Muxtar Auezovun
yaradıcılığında qazax milli düşüncəsinin təsviri
3-cü yazı
Müasir mərhələdə qazax ictimai-fəlsəfi və sosial-estetik fikrində nəzərəçarpacaq yer tutmuş Muxtar Omarxan ulı Auezovun yaradıcılıq irsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, XX əsrin 60-cı illərinə qədər mövcud olan ictimai-siyasi sistemin M.Auezovun ədəbi-estetik baxışlarında nəzərə-çarpacaq iz buraxması ilə əlaqədardır. Eyni zamanda o da qeyd edilməlidir ki, ideoloji buxovları olduqca güclü və amansız olan bolşevik hakimiyyəti dövründə həyata milli mövqedən baxan Muxtar Auezovun əsərlərinə partiya basqısı nə qədər güclü olsa da, onlarda qazax xalqının mövcud və gələcək tarixi taleyinə işıq salınır, onun təəssübü çəkilir. Türk xalqlarının, o cümlədən qazaxların tarixi taleyinə Rus imperiyasının, bolşeviklərin, kommunist partiyası funksionerlərinin vurduğu zərbə son onilliklərdə tarix, etnoqrafiya, folklor, ədəbiyyat və s. sahəsində araya-ərsəyə gələn tədqiqatlarda yetərincə və bütün çılpaqlığı ilə ortaya qo¬yulmaqdadır. Eyni zamanda bu da müəyyən olunub ki, bəhs etdiyimiz mərhələdə qazaxların siyasi müstəqillik qazanmasına siyasi partiya və qüvvələr heç cür imkan verməsə də, MAuezov, İ.Cansuqurov, Ə.Baytursınov, S.Seyfullin və başqa bu kimi milli mədəniyyət və ədəbiyyat nümayəndələri doğma xalqın gələcəyi uğrunda həm siyasi, həm ictimai, həm də ədəbi cəbhədə durmadan mübarizə aparıblar. Oktyabr çevrilişi və bolşeviklər qazaxlara, Rusiya ərazisində məskunlaşmış türk və digər xalqlara sosial azadlıq, müstəqillik gətirmək əvəzinə, həmin xalqların keçmişinin obyektiv baxımdan öyrənilməsini düyünə salmışdılar.
XX yüzilliyin əvvəlləri qazax xalqının tarixində mütərəqqi ideologiya nümayəndələrinin sosial-siyasi arenaya çıxması ilə yadda qaldı. Bu müstəvidə ən görkəmli yeri, heç şübhəsiz ki, qazax, türk və dünya ədəbiyyatının klassiki, xalq yazıçısı, Qazaxıstan Elmlər Akademiyasının akademiki Muxtar Omarxan ulı Auezov tuturdu. Bu gün yetərincə aydındır ki, böyük ədibin yaratdığı əsərlər qazax xalq mədəniyyətinin və dünya ədəbiyyatının qızıl fondunu təşkil etməkdədir.
XIX və XX əsrlərdə yazıb-yaratmış xeyli böyük bədii fikir sahiblərinin yaradıcı təcrübəsinin öyrənilməsi ilə bağlı sovet dövründə və müstəqillik mərhələsində kifayət qədər nümunə ortaya qoyulub. Onların sırasında rus LN.Tolstoy və F.Dostoyevski, ukraynalı T.Şevçenko və L.Ukrainka, azərbaycanlı A.Bakıxanov və M.EAxundzadə, tatar Q.Tukay, tacik S.Ayni və başqaları ilə yanaşı, qazax L.Altınsarin, A.Kunanbayev və başqaları da olmuşlar. Hazırkı dövrdə mövcud araşdırma və tədqiqat əsərlərinə söykənərək dünya bədii-estetik fikrində öz mövqeyi olan M.Auezovun yaradıcılıq yolunun əsas konturlarını izləmək mümkündür. İctimai varlıqla şərtlənən ictimai şüurun formalarından biri olan ədəbiyyat hər bir mərhələnin və ölkənin dünyagörüşünün məzmununda oturan qiymətli fikir materialı kimi də meydana çıxır. MAuezov konkret tarixi-ictimai, iqtisadi-mədəni formasiyanın yetirdiyi yaradıcı şəxsiyyət olmaqla yanaşı, onun yaradıcılığında yaşadığı dövrün, XIX əsrin İkinci yarısının və XX əsrin ilk onilliklərinin əksər tərəfləri, qazax xalqının mənəvi inkişaf tarixi və ideologiyasının müxtəlif məqamları da öz əksini tapıb.
