“Azərbaycan”  qəzetinin səhifələrində 

 

  61-ci yazı

 

Mətbuat tariximizdən.

 

Bahar hədiyyəsi

 

Son günlər Təbrizin mətbuat səmasında doğan “Mədəniyyət” jurnalı Sovet Mədəniyyət Evi tərəfindən xalqımıza təqdim olunan qiymətli bahar hədiyyəsidir. Doğma Azərbaycan dilində olan bu məcmuə keyfiyyət və mündəricat etibarilə Təbriz mətbuatında özünəlayiq yer tutur. Gözəl və al-əlvan təsvir və karikaturlar “Mədəniyyət”i fövqəladə bədii bir şəkildə bəzəmişdir. Azadlıq və mədəniyyət ocağı olan Moskvadan verilən əkslər jurnalda xüsusi yer tutmuşdur.

Azərbaycanın klassik şair və yazıçılarının qısaca tərcümeyi-halı və təsvirləri, əsərlərindən nümunələr “Mədəniyyət”in bədii səhifələrini ədəbiyyat və sənət həvəskarlarının üzünə açmışdır. Məsələn, Möcüz, Həsənbəy Zərdabi və Seyid Əzim Şirvaninin şah kəlamlarından nümunələr verilmişdir.

Böyük yazıçı HaqverdiyevinŞeyx Şaban” hekayəsi gözəl təsvirlərlə oxucuda böyük maraq oyandırır.

Azərbaycanın müasir yazıçı və şairlərindən Səməd Vurğun, Süleyman Rüstəm və Ənvər Məmmədxanlının əsərləri “Mədəniyyət”in oxucularına olduqca maraqlıdır. Fəsahət və məlahət ilə dolğun olan bu parçalar gənc nəslimizin ədəbi-bədii tərbiyəsində böyük rol oynayacaqdır.

“Mədəniyyət”in bir hissəsi də rus yazıçılarının tərcümeyi-halına və əsərlərinin şərhinə həsr edilmişdir. Məşhur “Çapayev” əsərinin müəllifi Dimitri Furmanovun ölümünün 20 illiyi münasibətilə dərc edilmiş məqalə olduqca gözəl və bədiidir. Gənclərimizin böyük hüsni-rəğbətini qazanmış “Mədəniyyət” məcmuəsinin naşirlərinə bir daha artıq dərəcədə müvəffəqiyyət arzu edirik.

Təbriz, Məhəmmədəli Abbasi

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

 

***

 

Təbrizdə xanımlar klubunun şəhər komitəsi salonunda iclası

 

Bu iclası xanım Daniş və xanım İlhami idarə edirdilər. İclas günortadan sonra saat 5-də açıq elan olundu. Suğra xanım Qadiri xanımlar barəsində doktor Həştrudiyan Qızıl ordunun qələbə bayramı münasibətilə çıxış etdilər. Sonra Azərbaycanın sevimli şairi xanım Mədinə GülgünYeni həyatadlı şeirini oxuduqda xanımlar tərəfindən gurultulu alqışlarla qarşılandılar.

Cənab Səmədzadə Azərbaycan dili haqqında, cənab Zeynalzadə xanımlar haqqında şeirlərini oxudular.

Cənab Cadniku xanımları öz azadlıqlarını bu günə kimi müvəffəqiyyətlə qorumaları münasibətilə təbrik etdi. 8 yaşlarındakı Aləmdust adlı balaca məktəbli bir qız cənab Mir Mehdi EtimadınTəbrizimünvanlı mahnısını oxudu. Sonra balaca Əkbər MəhəmmədzadəRəhbərə salamadlı öz şeirini oxuduqda həyəcanlı alqışlarla qarşılandılar. Bu təntənəli yığıncağın sonunda cənab Əsədinin bir pərdəliMirzə bacı məktəbiadlı pyesi xanımlar klubunun üzvləri tərəfindən qabaqcadan hazırlanmış olduğundan xüsusi olaraq tamaşaya qoyuldu.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

 

***

 

Azərbaycan Demokrat Firqəsinin rayon təşkilatlarının (homələrin) hərbi təlimlərinin həftəlik gedişi barədə məlumat

 

Təbriz şəhər komitəsi homələrinin (rayon təşkilatlarının – red.) hərbi təlim siyahısı hərbi təlimlərdə iştirak edənlərin sayı aşağıda qeyd olunur:

Şənbə günü, 27.04.1946-cı il tarixində səhər saat 5-dən 7-ə qədər 1-ci homə üzvlərindən 320 nəfər kişi 25 nəfər xanım.

