi...” başlıqlı yazıda ötən ay Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən Üzeyir Hacıbəyli Festivalından bəhs olunur, 11 ölkədən musiqiçilərin qatıldığı festivalın 13 gün ərzində sənətsevərlərə unudulmaz təəssürat bəxş etdiyi bildirilir.

Oktyabrın 10-20-də gerçəkləşəcək 3-cü M.A.P (Musiqi. İncəsənət. Performans) Teatr Festivalı oktyabrın 18-dən 27-dək davam edəcək Bakı Caz Festivalı da müxtəlif ölkələrdən yaradıcı truppaları, musiqi kollektivlərini məşhur ifaçıları bir araya gətirəcək. Bu il Bakı Caz FestivalıDaha çox caz, daha çox intellektşüarı altında keçirilir konsert proqramları şəhərin müxtəlif səhnələrində təşkil olunacaq. Mədəniyyət bələdçisinin müvafiq bölmələrində hər iki festivalın tədbirləri barədə ətraflıgünbəgün afişa-məlumatlar verilib.

Oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 100 yaşı tamam olur. Ölkə başçısının müvafiq sərəncamına əsasən mədəniyyət tariximizin bu əlamətdar yubileyi təntənəli şəkildə qeyd olunacaq. “Culture Guide” bələdçisində ilk dövlət teatrının keçdiyi sənət yolundan bəhs olunur.

Kataloqun hər nömrəsində ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələri, paytaxtla yanaşı, regionlarımızdakı mədəni irs nümunələri barədə yazılar dərc edilir. Nəşrin oktyabr buraxılışında UNESKO-nun siyahısında yer alan milli xalça sənəti, Azərbaycan aşıq sənəti, çövkən oyunu və “Yallı” xalq rəqsi barədə ingilisrusdilli oxuculara məlumat verilir. Keçmişin abidələri – tarixin izləri” başlıqlı yazıda isə Azərbaycanın qədim abidələr diyarı olduğu qeyd edilir, tarixi abidələrin mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır. Nəşrdə bu ayın əlamətdar hadisələr təqviminə də nəzər salınıb və 18 oktyabr – Dövlət Müstəqilliyi Günü haqqında yazı dərc olunub.

 

Xalq Cəbhəsi.- 2019.- 3 oktyabr.- S.16.