Nəsimitək bu aşiq
yolunda soyulandı...
1-ci yazı
Geniş
və dərin təfəkkürə malik,
XIII-XIV əsr Azərbaycanın
klassik cahanşümul
şairi İmadəddin
Nəsimi 650 ildir ki, qoca Şərqin
fəlsəfi fikir tarixində və ədəbi sənət aləmində özünün
layiqli yerini tutub. Yaxın Şərqdə daha çox möhkəm iradə, sarsılmaz güc rəmzi, ideya mücahidi və əqidə uğrunda mübariz kimi yüz illərdir
yaddaşlara hopmuş
Azərbaycan şairi İ.Nəsiminin üstün
keyfiyyətlərini xarakterizə
edən akademik Həmid Araslı yazırdı: “Şərq
xalqları tarixində
öz məsləki uğrunda ölümə
gedən, ölüm ayağında belə fikrindən dönməyən
dəmir iradəli şəxsiyyətlər olub.
Xəlifə cəlladlarının
qarşısında mərdanə
dayanıb rənginin saralmasını düşmən
görməsin deyə
üzünü qanı
ilə qızardan Babək, “Ənəlhəqq”
dediyi üçün
X əsrdə Bağdad
şəhərində dara
çəkilən Məsur
Həllac, dindarların
kafir adlandırıb neft tökərək yandırdıqları Eynül-Qüzzat,
Əlincə qalasında
Teymurləngin oğlu
Miranşahın əmri
ilə dara çəkilən, cəsədi
at quyruğunda sürüdülən
Fəzlullah Nəimi belə mərd insanlardandır. Lakin bunlardan heç
birinin edamı böyük ideya maücahidi İmadəddin
Nəsiminin ölümü
qədər faciəli
və əzablı olmayıb. Məhz buna görə
də altı əsrdir ki, onun şərəfli adı Yaxın Şərqdə mərdlik,
fədakarlıq, sədaqət
və mətin iradə rəmzi kimi hörmətlə çəkilir, haqqında
rəvayətlər və
bədii əsərlər
yaranır.” Heç
də təsadüfi deyil ki, Nəsimidən
üç əsr sonra yaşamış Sarı Aşıq bayatılarının birində
deyirdi:
Soy iləndi,
Şahmar da soy ilandı.
Nəsimitək bu aşiq,
Yolunda soyulandı.
Nə xoş ki, indiyədək bu bayatı bir zərb-məsəl kimi yaşamaqda və deyilməkdədir. Sirr deyil
ki, Nəsimi yaradıcılığı bütövlükdə
özündən sonrakı
ədəbiyyat və
fəlsəfi fikir tarixinə çox ciddi təsir göstərib. Şair-filosofun yardaıcılığının əhatəli tədqiqi və dünya elmi-ədəbi ictimaiyyətinə
daha geniş tanıdılması üçün
cari ilin ölkə başçısı
tərəfindən “Nəsimi
İli” elan edilməsi olduqca mühüm əhəmiyyət
kəsb edir.
Bu baxımdan apardığımız
araşdırmanın İ.Nəsimi
irsinə xırda bir töhfə kimi qəbul ediləcəyini düşünürük. Bütünlüklə, Nəsimi yaradıcılığına
ekoloji yöndən indiyədək nə qədər və hansı səviyyədə
araşdırıldığının fərqinə varmadan, biz də belə bir cəhdə çalışdıq.
Məlumdur ki, dünyagörüşü
cəhətdən hürufi-panteist
olan İmadəddin Nəsimi Allahla təbiəti eyniləşdirib,
Allahın insanda və təbiət cisimlərində təcəlləsi
ideyasını təbliğ
edib. Nəsimiyə görə, ruh
cansız təbiətdən
canlı təbiətə
(bitkiyə, heyvana, insana) doğru inkişaf edir. O, gerçəkdən insanı
təkamülün son mərhələsi
hesab edir, bütün şerlərində
insanı təbiəti
və həyat gözəlliklərini duymağa,
ondan zövq almağa çağırırdı.