Günortadan sonra axşam saat 4-dən 6-ya qədər 4-cü homə üzvlərindən 350 nəfər kişi 40 nəfər xanım.

Yenə günortadan sonra axşam saat 5-dən 7-yə qədər 6-cı homə üzvlərindən 380 nəfər kişi 50 nəfər xanım.

Bazar günü, 28.04.1946-cı il tarixində hörmətli nümayəndələri (Tehrana danışıqlara gedəcək nümayəndə heyəti nəzərdə tutulur – red.) müşayiət etmək üçün hərbi təlim olmadı.

Bazar ertəsi günü, 29.04.1946-cı il tarixində səhər saat 5-dən 7-yə qədər 7-ci homə üzvlərindən 308 nəfər kişi 25 nəfər qadın.

Günortadan sonra axşam saat 4-dən 6-ya qədər 1-ci homə üzvlərindən 170 nəfər kişi 30 nəfər xanım.

Yenə günortadan sonra axşam saat 5-dən 7-yə qədər 2-ci homə üzvlərindən 133 nəfər kişi 29 nəfər xanım.

Çərşənbə axşamı günü, 30.04.1946-cı il tarixində səhər saat 5-dən 7-yə qədər 8-ci homə üzvlərindən 260 nəfər kişi.

Günortadan sonra axşam saat 4-dən 6-ya qədər 4-cü homə üzvlərindən 39 nəfər kişi 10 nəfər xanım.

Çərşənbə günü, 01.05.1946-cı il tarixində 1 May bayramı münasibətilə hərbi təlim verilmədi.

Cümə axşamı günü, 02.05.1946-cı il tarixində səhər saat 5-dən 7-yə qədər 7-ci homə üzvlərindən 350 nəfər kişi 50 nəfər xanım.

Günortadan sonra axşam saat 4-dən 6-ya qədərXosrəvifabrikası fəhlələrindən 164 nəfər kişi.

Yenə günortadan sonra axşam saat 4-dən 6-ya qədər 8-ci homə üzvlərindən 350 nəfər kişi.

Cümə günü, 03.05.1946-cı il tarixində səhər saat 5-dən 7-yə qədər 2-ci homə üzvlərindən 350 nəfər kişi 50 nəfər xanım.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

 

***

"Frans Press" xəbər agentliyi rəisinin Təbrizə gəlişi

 

Frans Press” mətbuat agentliyinin rəisi cənab Napoleon T.Jak Pol cümə günü (10.05.1946) saat 10.30-da Təbrizə gəlmişdir. Tehranda olan 10 nəfərdən artıq İngiltərə Amerika müxbirləri Azərbaycana gəlmək istəmişlərsə , hələlikdə gələ bilməmişlər. Yalnız cənab Napoleon Jak Pola gəlmək üçün icazə verilmişdir.

Cənab Napoleon Jak Pol dünən (11.05.1946) saat 15.30-da “Azərbaycanqəzeti redaksiyasına gəlib qəzetin redaktoru ilə kiçik bir müsahibə etmişdir. Cənab Napoleon Jak Pol öz danışıqları zamanı qeyd etdi ki, Fransa milləti bütün millətlərin azadlığını möhtərəm saymaqla demokratik hərəkatların qalibiyyətini arzu edir.

Cənab Napoleon Jak Pol Alman faşizminin Fransada hökmranlıq etdiyi zaman 6000 nəfərin başçısı olaraq faşizm əleyhinə böyük mübarizə aparmışdır. İndi o, Azərbaycan hərəkatını yaxından görüb bu böyük hərəkatın şahidi olacaqdır.

"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 196, 12 may 1946-cı il.

