Ağdaban faciəsi – 28
il
Azərbaycanın
Kəlbəcər rayonunun işğalından bir il öncə erməni silahlı birləşmələri
tərəfindən törədilmiş Ağdaban faciəsi
Ermənistanın Azərbaycana təcavüzünün ən
qanlı səhifələrindən biridir.
O Ağdaban kəndi ki, son Qarabağ savaşında iki dəfə
erməni silahlıları tərəfindən soyqırıma
məruz qalıb. Faciə zamanı ağlagəlməz,
insanlığa sığmayan vəhşiliklər edilən
Ağdaban kəndində kütləvi qırğın
törədilib. İstər hərb qanunlarına, istərsə
də bütün dünyada qəbul olunmuş insan hüquq və
azadlıqlarına sığmayacaq səviyyədə
soyqırıma "imza atan" erməni qəsbkarları
qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər
guşəsində eyni zamanda, bütün tarixi abidələri,
qaynaqları da məhv ediblər. Bu, başqa bir
mövzunun müzakirəsi olduğundan üzərində
çox dayanmırıq.
Ağdaban faciəsi bütöv bir kəndin tamamilə
yandırılması, yüzlərlə dinc sakinə işgəncələr
verilməsi, yurdundan didərgin salınması ilə nəticələnib.
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban
çayının sağ sahilində, Ağdaban
dağının yamacında, Murovdağ silsiləsinin cənub
ətəyində, rayon mərkəzindən 36 km
şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə
Ermənistan silahlı birləşmələri Dağlıq
Qarabağdakı separatçı erməni quldur dəstələrinin
köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə
hücum etdilər. Hücumdan xəbərsiz
olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla
örtülü meşələrə, dağlara
dağıldı. Kəndləri müdafiə
edən kiçik dəstə ermənilər tərəfindən
məhv edildiyindən əhali müdafiəsiz
qalmışdı. Erməni
daşnakları Ağdaban kəndinə soxularaq 130-dan
çox evi tamamilə yandırdılar, 779 nəfər dinc
sakinə divan tutdular. Onlar yaşlı,
qoca, qadın, uşaq demədən dünyada görülməmiş
ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək
soyqırım aktı törətdilər.
Bu faciə
zamanı 32 nəfər amansızcasına qətlə
yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər
azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda
yandırılmışdır. Həmçinin,
2 nəfər itkin düşmüş, 12 nəfərə
ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər
isə girov götürülmüşdür.
Məlum
olduğu kimi 1993-cü il mart ayının
27-də erməni fitnəkarları yenə də Kəlbəcərə
hücumu Ağdabandan başladılar. Ermənilər
Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə
döndərdilər. Bəli, Ağdaban kəndi
mühasirəyə alınmışdı.Belə bir vəziyyətdə
1992-ci il aprel ayının 8-də Ağdərə
rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin
kəndi Çayqovuşan və Ağdaban kəndlərinə
erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən
39 adam öldürüldü, kənd evlərinin
əksəriyyəti yandırıldı və qarət edildi.
Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm
dastanının ən kədərli səhifəsinə
çevrildi.
Ağdaban qırğınının səhərisi-aprel
ayının 9-da camaat hər yerdən rayon mərkəzinə
toplaşdı.Xalqın iradəsiylə "Kəlbəcərin
müdafiəsinə fövqəl`adə yardım komitəsi"
yaradıldı. Komitə qısa müddət ərzində böyuk tədbirlər
həyata keçirdı.Orduya kömək xeyli
artırıldı.Əhalidə müdafiə
olunacağına ümid yarandı.Rayon əhalisinin ciddi tə`kidi
ilə Kəlbəcərə göndərilən polkovnik/indi
general Zaur Rzayev briqada komandiri və hərbi komendant tə`yin
edildi.Bu tədbirlər camaatın qırılmaqda olan
inamını xeyli möhkəmləndirdi.
Dədə Şəmşirin nəslindən olan 15 nəfər
sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə
Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu
Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8
yaşlı Ülviyyənin gözləri
qarşısında atası Camalı güllələmiş,
özünü isə kartof quyusunda diri-diri
basdırmışlar.
Ağdaban faciəsinə görə cəzalandırılmayan
erməni separatçıları bütövlükdə Kəlbəcərin
işğalı üçün planlar
hazırlayırdılar.
Faciənin ağır müsibətlərini
yaşamış, evləri viran qoyulmuş ağdabanlılar
doğma kəndlərini tərk etmədilər. Ağdaban
camaatı kəndi yenidən bərpa edib yaşamağa
başladılar. Lakin 1993-cü il
mart ayının 27-də erməni separatçıları Kəlbəcər
rayonuna hücum edən zaman işğalı yenidən
Ağdaban kəndindən başladılar. Erməni
silahlıları yenidən kəndə hücum edərək
onu viran qoydular. Beləliklə də, onlar
Ağdaban kəndində ikinci faciəni törətdilər.
Ağdabanın ikinci dəfə
işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən
zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər
hər tərəfdən mühasirəyə alınaraq
1993-cü il aprel ayının 2-dək erməni
silahlı birləşmələri tərəfindən tamamilə
işğal edildi. Ermənilər
Ağdabanı təkcə strateji məkan olduğu
üçün deyil, əslində Kəlbəcər ədəbi
mühitinin beşiyi kimi də çoxdan hədəfə
admışdılar. Onlar Ağdabanda
yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix,
memarlıq və mədəniyyət abidələri
dağıdıldı, müqəddəs ziyəratgah və
məzarlıqlar təhqir olunaraq məhv edildi.
Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə
Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal
ocağının nəsli davamçısı idi. Bu ocaq mənəviyyatımızın
beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz
ona görə də onlar Azərbaycan ədəbiyyatına
misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz
mənəvi xəzinəsi olan Ağdabanlı şair
Qurbanın və onun oğlu klassik aşıq şeirinin
ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını
yandıraraq bu nəhəng söz sərraflarının bədii
irsini, bütün külliyatını məhv etdilər.
Faciə şahidlərini dinlədikcə Ağdabanda
yaşananları insanın etiraf etməsinə, dilə gətirməsinə,
qələmə almasına belə gücünün yetmədiyini
də düşünürsən. Bu, gerçəkdir.
Ağdabanda yaşanan faciə bir millətin məhv
edilməsinə qarşı məqsədyönlü şəkildə
törədilmiş böyük bir soyqırımın tərkib
hissəsidir. Çünki erməni qəsbkarları
tərəfindən bir gecədə bir kəndin yer
üzündən silinməsinə yönəlmiş törədilənləri
başqa sözlərlə, ifadələrlə anlatmaq, məncə,
həm ədalətsizlik, həm də xəsislik olardı.
Tək bu kənddə törədilənlərlə
bağlı Ermənistana qarşı xeyli sayda cinayət
işinin yönəldilməsi və bu istiqamətdə
işğalçı dövlətin beynəlxalq tribunalarda
ittiham edilməsi onların iç üzünün, saxta,
yalançı diplomatiyasının faş olunmasının və
uzun illərdən bəri yaratdıqları "məzlum"
maskalarının yırtılmasının əsl səhnəsi
olardı.
Şahidlərdən biri yazırdı ki, biz
qırğından əvvəl kənddən
çıxmışdıq. Silah və ərzaq gətirmək
üçün rayon mərkəzinə getmişdik. Kəndə geri qayıdanda gördüyüm dəhşətlər
hələ də gözlərimin önündən getmir,
unuda bilmirəm. Desəm ki, hər tərəf dəhşət
saçırdı... Bu, inanın ki, bəlkə
də ən yumşaq sözlər olardı. İnsanlara sağ qalmaq üçün aman verməmişdilər.
Heç kəsə mərhəmət etməmişdilər.
Qocasına, ağsaqqalına, ağbirçəyinə,
uşağına, qadınına... Heç kimsəyə... Kəndi yandırıb viranəyə, xarabazara
çevirmişdilər. Həmin mənzərəyə
baxanda insanın ağlına gələn ancaq bu olur -
Ağdabana ancaq intiqam almaq üçün girmişdilər.
Kənddəki faciədən qalan bunlar idi - qırğın,
ölüm, qətl, talan, qarət, əsir götürmə...
...Uzun
zamandır içimdə gəzdirdiyim o anları unuda bilmirəm.
Gücüm çatmır... O gündən sanki ürəyimdə
KÖZ gəzdirirəm. Bu günədək
sönməyən KÖZ. Bu, sönməsini daima hər
şeydən çox istədiyim KÖZdür...
1993-cü
il mart ayının 27-də isə erməni
separatçıları Kəlbəcər rayonuna hücum edən
zaman işğalı Ağdaban kəndindən
başlayıblar. Erməni silahlıları
Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranə
qoyublar. Beləliklə də, erməni
separatçıları son Qarabağ savaşında
Ağdaban kəndində ikinci faciəni törədiblər.
Ermənistan "Hərbi münaqişələr
zamanı mədəni sərvətlərin qorunması
haqqında" Haaqa Konvensiyasının və "Mədəni
Sərvətlərin qeyri-qanuni dövriyəsi haqqında"
Paris Konvensiyasının müddəalarını pozaraq
işğal etdilkəri bütün torpaqlarımızda mədəni
sərvətlərimizi talayıb. Ağdaban kəndində
də son Qarabağ savaşı zamanı ərazinin
işğalı, əhalinin soyqırımı ilə
yanaşı, bütün maddi, mədəni, milli sərvətlərimiz
talan edilib, dağıdılıb.
Qədim
Kələbəcər torpağının,
xalqımızın böyük ustadı Aşıq Şəmşirin
və Ağdabanda şəhid olmuş
övladlarımızın ruhuna, eyni zamanda, qazi olmuş,
soyqırımda əsir düşmüş soydaşlarımızın
anısına ithafla...
Tarix
yaşanan, baş verən və yazılandır...
Bu faciəyə
ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər
Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə
qarşı törədilən ən böyük cinayət
adlandırıb, bunu bütün insanlıq adına
utanc kimi səciyyələndirib.
Ağdaban
faciəsi törədilmə spesifikasına və xarakterinə
görə Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım
cinayətinin qarşısının alınması və ona
görə cəzalandırma haqqında" Konvensiyanın
müddəalarına tam uyğundur. Ona görə
də bu faciə beynəlxalq hüquq əsasında
soyqırım cinayəti aktı kimi qiymətləndirilməli
və Ağdaban kəndinin dinc əhalisinə qarşı
törədilən bu qırğın soyqırım cinayəti
kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 7 aprel.- S.9.