Muxtar Auezovun
yaradıcılığı: ənənədən novatorluğa -
2-ci yazı
Muxtar Omarxan ulı Auezov (28.09.1897-27.09.1961) - qazax xalqının tarixində müstəsna yeri olan yazıçı, ictimai xadim, alim, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər Akademiyasının akademiki (1946), Əməkdar elm xadimi (1957) kimi tanınmaqdadır. M.Auezov Semipalatinskdə Yusubbəy Aymautovla birlikdə elmi-idraki, sosial-iqtisadi mövzulu material və məqalələr hazırlayıb sivil-milli demokratik cəmiyyət yaratmaq ideyasına söykənən "Abay" elmi-ictimai jurnal nəşr etdirir. "Abay" qadağan edildikdən sonra Auezov gizli fəaliyyətlə məşğul olur. Semipalatinsk Müəllimlər Seminariyasında təhsilini başa vurub bir sıra mühüm vəzifələrdə (Semipalatinsk Quberniya İnqilab Komitəsində şöbə müdiri, Qazaxıstan MSSR-də Mərkəzi İcraiyyə Komitəsində siyasi katib) işləyir.
1921-ci ildə "Qızıl Qazaxıstan" jurnalında (№ 3-4) özünün "Müdafiəsizin günü" ("Коргансыздын кун", qeyd edək ki, bu əsər həm də başqa bir ad altında - "Yetim payı" kimi məlumdur) hekayəsini, "Yenlik-Kebek" pyesinin ikinci variantını ("Теке-Орал") çap etdirir. Qazax teatrında onun "Bəybişə-tokal" ("Бэйбише-токал") və "El ağası" pyesləri oynanılır.
1921-1922-ci illərdə M.Auezov qazax ziyalılarının repressiyaedilmə siyasətini və Moskvanın qazaxlara qarşı apardığı iqtisadi təzyiqini tənqid edir. 7 mart 1922-ci ildə o, Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin üzvü Smaqul Saduakasovla birlikdə bolşevik partiyasına qarşı hiddətini ifadə edərək Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin nümayəndəsinə özlərinin siyasi, iqtisadi və sosial tələblərini təqdim edir. Bu tələblər sırasında milli müstəqillik, aclığın ləğvi, konfiskasiya olunmuş torpaqların qazaxlara qaytarılması, qazaxların təsərrüfat işlərinə cəlb edilməsi, qazax dilinin dövlət dili elan edilməsi, milli maarifin, elm və mətbuatın inkişafı və s. qeyd etmək olar. Belə itaətsiz davranışa görə 1922-ci ilin martında M.Auezovla S.Saduakasov "millətçi alaş ordalılar" elan olunurlar.
Semipalatinsk Müəllimlər Seminariyasından sonra MAuezov Daşkənddə fəaliyyət göstərən Orta Asiya Dövlət Universitetinə dinləyici kimi daxil olmaqla bərabər, həm də "Şolpan" və "Sana" jurnalları ilə əməkdaşlıq edir. "Səhra hekayələri" ("Кыр энгителер) və "Evlənmə" ("Уйлену") hekayələrini nəşr etdirir. Aktiv millətçilik fəaliyyətinə görə 1923-cü ildə Rusiya Kommunist (b) Partiyasının sıralarından kənarlaşdırılır. Elə həmin ildəcə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.
1924-1925-ci illərdə Semipalatinsk Müəllimlər Texnikumunda çalışır. "Dan" jurnalını buraxmaqla, burada "Yasa bürünmüş gözəl" (yeri gəlmişkən, qeyd edək ki, bu hekayəni biz dilimizə tərcümə edib "Azərbaycan" jurnalında (2017, № 7-8) oxucuların ixtiyarına vermişik), "Yasa bürünmüş gözəl" ("Каралы сулу"), "Zorakılıq" ("Жуандык") hekayələrini dərc etdirib.
1926-cı ildə Semipalatinsk vilayəti ərazilərində qazaxların folklor irsinin öyrənilməsi və toplanması üzrə elmi ekspedisiya təşkil etmiş M.Auezov "Qaragöz" pyesini yazmış, 1927-ci ildə "Ədəbiyyat tarixi" monoqrafiyasını nəşr etdirib. 1927-1929-cu illərdə Abayın əlyazmalarının külliyyatını - 20 cildliyini nəşr etdirməklə bərabər, "Qəddar illər" ("Килы заман") və "Xan Kene" (1928) povestlərini ortaya qoyub. M.Auezov 1928-ci ildə Orta Asiya Dövlət Universitetinin aspiranturasına daxil olduqdan sonra qırğız səhralarına səfərlər edərək "Manas"ı öyrənməyə və yazıya almağa başlayıb.
