21 Azərə gedən yol
8-ci yazı
ADF-nin
yaranması ərəfəsində Güney Azərbaycanda
sosial-iqtisadi durum
İXP-nin yaradılmasında,
onun ilk dövr fəaliyyətində böyük
təşkilatçılıq zəhməti olmuş S.C.Pişəvəri və
onun silahdaşları
partiyanın xətt-hərəkətindəki
əyinti və qüsurları görüb
onun Azərbaycan xalqının dərdlərinə
əlac edə bilməyəcəyini yəqinləşdirdikdən
sonra Azərbaycanda yeni tipli milli
və demokratik məfkurəli siyasi bir təşkilata ehtiyac olduğunu anladılar. Bu düşüncə
ADF yaranana qədər
Güney Azərbaycanda
fəaliyyət göstərən
«Azərbaycan cəmiyyəti»,
«Demokratiya ocağı»,
«Azadlıq cəbhəsi»,
«Anti-faşist cəmiyyət»,
«Fəhlə və zəhmətkeşlərin həmkarlar
İttifaqı» və
s. milli-demokratik ruhlu təşkilat və cəmiyyətlərdə fəaliyyət
göstərən milli
qüvvələrin qabaqcıl
dəstələrinə mənsub
olan adamları da, o cümlədən
1943-1944-cü illərdə Tehranda çıxan «Ajirçiləri» də düşündürürdü.
Azərbaycan Demokrat Firqəsinin
yaradılması ideyasını
büs-bütün xaricə
(Bakı və Moskvaya) bağlamaq istəyənlərin yanlışlığı
onların həmin dövrdə Güney Azərbaycandakı vəziyyətin
real mahiyyətini və
məzmununu bilməməsindən,
buradakı insanların
arzu və istəklərini, çəkilən
əzab, əziyyət
və zəhmətləri
kölgədə qoyub,
təsiredici amilləri
həlledici səbəb
kimi göstərmələrindədir.
Son illərdə həqiqətə
söykənən bir
sıra arxiv sənədləri əsasında
yazılmış əsər
və məqalələr,
eləcə də Azərbaycanda, İranda,
ABŞ və Avropa ölkələrində çap
olunmuş bəzi kitablar, sənədlər,
memuar və xatirələr 1941-1946-cı illərdə
Güney Azərbaycandakı
xalq hərəkatının
bəzi kölgəli
məsələlərini aydınlaşdırmaqda,
bu mövzunun öyrənilməsində və
tədqiqatçılara, o cümlədən bizə
də kömək edib.
* * *
40-cı illərin ortalarında
Güney Azərbaycanda
milli ruhlu, aydın məramlı, müxtəlif təbəqələri,
fərqli baxışları
öz sıralarına
toplamağı bacaran
kütləni vahid hədəfə yönəltmək
qabiliyyətində olan
bir təşkilata böyük ehtiyac duyulurdu. Nə İXP, nə də
yuxarıda adlarını
çəkdiyimiz cəmiyyətlər,
təşkilat və birliklər bu ehtiyacı yetərincə
təmin edə bilmədilər. Ölkə
faktiki olaraq iki yol ayrıcında
qalmışdı: «Ya
mövcud vəziyyətlə
razılaşıb şərtsiz
olaraq irticaya təslim olmaq, ya da xalqın
narazılığını və mübarizə ruhiyyəsini nəzərə
alıb, onları təşkilatlandırıb, irtica
qüvvələrinə qarşı
səfərbər etmək
lazım idi. 3-cü yol yox idi!
1941-ci ildən 1945-ci ilin payızınadək keşməkeşli, mürəkkəb
və nəticəsiz
mübarizə Azərbaycan
azadxahlarını yorduğu
halda, onlara vahid bir təşkilatın
zəruriyyətini hiss etdirmişdi».
ADF-nin yaranması
ərəfəsində Güney
Azərbaycanda təkcə
siyasi durum deyil, iqtisadi vəziyyət də bir çox
cəhətdən ağır
və dözülməz
idi.
1945-ci ilin əkin
mövsümündə təbii
bəla çəyirtkələrin
görünməmiş şəkildə
əkin sahələrinə
hücumu və nəticədə hasil olacaq taxılın və digər dənli bitkilərin zavala məruz qalması taxıl cəhətdən onsuz da korluq çəkən
Güney Azərbaycan əhalisini daha ağır imtahana çəkdi. Təbii fəlakət Tehranı
nəinki narahat etmirdi, əksinə, o bu aclıq və
qıtlıqdan Güney
Azərbaycana qarşı
bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Aclıq və qıtlıqdan əziyyət
çəkən əhalinin
dövlətin adına ünvanladığı
çoxlu sayda şikayət və ərizələr Mərkəzi
hökümət tərəfindən
Təbrizə gəlmiş
general Cahanbaninin başçılıq
etdiyi nümayəndə
heyətinə təqdim
olunsa da, nəticəsiz qalmışdı.
