“Qız Qalası. Qadın olmaq”
Festivalda 10-dan çox
ölkədən mədəniyyət aktivistləri iştirak edəcək
Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyi
Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri
və yerli tərəfdaşlar ilə birlikdə sentyabrın
17-dən 27-dək Bakı şəhəri və regionlarda
"Qız Qalası. Qadın olmaq” (“MAIDEN TOWER. To Be a Woman") müasir incəsənət
festivalı keçirəcək.
Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının
100 illiyi ilə əlaqəlidir və
festival ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini
özündə əks
etdirir.
AZƏRTAC xəbər verir ki, bu
sözləri "Landmark"da
festivala həsr edilmiş mətbuat konfransında festivalın
kuratoru, Əməkdar
rəssam Səbinə
Şıxlinskaya söyləyib.
Bildirib ki, layihə proqrama müxtəlif səpkidə
müasir incəsənət
kontekstində beynəlxalq
sərgi, pablik art,
video art, poeziya gecəsi,
tematik film nümayişləri,
vorkşoplar daxildir.
Festivalda
Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan
kimi AB-yə üzv ölkələri,
eyni zamanda Gürcüstan Moldova, Ukrayna
kimi Şərq tərəfdaşlığı üzv ölkələri və Argentina, Meksika, İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən
sənət xadimləri,
mədəniyyət aktivistləri,
muzey direktorları, kurator və rəssamlar iştirak edəcək.
Festivalın beynəlxalq və yerli iştirakçıları,
dövlət strukturları
və institutlar gender bərabərliyi mövzusunda
öz şəxsi və professional təcrübələrinə
əsaslanaraq müzakirələr
və fikir mübadiləsi aparacaqlar.
Bildirilib ki, "Qız Qalası. Qadın olmaq”ın təşkilatçı
və iştirakçılarının
ortaq məqsədi müasir incəsənət
prizmasından gender bərabərliyi
məsələlərinin inkişafına
dair fikir və düşüncələrini
əks etdirir, eləcə də dünya ictimaiyyətində
qadınların güclənməsinin
vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəsmisi Denis Daniilidis
qeyd edib ki, bu festival layihəsi Azərbaycanın
Əməkdar rəssamı
Sabina Şıxlinskayanın ilkin təşəbbüs
və kuratorluğu ilə keçirilir. “Qız
Qalası. Qadın Olmaq” beynəlxalq
müasir incəsənət
festivalı Bakıda yerləşən diplomatik
nümayəndəliklərdən başqa, Azərbaycanın
sənət və mədəniyyət aləminin
ən əsas institut və dövlət strukturları,
eləcə də digər təşkilatların
birgə tərəfdaşlığı
altında reallaşacaq.
Bütün mədəni tədbirlər
yerli əhali və xarici qonaqlar üçün açıq olacaq.
Qeyd edək
ki, bu festival
“İMAGINE-Avro Tolerantlıq" Festivalı və
"FANTAZİYA" Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa Birliyi nümayəndəliyi tərəfindən
maliyyələşdirilən və Avropa dəyərlərini və
prinsiplərini təbliğ
edən üçüncü
böyük festivaldır. Avropa Birliyinin
sponsorluğu ilə növbəti "FANTAZİYA" festivalı noyabrın 1-dən
15-dək keçiriləcək.
XX əsrin əvvəllərində
mühüm tarixi və siyasi hadisələrin fonunda Azərbaycanda qadın azadlıq hərəkatının
ilk addımları atılmağa
başlanmış və
1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının
qurulması ilə ölkəmiz bir çox Avropa dövlətlərini belə
qabaqlayaraq qadınlara
səsvermə hüququ
verən ilk müsəlman
ölkə olmuşdur.
Xalq Cəbhəsi.- 2019.- 12
sentyabr.- S.16.