16 sentyabr 1930-cu ildə M„Auezov Gənc Qazax Yazıçılarının orqanı olan "Alka" cəmiyyətində olduğuna və siyasi baxışlarına görə həbs edilir. Ona qarşı bir sıra ittihamlar irəli sürülür ki, bunların sırasında onun sovet hakimiyyətinə qarşı gizli mübarizəsi, hakimiyyətin devrilməsi ilə bağlı silahlı üsyana çağırış, varlıların əmlakının konfiskasiya olunmasına qarşı çıxışlar, "Alka" milli burjuaziya təşkilatının fəal üzvü olması, inqilabaqədərki qazax həyatı və məişətinin təbliği ilə bağlı əsərlər nəşr etdirməsi göstərilirdi. Bundan sonra o, dostu, istedadlı şair İlyas Cansuqurovun məsləhəti ilə bir müddət siyasəti buraxıb yaradıcılıqla məşğul olmağa başlayır.
M.Auezov iki il yarım istintaq altında yatır. 1932-ci ilin aprelində üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilir. Sovet siyasi sistemi ilə "dürüst" və "səhvsiz" işləməyə səy göstərdiyi vaxtlarda (10 may 1932-ci il) "Açıq məktub" yazaraq onu "Sosialist Qazaxıstanı" və "Kazaxstanskaya pravda" qəzetləri vasitəsilə özünün "Qaragöz", "Yenlik-Kebek", "Xan Kene", "Qəddar illər" kimi bədii əsərlərindən və qazax ədəbiyyatı tarixi üzrə yazdığı bir sıra tədqiqat işlərindən imtina etməyə məcbur qoyurlar.
M.Auezov olduqca dinamik və yaradıcı insan olduğundan dayanıb durmur. Yazıçılıqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunda qazax dili və ədəbiyyatı müəllimi işləyir, Qazax Pedaqoji İnstitutunda baş müəllim, professor kimi çalışır. Eyni zamanda o dövrdə bir sıra pyeslər, hekayələr, povestlər yazır ki, onların sırasında "Oktyabr üçün" (Октябр ушын), "Ayman-Şolpan", "Mübarizə" ("Taptbic"), "Əl-ələ" (BLnİKKe бьлек), "Üç gün" ("Уш кун"), "Həsənin çevrilməsi" ("Kaсенин кубылыстары"), "Tunqi sarın", "Tac Tulek", "Акап-Zayra", "İzlər" ("Издер"), "Sıldırım" ("Шаткалан"), "Qum və Əsgər" ("Кум тен Аскаг"), "Keçmişin kölgəsində" ("Есюлк колен- Kecinge") və "Qaraş-Qaraş" xüsusilə qeyd edilməlidir.
M.Auezovla bağlı material və sənədlərlə tanış olarkən hiss etmək olar ki, bu illərdə sovet hakimiyyətinin ona münasibəti sanki bir qədər yumşalıb. Buna nümunə olaraq 1936-cı ildə M.Auezovun Qazaxıstan MSSR Yazıçılar İttifaqının nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Qazax Ədəbiyyatı və İncəsənəti dekadasının iştirakçısı olduğunu göstərmək olar. Bu dövrdə M.Aıuezov fəal şəkildə bədii yaradıcılıqla məşğul olmaqla bərabər, bir sıra nəsr və dram əsərləri yaradıb ki, onların sırasında "Alma bağında", "Şekerada", "Berkutçu" (BypKİTıiui), "Ağ qayın" ("Ак кайын"), "Beet", "Kalkaman-Mamır", "Abay" və s. kimi nümunələr diqqəti daha çox cəlb edir. Amma bununla belə, M.Auezovun əsərləri NKVD-nin xoşuna gəlmədiyindən onun kitabları qadağan edilib, özü isə işdən çıxarılıb.
1940-cı ildə M.Auezov kinossenarist kimi çıxış edərək "Reyhan" filmini ortaya qoyur. Rus yazıçısı və dramaturqu Leonid Sobolevlə birlikdə "Səhra nəğmələri" ("Дала жыры") məcmuəsini nəşr etdirir, 1941 -ci ildə "Abay" romanı üzərində işi tamamlayır. Böyük Vətən müharibəsi illərində A.Abişevlə birlikdə "Сын сагат" və "Намыс гвардиясы" pyeslərini yazır. MAuezov 1943-cü ildən ömrünün sonuna qədər Dil, Ədəbiyyat və Tarix Elmi Tədqiqat İnstitutunun əməkdaşı, Qazaxıstan Dövlət Universitetində Qazax ədəbiyyatı kafedrasının professoru kimi çalışmışdır. 1944-cü ildə "Abay" operasına libretto, 1945-ci ildə "Кынаптан кылыш" ("Абай эндер1") filminə ssenari yazıb. 1946-cı ildə MAuezov Abaya həsr olunmuş romanın ikinci kitabı üzərində çalışmağa başlayıb, 1947-ci ildə onu nəşr etdirib. 1946-cı ildə o, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər Akademiyasının akademiki seçilib. 1947-ci ildə "Qazaxıstan SSR-nin ədəbiyyat tarixi" və "Qazax sovet ədəbiyyatı tarixi" nəşrinin müəllif kollektivinin rəhbəri olub. 1940-cı illərin sonunda "Abay" romanı birinci dərəcəli Stalin mükafatına və Qazaxıstan hökumətinin mükafatına layiq görülüb.