***

 

Güneyli yazıçı Əli oğlunun İranda Rza şah diktaturası dövründə fəhlələrin həyatından bəhs edənSuvarılmış poladlar!” adlı romanından bir parça (ADF orqanıAzərbaycanqəzetindəki 13-cü parçadan bir hissəni) təqdim edilir:

 

... Bu millət üçün dilənçi gərək olsun ki, sonra xeyriyyə əncümənləri onlara yardım etsinlər...

Düzgün prinsiplər əsasında idarə olunan ölkələrdə təbiətin ən cüzi enerjilərindən istifadə olunur hər bir insanın qiyməti vardır. Amma İran kimi geridə qalmış bir ölkədə hələ həyata göz açmamış bütün uşaqlar ictimai fəsadların qurbanları olurlar. Maddi ehtiyac üzündən minlərlə qadın fahişəlik edir...

Hökumət başçıları insanlığı insan ləyaqətini təhqir edərək həmişə onları zəif saxlamaq istəyirlər. Çünki bu insanlar, həmin bu dilənçilər, bu fahişələr iqtisadi hüquqlarına malik olduqda cəmiyyətin ən fəal enerjilərini təşkil etməklə zəhmətsiz ağalıq edənlərin qazanc yerlərini bağlayardılar.

İctimai hadisələrdən kənarda qalmaq mümkün deyildir. Mən lap əvvəldən bu hadisələri görərkən nifrət edərdim. Xalqın faciəli halı ağladırdı. Amma məndə mübarizə hissi yox idi.

Keçmişdə maarif sistemindəki təlim-tərbiyə üsulu bizdə xüsusi bir ruh yaratmışdı. Hər yerdəürəyi nazikcavanlara rast gəlinirdi ki, bunların ruhu aşiq olub şeir deməkdən ya məhəbbət haqqında əsərlər yazmaqdan ibarət idi. Cavanlar dilənçiləri ayrı yazıq adamları görəndə mütəəssir olaraq onlar haqqında şeirlər deyirdilər. Məsələn, yazırdılar ki, bir nəfər qoca kişinin qaşı belə, gözü elə... ay işığında aclığın şiddətindən öldü, təbiət ona ağlayırdı, ulduzlar da, göy yer ... Sonra bu ağa öz ağlamağını da qeyd edirdi...

Amma bu adam o fəlakətin həqiqi səbəbini düşünüb göstərə bilməzdi. Çünki bütün dərs kitablarının əsas hədəfləri onlarda yas ruhu yaratmaq idi. Beləliklə, heç kəsdə mübarizə ruhu ola bilməzdi. Kaş ki, siz kəndlərin təbii gözəllikləri haqqında danışan o vaxtkı yazıçılarla tanış olaydınız. Həmin onlar heç vaxt bir kəndli ilə bir yerdə oturub çörək yemək isəməzdilər.

Bunlar heç vaxt da xalq ilə yaşayıb cəmiyyətin gizlin bucaqlarında olan həyatla tanış olmağa hazır deyildirlər. Çünki onlara verilmiş tərbiyə istismarçı prinsiplər üzərində idi. Mən minlərlə həmin cavanlar kimi xalqın bədbəxtliklərindən heyfsilənsəm , onuqəzavü-qədər” (taleyin hökmu – red.) hesab edib hətərən-pətərən danışmağa başlardım... Məndə mübarizə etmək ruhu yox idi. Xalqın içində olsam da, həyatından kənar idim...

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 197, 13.05.1946

 

***

Azərbaycan Milli Hökumətinin mədəniyyət sahəsindəki tədbirlərindən

 

Ərdəbildə yeni kino-teatr salonu

 

Bu günə qədər (13.05.1946) Ərdəbildə kino-teatr salonu yox idi. Cənab Abdulla Qənnadi və Həsən Nəcəfqulunun iştirakı ilə 500 nəfərlik “Sinema-ye Cahan” adında bir kinoteatr salonu açılmışdır. Rəsmi açılış günü Sovet Azərbaycanında 25 illik sovet hökumətinin qurulmasının ildönümü münasibətilə hazırlanan film nümayiş olunmuşdur. Ərdəbil əhalisi öz həmvətənləri olan kinoteatr sahiblərinə çox təşəkkür edirlər.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 197, 13.05.1046

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

 

Xalq Cəbhəsi.- 2020.- 12 dekabr.- S.14.