Deməli, Nəsiminin poeziyasında
ətraf mühitin qorunması təbliğ olunmuş, təbiətə
məhəbbət və
qayğı hissləri
aşılanıb.
İ.Nəsimi təbiətə hürufilik
təlimi əsasında
yanaşır və canlı təbiətin özündən yarandığı
fikrini irəli sürür. XIX əsrdə
Nəsiminin bu ideyası elmi əsaslarla sübut olundu. İnsana ali varlıq
kimi baxan şair, panteizm cərəyanının qəbul
etdiyi kimi ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək
insana doğru inkşaf etdiyi fikrində idi:
Çün xakdan eylər səfər mədən nəbat olur şəcər,
Rovşen görür əhli-nəzər
kol tömeyi-heyvan gəlir.
Çün tömeyi- heyvan
olur, oda ki, insü can olur
İnsana vasil olmağa bi dəstü pa pərran gəlir.
Nəsimiyə görə, insan öldükdə cəsədi
torpağa qarışır,
bitki şəklində
həyata qayıdır. Torpaqdan mədən,
mədəndən nəbatət,
nəbatətdən heyvanat
yaranır. Ümumşərq fəlsəfəsinin əsasını
təşkil edən bu cür yanaşma
meyarı qədim hind
fəlsəfəsində daha
qabarıq nəzərə
çarpsa da, digər xalqların elmi-fəlsəfi prinsiplərinə
də hopub. Təsadüfi deyil ki, biz təbiətdə baş verən inkişaf proseslərinə
bu cür yanaşmaya Nəsrəddin
Tusinin “Əxlaqi-Nasir”
əsərində, habelə
Şəhabəddin Yəhya
Sührəvərdi tərəfindən
“İşraqilik” təlimində,
eləcə də, digər fəlsəfi baxışlarda, habelə
klassiklərin bədii
yaradıcılıq nümunələrində
rast gəlirik. Maraqlıdır ki, biosferdə
gedən maddələr
dövranı İ.Nəsimi
poeziyasında düzgün
əsaslandırılıb. Şair təbiətşünaslığın
hələ yaxşı
inkşaf etmədiyi orta əsrlərdə ortaya maraqlı suallar qoyur: “Odu su, torpağü
yel aldı nədəndir adəm?” Panteist şairin əsərlərində
təbiət gözəllikləri
tərənnüm edilsə
də, onun əsas obyekti insandır. Nəsimi belə hesab
edirdi ki, təbiət, yer, göy öz xidmətlərini və dəyərini insandan alır.
***
Şairin
təbiət görüşlərində
abiotik faktor kimi kosmos amillərinə
münasibəti də
diqqətəlayiqdir:
Günəşin qürsi, nədən
yer üzünə şölə verir,
Yenə
bir məşəldə
nur nədir, nar nədir ?
O, bununla Günəş enerjisinin canlıların həyatında faydasını
göstərir. Dördlüklərinin
birində həyatın
dörd ünsürdən
yarandığını bildirir:
Dörd
sütun üstündə
qurulmuş bu can,
Varlıq ölkəsində odur hökmran.
Göründüyü kimi, Nəsiminin poeziyasında ətraf mühitə münasibət
(insanın ekologiyası,
canlıların təkamülü,
həyatın əmələ
gəlməsi və təbii sərvətlər
haqqında mülahizələr)
xüsusi yer tutur. Şair qəzəl
və qəsidələrində
təbiətdə baş
verən fəsil dəyişikliklərini, o cümlədən
yazın gəlişi
ilə əlaqədar
ətraf mühitdə,
xüsusilə bitkilərin
həyatında canlanmanın
müşahidə edildiyini
olduqca təbii verib:
Bənövşə oldu, gəl ey dilbər,
tamaşa qıl bu gülzarə
Buraxdı qönçələr pərdə,
bəşarət bülbülü-zarə.
Şəqayiq pərdədən çıxdı,
boylandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü,
boyandı rəngi əzharə.
Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən
Açıldı laləvü nəsrin, şükufə gəldi əşarə.
Açıldı nərgisu lalə,
tutubdur yasəmən çadır
Söyütlər, ərgəvan titrər, qamışlar mindi ənharə.