1947-ci ildə Qazaxıstan Kommunist Partiyası "Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun işindəki kobud nöqsanlar haqqında" Qərarını qəbul etdikdən sonra M.Auezov yenidən göz altına alınmış, ona rahat ədəbi-elmi fəaliyyətlə məşğul olmağa imkan verilməyib. 1952-ci ildə "Abay yolu" romanının birinci kitabı qazax dilində nəşr olunsa da, elə həmin il yanvarın 29-da "Pravda" qəzeti Auezovun vətəndaşlıq sayıqlığını itirdiyi ilə bağlı cinayət işi irəli sürüb, bir gün sonra İsə "Kazaxstanskaya pravda" qəzeti həmin məqaləni təkrar çap edib. Bundan sonra MAuezov "burjua-millətçi səhvlərinə görə" universitetdən uzaqlaşdırılıb və Qazaxıstan SSR tarixi çoxcildliyinin müəllif kollektivi sıralarından kənarlaşdırılıb.
Eyni zamanda qeyd edək ki, o hələ 1950-ci ildə "Abay" romanının üçüncü kitabını oxuculara təqdim edib. 1951-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunsa da, elə həmin ildəcə onun yaradıcılığına qarşı hücumlar başlayıb, yenidən tənqidi ilə bağlı kampaniyaya start verilib. Onu "millətçi alaş ordalı" adlandırmaqla Rusiyaya qarşı elementləri özündə daşıyan qazax folkloru nümunələrinin çap edilməsində, "Abay" romanında feodalizmin təbliğində, Qazaxıstan və qazax ədəbiyyatının tarixinin təhrif edilməsində təqsirkar bilmişdilər. 1953-cü ildə həbs edilmə təhlükəsi qorxusu ilə üz-üzə dayandığı vaxtda A.Fadeyev, KSimonov, V.Kojevnikov, N.Tixonov və başqa bu kimi böyük rus yazıçıları Moskvada onun müdafiəsinə qalxmışlar. 1953-1954-cü illərdə MAuezov Moskva Dövlət Universitetində "SSRİ xalqları ədəbiyyat tarixi" xüsusi kursundan mühazirələr aparıb. 1954-cü ildə Almatıya qayıdıb "Abay yolu" roman-epopeyası üzərində işi tamamlayıb.
MAuezov 1954-cü ildə Moskvada "Abay yolu" tetralogiyasını sona çatdırdıqdan sonra elə Moskvada nəşr olunan "İnostrannaya literature" və "Drujba narodov" jurnallarının redaksiya heyətinin tərkibinə daxil olub. İttifaqlar Evinin Sütunlu salonunda Abaya həsr olunmuş təntənəli tədbirdə iştirak etmiş və Almatıya qalib kimi qayıdıb bütün əvvəlki vəzifələrinə bərpa olunub.
1955-1957-ci illərdə MAuezovun seçilmiş əsərlərinin 6 cildliyi nəşr edilib. 1957-1961-ci illərdə MAuezov Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda Şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləyib. Bir-birinin ardınca onun "Дос-Бедел дос", "Алуа", "Асыл нэандер" bədii əsərləri, "Müxtəlif illərin düşüncələri" ("Мысли разных лет") və "Abay (İbrahim) Kunanbayev" monoqrafiyası nəşr olunmuşdur. 1959-cu ildə "Abay yolu" roman-epopeyasına görə M.Auezov Lenin mükafatına layiq görülüb. "Qaraş-Qaraş" məcmuəsinin üzərində işləyib. Bu isə M.Auezovun bir yazıçı, alim kimi reputasiyasını getdikcə möhkəmləndirib. Bununla belə, yaradıcılığının məsuliyyətli, şəxsiyyətinin bəraət qazandığı bir dövrdə Muxtar Auezov 27 iyun 1961-ci ildə Moskvada əməliyyat olunduğu zaman vəfat edib.
Nizami Tağısoy
filologiya üzrə
elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2020.- 6 avqust
.-S.14.