QHT Şurasının ölkədə vətəndaş
cəmiyyətinin inkişafında rolu
(əvvəli ötən sayımızda)
Onu da qeyd edək ki, Şuranın metodiki dəstək üzrə bütün xidmətləri 2019-cu ildə elektron qaydada təşkil edilib. Belə ki, istifadəçilərin rahatlığı və bütün xidmətlərin vahid bazada inteqrasiyası məqsədilə Şuranın elektron xidmətlər portalı yenilənərək www.selis.az adı altında istifadəçilərə təqdim edilmişdir. Portalda e-Ərizə, e-Ekspertiza, e-Vətəndaş, e-Apelyasiya, e-Növbə, e-İdarəetmə və e-Hesabat, e-Razılaşdırma, e-Müşahidə, e-Müraciət, eMəsləhət proqramları yer alır. Yeni yaradılan hər bir proqram haqqında müvafiq olaraq 17 vətəndaşlar və QHT-lər üçün məlumatlandırma sessiyaları təşkil edilib. E-Ərizə, eVətəndaş, e-Növbə, e-İdarəetmə və e-Hesabat, e-Müşahidə, e-Məsləhət proqramları haqqında təlimat xarakterli videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub. Ümumilikdə Şura tərəfindən göstərilən xidmətlərə dair hüquqi və metodiki sənədlər Şuranın www.cssn.gov.az saytında “Şuranın sənədləri” bölməsində yerləşdirilib.
24 aprel 2019-cu ildə Şuranın "SƏLİS"-in e-vətəndaş proqramının Bakı Dövlət Universitetində keçirilən ilk təqdimatı mərasimində universitetin rektoru Elçin Babayev bildirib ki, qurum fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət edib. O, əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasdır. Çıxışın sonunda Elçin Babayev tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.
Şura sədri Azay Quliyev
çıxışında Şuranın yaranması zərurəti,
Cənab Prezidentin bu
yöndə irəli sürdüyü
dövlət siyasətinin əsas prinsipləri, dövlət
qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın
hər zaman bərqərar olması üçün imzaladığı sərəncam
və fərmanlardan, strateji
addımlardan danışıb və Şuranın fəaliyyət
göstərdiyi müddət ərzində bu
prinsiplərin hər zaman ali
tutulduğunu qeyd edib. Azay Quliyev tədbir
iştirakçılarının diqqətinə
çatdırıb ki, Şura
yaranana qədər xarici
donor təşkilatlar Azərbaycanın milli məsələləri, milli
maraqlarına yönəlik addımları, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün probemləri ilə
bağlı layihələri maliyyəşdirməyiblər.
Bu tendensiyaya yalnız ilk milli donor instititutu formalaşandan sonra son qoyulub. Şura sədri
QHT-lərə, vətəndaşlara,
Vətəndaş Cəmiyyətinə
fasiləsiz xidmət edən, QHT layihələrinin
maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya,
müracətləri və
digər (ümumilikdə
20 xidmət) elektronlaşdıraraq
izafi vaxt və maddi itkiləri
aradan qaldıran innovativ, müasir və çevik
SƏLİS Xidmət haqda
danışıb.
25 aprel 2019-cu ildə Azərbaycan Dillər Universitetində (ADU) SƏLİS-in e-vətəndaş proqramının
təqdimatına həsr
olunan tədbirində
isə universitetin rektoru akademik Kamal Abdulla Şuranın ulu öndər Heydər Əliyevin cəmiyyətin inkişafında
gördüyü işlərin
çox məntiqli və sistemli şəkildə davamı
kimi özünü göstərdiyini bildirib. Rektor Kamal Abdulla bildirib ki, dövlət dəstəyi, cəmiyyətdə
gedən proseslərin,
ideyaların, layihələrin
üzə çıxmasına,
reallaşmasına öz
ciddi töhfələrini
verib. Elə güman edirəm
ki, ağıllı, şüurlu, gələcəyi
düşünə bilən,
ideyalarını həyata
keçirmək üçün
canında coşqunluq
olan tələbələrimiz
bugünkü təqdimatda
çox şey öyrənəcəklər. Mənə, həmkarlarıma müəllim
və tələbələrimiz
tez-tez müxtəlif layihələr üçün
müraciət edirlər.
Həmin
ideyaların cücərməsi,
onların ardınca getməyiniz şansınızı
həyata keçirmək
üçün Dövlət
Dəstəyi Şurası
özü universitetə
gəlib. Şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə
layiq mövqe tutması üçün
Ulu Öndərdən
bu zamana gələn tövsiyələri
həyata keçirmək
işində çox
böyük əzmlə
fədakarlıq göstərir.