Qeyd etmək yerinə düşər ki, M.Auezovun nəzəri baxışları XX əsrin əvvəlləri və sovet dövründə sovet imperiyasının qazaxlara və müstəmləkə şəraitində yaşayan digər xalqlara qarşı apardığı ideoloji konsepsiyasının iç üzünü göstərməklə yanaşı, ədibin bədii yaradıcılığının dərin qatlarının açılmasına şərait yaradır. Çünki müasir mərhələdə xalq mədəniyyətinin inkişafının müxtəlif məsələləri filosofların və bədii söz ustalarının birgə səyi nəticəsində kompleks şəkildə işlənib araya-ərsəyə gətirilə bilər. Vaxtilə akademik Pffietdoseyev belə tendensiyanı nəzərdə tutaraq yazırdı:
"Yazıçıların fəlsəfə, sosiologiya, etnoqrafiya məsələlərinə marağının güclənməsi qanunauyğun olduğu kimi, filosofların, sosioloqların, etnoqrafların da bədii ədəbiyyata, yaradıcılıq psixologiyasına müraciətinin güclənməsi qanunauyğundur".
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr qazax ədəbiyyatının təşəkkülü və inkişafında MAuezovun rolu danılmazdır. Məhz elə bu baxımdan onun həyat və yaradıcılığı, mənəvi irsi alim və tədqiqatçıların nəzər-diqqətini həm sovet dövrü ədəbiyyatşünaslığında, həm də postsovet dövründə özünə cəlb edib.
Burada qeyd etdiyimiz və etmədiyimiz əsərlərin məzmununu, mahiyyətini öyrənərkən böyük ədibin çoxcəhətli yaradıcılığının müxtəlif istiqamətlərini bütün mürəkkəbliyi və tamlığı ilə geniş tarixi-ədəbi, ictimai-siyasi və fəlsəfi-estetik fonda təqdim edir, bu nəhəng yazıçının, orijinal alimin ictimai-siyasi baxışlarını sistemli şəkildə açmağa çalışırıq. Həmçinin düşüncələrinin sosial mən-bələrini öyrənməyə, ədibin dünyaya baxış prinsiplərinin və elmi-ədəbi irsinin qazax cəmiyyətinin tarixi şəraiti ilə sıx əlaqədə nəzərdən keçirilməsinə, əsərlərinin mahiyyətinin açılmasına cəhd göstəririk. Onun çoxsaylı məqalələrini təhlil edərək M.Auezov istedadının gücünü bir bütöv kimi ortaya qoya bilərik. Məsələ bu-rasındadır ki, bununla biz MAuezovun əsərlərinə, fikirlərinə, bədii obrazlarına, onların sisteminə nəzər salacaq, ədibin qazax ictimai-siyasi, ədəbi-estetik mühitində hansı yeri tutduğunu müəyyənləşdirəcəyik. Çünki MAuezovun yaradıcılığını yalnız nəsr və dram yaradıcılığı kontekstində nəzərdən keçirmək düz-gün deyil. Ədibin fəlsəfi, siyasi, etik, estetik baxışlarını öyrənmə-dən, onun mütəfəkkir-sənətkar kimi həyat haqqında hansı fəlsəfi ümumiləşdirmələr apardığını, qazax fəlsəfi-elmi düşüncəsini necə zənginləşdirdiyini vurğulamadan çoxcəhətli portretini yaratmaq mümkün deyil. M.Auezov şəxsində biz yazıçı, alim, dəyərli pedaqoq, humanist, filosof və estet kimi keyfiyyətləri ortaya çıxarmaqla yanaşı, həm də onun təfəkküründəki milliliklə folklor düşüncəsinin vəhdətini, avropalı idrakı ilə həyat hadisələrinə münasibətini, ictimai, mədəni-mənəvi proseslərə hansı mövqe sərgilədiyini görməkdəyik.
Muxtar Auezovun istedadı özünü erkən büruzə vermişdi. XX əsrin 20-ci illərində o artıq yazıçı, jurnalist, publisist, tənqidçi, xalqın folklor və epos dünyasını dərindən bilən alim və filosof kimi yetişmişdi. Təkcə bunu qeyd etmək kifayətdir ki, M.Auezo-vun 1918-ci ildə "Abay" jurnalında nəşr etdirdiyi ilk "Elm", "Mə-dəniyyət və millət", "Fəlsəfə haqqında", "Yaponiya" və s. kimi məqalələri qazax mədəni fikrinə istedadlı bir şəxsin gəlişindən xəbər verirdi (Yeri gəlmişkən, qeyd edək ki, "Abay" jurnalının 1918-ci ilin fevralından oktyabrına kimi cəmi on bir sayı ərəb qrafikası ilə qazax dilində "Novı Semeyde" çap olunmuşdu).
