Kukla Teatrında
yeni tamaşalar
hansılardı?
A.
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni
mövsüm üçün bir neçə yeni səhnə
əsəri hazırlayır.
Yeni tamaşalar
Azərbaycan xalq nağıl və dastanları əsasında
hazırlanır. Belə ki, sənət ocağının yaradıcı
kollektivinin “Yeddi nar çubuğu” əsasında ərsəyə
gətirəcəyi tamaşanın
səhnələşdirəni Zülfüqar Rüfətoğlu,
quruluşçu rejissoru
Qurban Məsimov, quruluşçu rəssamı
Rəvanə Yaqubova, bəstəkarı Vüqar
Camalzadədir. Səhnə əsəri
ilin sonunadək teatrsevərlərin ixtiyarına
veriləcək. Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi
ilə hazırlanan səhnə əsərində
klassik nağıl-tamaşa,
vizual elementlərlə
ənənəvi kukla
üslubunun sintezi təqdim olunacaq.
İlin sonunadək “Kitabi-Dədə
Qorqud” dastanı əsasında türkiyəli
dramaturq Hasan Erkekin yazdığı “Adını qazanan oğlan” pyesi də səhnə həllini tapacaq. Tamaşaya teatrın
rejissoru Anar Məmmədov quruluş verir.
Qəhrəmanlıq, sədaqət və cəsarətin tərənnüm
olunduğu səhnə
nümunəsinin quruluşçu
rəssamı İqbal
Əliyev, bəstəkarı
Vüqar Camalzadədir.
IV rübün son tamaşası
isə A.S. Puşkinin
“Balıqçı və
balıq” nağılı
əsasında hazırlanacaq
“Qızıl balıq”dır. Bu tamaşa da Anar Məmmədovun quruluşunda hazırlanacaq.
Səhnə işinin quruluşçu
rəssamı Əfşan
Əsədovadır. Musiqi tərtibatlı
tamaşa tam klassik kukla sənəti estetikasında hazırlanır.
Özünün rəngarəng repertuar ənənəsinə sadiq
qalan teatrda “Biri vardı, biri yoxdu” adlı
nağıl-tamaşa da
hazırlanacaq. Qurban Məsimovun Azərbaycan
xalq nağıllarının
məşhur personajlarının
səhnə şousu adlandırdığı bu
nümunə daha çox festivallar üçün nəzərdə
tutulur.
Teatrda klassikləşən
tamaşaların yeni səhnə həyatı qazanaraq təqdim olunması da artıq ənənə halını alıb. Bu işin
davamı olaraq repertuarda xüsusi yeri olan, lakin
özünün tərtibat
baxımından ömrünü
başa vuran “Qoçaq Əhməd” və “Məlikməmməd”
tamaşaları da tam
yeni səhnələşdirmə
və quruluşda yenidən balacaların görüşünə gələcəklər.
Xalq cəbhəsi 2019.- 7 sentyabr.- S.16.