Azərbaycanın milli mətbəxi və geyimləri Küveytdə nümayiş edilib

 

 

Küveytin Mədəniyyət, İncəsənət Ədəbiyyat üzrə Milli Şurasının, bu ölkənin Neft Şirkətinin Əl-Əhmədiqubernatorluğunun birgə təşkilatçılığı ilə Əl-Küveyt şəhərində keçirilən “25-ci Mədəniyyət Festivalıçərçivəsində beynəlxalq kulinariya festivalı təşkil edilib. 19 səfirlik 30-a yaxın yerli təşkilatın müəssisənin iştirak etdiyi bu festivala Azərbaycanın Küveytdəki Səfirliyi qatılıb.

Festivalda iştirak edən səfirliklərə öz ölkələrinin milli mətbəxinin yeməkləri, habelə ölkələri haqqında materialların təqdim edilməsi üçün masa stendlər ayrılıb. Ölkəmiz üçün ayrılan masa stenddə milli mətbəximizin yeməkləri şirniyyatları, eyni zamanda, ölkəmizin mədəniyyəti turizm imkanlarını əks etdirən kitab, buklet, broşür, habelə suvenirlər, milli geyimlər nümayiş etdirilib. Azərbaycanın ən məşhur yerlərini, füsunkar təbiətini özündə əks etdirən fotostendlərlə yanaşı, səfirliyin təşəbbüsü ilə Ərəb turizm təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer tərəfindən hazırlanan Azərbaycanın interaktiv turizm xəritəsi nümayiş etdirilib, bir sıra Azərbaycan məhsulları təqdim olunub.

Bildirilib ki, festival ziyarətçilərinə səfirliyin əməkdaşları ailə üzvləri, həmçininVətənsevərAzərbaycan-Küveyt Mədəniyyət Dostluq Cəmiyyətinin üzvləri tərəfindən milli mətbəximizin nümunələri, həmçinin milli mətbəximiz haqqında kitab, broşür s. təqdim edilib. Həmçinin ziyarətçilərə ölkəmizin məşhur turizm istiqamətləri, turizm potensialı görməli yerləri haqqında məlumat verilib onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir zamanı Əl-Əhmədi bölgəsinin qubernatoru Şeyx Fəvaz Əl-Xalid Əl-Həməd Əl-Sabah Küveytin Mədəniyyət, İncəsənət Ədəbiyyat üzrə Milli Şurasının baş katibi Əli Əl-Yuha iştirakçı səfirliklərin masa stendləri ilə tanış olublar.

Tədbir barədə yerli KİV-də geniş məlumatlar dərc edilib.

 

Xalq Cəbhəsi.- 2019.- 23 yanvar.- S.16.