Qazax tədqiqatçısı Altay Taycanov "M.O.Auezov mütəfəkkir kimi" mövzulu fəlsəfə elmləri namizədi dissertasiyasında M.Auezov yaradıcılığını üç mühüm mərhələyə bölür ki, bu da, əsasən, onun yaradıcılıq bioqrafiyasının başlıca xüsusiyyətlərini özündə əks etdirir. Birinci mərhələ yazıçının gənclik illərinin Leninqrad Dövlət Universitetinə daxil olduğu dövrüdür (1922-ci ilə qədər) və onun şəxsiyyətinin təşəkkülünü, formalaşmasını ehtiva edir. İkinci mərhələ ali məktəbdə oxuduğu illərdir və yaradıcılıq axtarışlarını, ideya titrəyişlərini, şübhələrini və (guya - N.M.-T) sonra öz yolundan kənarlaşmanı əhatə edir;
Üçüncü mərhələ 1932-ci ildən ömrünün sonuna qədər vətənə təmənnasız xidməti xarakterizə edən dövr kimi nəzərdən keçirilir. Bununla belə, qeyd edək ki, A.Oycanovun dis-sertasiyası sovet dövründə hazırlandığından bu tədqiqat işində M.Auezov irsinə baxış sosialist ideologiyasının çərçivələri daxilində, kommunist ideoloji aparatının təsiri altında həyata keçirilir. Bizim 2017-ci ildə hazırladığımız elmi-tədqiqat işi də Muxtar Auezovun yaradıcılığına həsr edilmiş və XXI əsrdə yazılıb araya-ərsəyə gətirilib. Burada arxiv materiallarına və monoqrafik araşdırmalara söykənərək ədibin estetik baxışlarına aydınlıq gətirilib, M.Auezovun yaradıcılıq platforması daha obyektiv, adekvat mövqedən dəyərləndirilib. Odur ki AJOycanovun böyük ədibin yaradıcılıq baxışlarına münasibətinin bəzi məqamları, müasir fəlsəfə, tarix, psixologiya və ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi baxımından qüsurlu hesab edilib, tərəfimizdən heç də tam şəkildə qəbul edilə bilməz. Eyni zamanda bu da vurğulanmalıdır ki, M.Auezovun yaradıcılığı qazax ədəbi-ictimai fikir tarixinin ən əzəmətli səhifələrindəndir. Çünki M.Auezov yaradıcılığında çöllükdə yaşayan xalqın öz incə hiss və emosiyalarını, qəlbindəki fikirləri müxtəlif rənglərin köməkliyi ilə necə ifadə etdiyinin, müasir insanın mücərrəd və mürəkkəb duyğularını hansı böyük məharətlə ortaya çıxardığının şahidi oluruq.
Axı M.Auezov nəinki böyük yazıçı, həm də kifayət qədər fərqli alim, folklorşünas, eposşünas və tədqiqatçı idi. O, hər şeydən öncə, qazax ədə-biyyatı tarixinin və abayşünaslığın, müasir ədəbiyyatın istedadlı tədqiqatçısı idi. Lakin MAuezov bununla da işini bitmiş hesab etməmişdi. O, qazax ədəbiyyatı tarixi və ictimai fikrinin dəyərli tədqiqatçısı kimi də titanik fəaliyyət göstərmişdi. Bu kontekstdə onun üçün ən mühüm meyarlardan biri ədəbiyyat tarixi və ictimai fikrində ənənə ilə novatorluq münasibətlərinin qarşılıqlı əlaqəsini ortaya çıxarmaq idi. Bu barədə yazarkən qırğız yazıçısı Ç.Aytmatovun M.Auezov haqqında dediklərini xatırlamaya bilmirsən. "Öz xalqının "intellektuallığının" mənəvi və əxlaq mədəniyyətinin təcəssümü olmaqla Abay, heç şübhəsiz ki, dünya çaplı milli nailiyyətdir". Tarixilik prinsipini dərindən dərk edən MAuezov israrla milli stixiyanın ənənələrə söykəndiyini söyləyirdi. Böyük mütəfəkkir eyni zamanda onu da qeyd edirdi ki, bir tərəfdən, cəmiyyətdə əvvəlki nəsillərin təcrübəsindən gələn ənənələr yaşayırsa, digər tərəfdən də, bu gün ortaya gələn, doğulan nəsillər gələcəkdəkilər üçün mühüm mənbə kimi xidmət edirlər. Novator-nasir M.Auezovun özünün yaradıcılığı da belə kvintessensiya kimi nümunə olaraq ortada dayanmaqdadır.
M.Auezovun dünyagörüşünə böyük maarifçi və islahatçı Abay Kunanbayev ciddi təsir göstərib. Onun mütərəqqi ideyalarını bu yazıçı-maarifçi və mütəfəkkirin estetik baxışları formalaşdırıb. Abayın dünyagörüşünü dərindən öyrənən M.Auezov tarixilik prinsipinə söykənməklə problemə dialektik baxımdan yanaşıb, onun yaradıcılığını dərindən təhlilə cəlb edib. Maraqlıdır ki, M.Auezov Abayın dünyabaxışının mütərəqqi tərəflərini öyrənərkən həm də onun tarixi baxımdan məhdudluğuna və ziddiyyətli olduğuna diqqət çəkib.
Nizami Tağısoy
filologiya üzrə elmlər
doktoru, professor
Xalq Cəbhəsi.- 2020.- 8 avqust.-
S.14.