Xammalın və texniki avadanlığın
gətirilməsinə göstərilən
süni maneələr
Təbriz, Urmiya, Miyandab (Qoşaçay), Xoy, Ərdəbil və s. şəhərlərdəki
sənaye müəssisələrinin
və manufakturaların
çox vaxt bağlanmasına səbəb
olur və ya tam gücü ilə işləyə bilməsinə imkan vermirdi. «Pəşminə»,
«Büstan», «Şayan»
kimi toxuculuq fabrikləri, «İran gön-dəri zavodu» istehsalı dayandırmaq məcburiyyətində qaldılar.
Həmin
dövrdə Azərbaycanın
valisi olmuş Dadvər 1945-ci ilin mayında Tehranda keçirilən mətbuat
konfransında etiraf etməyə məcbur olmuşdu ki, «İqtisadi böhran və işsizliyin baş verməsi ilə əlaqədar olaraq Azərbaycan fabrik-zavodlarında yaranmış
çətinliklərlə dövlət maraqlanmır.
Əməli layihələr hazırlanıb
Tehrana göndərilsə
də, təəssüflər
olsun ki, heç bir cavab verilmir».
1945-ci ilin baharında
Məhəmmədrza şahın
dəstəyi ilə baş nazir vəzifəsinə gəlmiş
Möhsün Sədr
(Sədrəl-əşrəf) öz kabinə üzvləri ilə birlikdə şahın sarayında təşkil olunmuş görüşdə
iştirak etmiş və orada Azərbaycandakı
vəziyyət xüsusi
müzakirə olunub. Bu görüşdən sonra
Azərbaycandakı ağır
sosial-iqtisadi vəziyyətə
toxunulmamış, ancaq
bu bölgədəki
siyasi durumla bağlı tədbirlər
paketi hazırlanmışdı.
Bu tədbirlərdən biri Azərbaycan xalqına qarşı qəddarlığı və
şovinist əhval-ruhiyyəsi
ilə fərqlənən
Möhtəşəmi Təbrizə
vali təyin edildi. Möhtəşəminin Təbrizə gəlişi
ilə əlaqədar
Təbrizdə və Azərbaycanın digər
yerlərində siyasi
vəziyyət daha da kəskinləşdi.
Dövlət məmurlarının, jandarma və polis qüvvələrinin azadlıq
istəyən millətə
qarşı zorakılıq
və özbaşınalığı
həddini aşdı.
Qacarlar hakimiyyəti dövründə İranın sayseçmə əyalətləri sayılan Təbriz, Urmiya, Ərdəbil və s. bölgələr Pəhləvi xanədanlığı dövründə məmləkətin hər cəhətdən geri qalmış ucqarlarına çevrilmişdi. Bu haqda həmin dövrdə çap edilmiş qəzet, jurnal səhifələrində deyim, yazı və etiraflar yetərincə çoxdur. İranın mərkəz şəhərlərində dəmir və şose yolları, tünellər, limanlar, imarət və sarayların çoxu azərbaycandan iş dalınca cənuba üz tutan azərbaycanlıların ağır zəhmət və əməyi ilə salınmış, təkmilləşmiş və istifadəyə hazır vəziyyətə gətirilmişdi. Mərhum Mirzə Kuçikxan demiş «Tehran abad olmaq üçün bütün İran bərbad edilmişdi». Həmin dövrü də Güney Azərbaycandakı vəziyyəti ürək ağrısı ilə təsvir edən S.C.Pişəvəri «Bizi öz halımıza qoysunlar» adlı məqaləsində deyirdi: «Azərbaycan Tehrandan bir şey istəyir: onu öz halına qoysalar kifayətdir. Ona imkan versələr, öz əli ilə öz işlərini idarə etsin, bəsdir. Tehran bizi fələc və məəttəl edib. Göz acmağa yol vermir. Xırda iş görmək istəsək, nəfəsimizi kəsir, əl-qolumuzu bağlayır. Hər gün bir oğrunu ostandar, fərmandar ünvanı altında böyük bir çamadan verib üstümüzə göndərir. Təzə və iti bir ülgüc ilə min dəfələrlə qırxılmış başımızı qırxmaqdan utanmırlar».