Göründüyü kimi, İ.Nəsimi burada diqqəti təbiətin gözəlliklərinə
və onun qorunmasına yönəldib. Əgər
xatırlasaq, Ş.İ.Xətayinin
“Dəhnamə”si də
bu fonda
qələmə alınıb:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü
laləzar gəldi.
Quşlar
qamusu fəfanə düşdü,
Eşq odu yenə bu
canə düşdü...
...Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi
şaxın.
Yüz dürlü əba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər....
Şübhə yoxdur ki, Nəsiminin
təsiri ədəbiyyata
yuxarıdakı şeirilə
“Bahariyyə” janrını
gətirən görkəmli
Azərbaycan şairi Şah İsmayıl Xətaidən yan keçməyib. Əlbəttə, bu ayrı bir mövzudur və mümkün qədər tərəfimizdəm
araşdırılıb. Qeyd etmək lazımdır ki, dahi şair-filosof
İmadəddin Nəsimi
zamanının yaradıcı
şəxslərindən fərqli
olaraq, təbiəti tərənnüm edərkən
mahiyyətə varır,
ondakı gözəlliklərin
qədrini bilməyə,
onları olduğu kimi duymağa çağırır. Təsadüfi deyil ki, baharın
gəlişini təsvir
edən şair ətraf aləmdə baş verən fəsil dəyişkliklərini
tamam yeni bir keyfiyyətdə təqdim edir. Başqa sözlə, o, yazın gəlməsi ilə təbiətdə gerçək
çanlanma hadisəsini
bəşərin-insanın özü ilə bağlayır.
Qeyd etmək
lazımdır ki, XI əsrin klassik və görkəmli Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ının əsasını
təşkil edən mədhnamələrdə də
heyranedici təbiət
təsvirləri özünə
yer tapıb. Nizami Gəncəvinin
“Xəmsə”sinə daxil
olan bütün poemalarında, o cümlədən
Məhəmməd Fizulinin,
Məmmədhüseyn Şəhriyarın,
digər klassiklərimizin
əsərlərində də
təbiət motivləri
yetərincə verilib.
XII əsrdə yaşayıb-yaratmış
Xaqani Şirvani də ətraf mühitə təsir göstərən faktorların
faydasını yüksək
qiymətləndirib, günəş
enerjisinin təbiətdə
baş verən dəyişikliklərdəki rolunu
qeyd edib:
Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.
İmadəddin Nəsimi
“Bahar oldu, gəl åy dilbər, tamaşa qıl bu gülzarə,
Buraõdı qönçələr pərdə bəşarət bülbüli-zarə”
- başlayan qəzəlində də də yaz-mövsüm hadisələrinin tipik nümunəsi kimi canlılarda baş verən oyanma-fəallaşma hadisəsini o qədər real, o qədər maraqlı verib ki, heyrətlənməmək mümkün deyil:
Şəqayiq pərdədən çıõdı, boyandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.
yaxud
Ki, çıõdı qönçədən sünbül giriban çak ådər məntək,
Dəlindi qüssədən bağrım, sən åtmə yürəgim yarə.
– Şair burda çiçək tumurcuğunun tədricən açılma prosesini müşahidələri əsasında çox düzgün təsvir edə bilib. Yeri gəlmişkən, Novruz bayramının gəlişinə həsr etdiyi başqa bir qəzəlində də təkrarən bitkilərin həyatında baş verən çiçəkləmə kimi həyati vacib məsələyə toxunub:
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.
Daha sonra çəmənlik ekosisteminə aid müxtəlif ot bitkilərini sadalyır, həmçinin bəzi ağac və kol bitkilərinin adlarını çəkməklə yanaşı, bənövşənin misalında bitkilərin çiçəkləmə müddətinə də diqqəti cəlb edir.
Çəmənlər müõtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Bənövşə, gül tamaşası qənimət bil ki, båş gündür,
Satar mə’şuqə gül hüsnün, õəridar ol bu bazarə.
Yusif DİRİLİ
Ətraf mühit üzrə tədqiqatçı
Xalq Cəbhəsi.- 2019.- 28
sentyabr.- S.14.