1945-ci ilin yazında və yayında Güney Azərbaycanda sosial-siyasi və iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı yeni sosial-iqtisadi çətinliklər günbəgün artırdı. Belə mürəkkəb bir zamanda ADF-nin yaradılmasına qarşı İXP rəhbərliyinin bəzi üzvlərində yaranan qısqanclıq Güney Azərbaycandakı milli qüvvələr üçün mövcud çətinlik və müşkülləri artırdı. «Güney Azərbaycan Demokrat firqəsinin yaradılması istiqamətində aparılan işlərdən Tehran tudəçiləri xəbər tutmuşdular. Onlar bütün vasitələrlə bu işi pozmağa çalışırdılar. Avqustun ilk günlərində Xalq partiyası rəhbərlərindən Ə.Avanesyan, Əmirxizi və Hüseyin Nuri (Fələstin mənşəli yəhudi - C.H.). Təbrizə gəldilər. Baş konsulla görüşdə Avanesyan bildirdi ki, Xalq partiyası MK-nın fikrincə, kənd yerlərində mülkədarlara qarşı fəal çıxış etməyin vaxtı artıq çatmışdır. Bir neçə gündən sonra Tehrandan gəlmiş tudəçilər Xalq partiyası kəndli komitələri nümayəndələrinin müşavirəsini keçirdilər və zəngin təbəqəyə qarşı çıxış etmək barədə göstəriş verdilər». İXP-nin Təbrizə gəlmiş rəhbərləri tərəfindən verilmiş bu göstərişin yerlərdəki real vəziyyətlə (kəndlərdəki siyasi və psixoloji durumla) heç cür uzlaşmaması bir tərəfə qalsın, Firqənin yaradılması ərəfəsində əmələ gələ bilən qatma-qarışıqlıq, sabitliyin pozulması dövlətə və irtica qüvvələrinə firqəni qundağındaca boğmağa əlverişli imkan yaradırdı. ADF-nin yaradılması ərəfəsində firqə rəhbərliyinin bütün bəyanat, çıxış və yazılarında sabitliyin yaradılması, qanunlara riayət olunması, provokasiyalara yol verilməməsi, milli qüvvələrə təmkinli və səbirli hərəkət etmək dönə-dönə tövsiyə olunurdu. Belə bir şəraitdə Azərbaycana gəlmiş İXP nümayəndələrinin xalqı yersiz üsyana qaldırmaq və İran Məclisinin (14-cü çağırış) tribunasından İXP rəhbərinin «Qana qan!» çağırışı Azərbaycandakı siyasi durum üçün heç cür münasib deyildi.
ADF müəssisləri və firqənin yaradılmasını vacib sayanlar var qüvvə ilə Təbrizdə və Güney Azərbaycanda sabitliyi qoruyub saxlamağa çalışdıqları bir vaxtda Təbrizə gəlmiş Tudədə «komissarları» - (Ardaşest Ovonesyan və Əmirxizi) bir dəstə solçu tudəçini yerli mülkədarlar əleyhinə qaldırdılar. Liqvan (Təbrizin yaxınlığında) kəndinə gəlmiş «solçu» tudəçilər kəndlilər tərəfindən dəstəklənmədi (döyülüb, geri qayıtdılar). Buna cavab olaraq tudəçi «komissar»lar 2 gün sonra, 1945-ci il avqustun 9-da 100 nəfərlik bir dəstə ilə yenidən Liqvana gəlib qanlı toqquşma törədirlər. Nəticədə 3 nəfər tudəçi və 3 nNəfər Liqvanlı, o cümlədən 90 yaşlı varlı ağsaqqal Hacı Ehtişami, onun böyük oğlu və nökəri qətlə yetirilir... Liqvandakı yersiz qanlı hadisəni törətməklə kifayətlənməyən tudəçi «komissarlar» Liqvanda həlak olanların dəfni ilə bağlı etiraz əlaməti olaraq Təbrizdə bazar-dükanın bağladılmasına və əhalinin küçələrə tökülməsinə cəhd ediblər.
Liqvandakı hadisəni şişirdib az qala beynəlxalq bir terrora çevirməyə çalışan Tehran hakim dairələri hadisəni təhqiq etmək üçün general Cahanbaninin başçılığı altında xüsusi bir istintaq komissiyasını Təbrizə göndərdi. ADF-nin yaranması ərəfəsində Liqvan kəndində törədilmiş hadisə İXP-yə, onun Təbriz təşkilatına şərəf gətirmədi, əksinə onun Azərbaycandakı fəaliyyətinə kölgə salmış oldu. S.C.Pişəvəri Liqvandakı hadisəni qiymətləndirərkən bildirmişdi: «Xalqı kütləvi işlərə hazırlayan bir təşkilatın yürüş edib, orada yaranmış problemi güc ilə həll etməsi düzgün bir siyasət deyildi. Bu mövcud problemi həll etmək əvəzinə tudə partiyası üçün yeni problemlər ortaya çıxartmışdı». Beləliklə, Azərbaycanda milli-demokratik məramlı bir təşkilatın - ADF-nin yaradılmasına həm «sağdan» (Tehran), həm «soldan» (Tudə) yaradılmış maneələr onlar üçün gözlənilən nəticəni verməmişdi.
Əkrəm Rəhimli
– Bije
Xalq cəbhəsi 2019.- 7 sentyabr.- S.14.