Şura sədri Azay Quliyev universitet
rəhbərliyinə yaratdığı
şəraitə görə
təşəkkürünü bildirib: o, qeyd edib ki, ADU-da
olmaq bizim üçün xüsusi
əhəmiyyətlidir. Ona görə
ki, bu universitetin
məzunları Azərbaycanı
yalnız ölkə daxilində deyil, ölkə xaricində də çox uğurla təmsil edirlər. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz
işlərdən başqa
nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi
verin. Ona görə də
Şura öz fəaliyyətini daim yeniləməyə çalışır.
SƏLİS
çərçivəsində hazırlanan “İnnobank” İdeya və Elektron Resurslar Xidmətinin də böyük əhəmiyyəti
var. Şura Katibliyinin
icraçı direktoru
Fərasət Qurbanov bildirib ki, “İnnobank”
İdeya və Elektron Resurslar Xidməti ictimai əhəmiyyətli ideyaları
toplamaq, QHT sektorunda çalışanların potensialını
üzə çıxarmaq,
onların bilik və bacarığını
artırmaq, QHT-lərin
fəaliyyəti haqqında
məlumatları ictimailəşdirmək
və onların elektron bazasını yaratmaq məqsədilə
yaradılıb.
Qeyd edək
ki, “İdeya bankı”nda vətəndaşlar,
dövlət qurumları,
özəl sektor, beynəlxalq təşkilatlar
və QHT nümayəndələri
tərəfindən ictimai
əhəmiyyət kəsb
edən yeni ideyalar toplanır. Bankda toplanan
ideyalar QHT və digər istifadəçilər
üçün açıq
olacaq, onlar dövlət qurumları və beynəlxalq donor təşkilatları ilə
əməkdaşlıq çərçivəsində
bu ideyalardan istifadə edə biləcəklər. Bunun
üçün hər
bir vətəndaş
və QHT nümayəndəsi
“İnnobank”da “İdeya
bankı” bölməsinə
daxil olaraq ideyalarını yerləşdirə
bilər. “Ekspert
və kadr bankı”nda QHT sektorunda fəaliyyət göstərən,
müvafiq bilik və bacarığa malik olan şəxslər
haqqında məlumat toplanacaq. Burada toplanan məlumatlardan
təkcə QHT-lər
deyil, eyni zamanda, digər dövlət qurumları və özəl şirkətlər də yararlana bilərlər.
Bu bankda ekspert
xidməti göstərən
şəxslər barədə
məlumatlar toplanacaq.
İstənilən ekspert özü
haqqında məlumatı
“İnnobank”da qeyd olunan sahələr üzrə yerləşdirə
biləcək. Ekspert
xidmətindən istifadə
etmək istəyən
qurumlar və şəxslər bu bankın "Ekspertə müraciət et" bölməsinə daxil olaraq ekspertlər barədə məlumatlardan
və onların xidmətlərindən istifadə
edə bilər. “Könüllü bankı”nda QHT, dövlət
qurumları, bələdiyyə
və özəl sektorda könüllü kimi çalışmaq istəyən şəxslər
barədə məlumatlar
toplanacaq. Könüllü olmaq istəyən şəxs qeydiyyatdan keçdikdən sonra “Könüllü ol” düyməsini seçərək
özü haqqında
məlumatları (CV, diplom,
sertifikat və s.) daxil edəcək. Könüllü xidmətindən
istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Könüllüyə müraciət
et" bölməsinə
daxil olaraq könüllülər barədə
məlumatlardan və onların xidmətlərindən
istifadə edə bilərlər. Təlim bankı”nda QHT-lərin
ehtiyac duyduğu təlimlər və təlimçilər haqqında
məlumatlar toplanacaq.
Bunun üçün
QHT-lər ehtiyac duyduqları təlimlər
haqqında mövzuları
"Təlim üçün
müraciət et" bölməsində, təlimçilər
isə özləri və təlim mövzuları haqqında
34 məlumatları "Təlimçi"
bölməsində yerləşdirəcəklər.
“Hesabat bankı”nda
QHT-lər müxtəlif
donorların dəstəyi
ilə və müstəqil şəkildə
həyata keçirdikləri
fəaliyyətləri barədə
illik hesabatlar yerləşdirə bilərlər.
Bu hesabatlar QHT-lərin fəaliyyətində
şəffaflıq, aşkarlıq
və səmərəlilik
əmsalının ölçülməsi
baxımından ictimaiyyət
üçün açıq
olacaq.
Şura beynəlxalq əlaqələrini
də genişləndirməkdədir. Ötən illərdə
olduğu kimi, 2019-cu ildə də Şura beynəlxalq təşkilatlarla əməkdaşlığa
böyük önəm
verib və bu məqsədlə Şura sədri cənab Azay Quliyevin bir sıra
beynəlxalq təşkilatların
rəhbərləri ilə
görüşləri keçirilib.
Xarici ölkələrdə keçirilən
tədbirlərdə iştirak
və həmin tədbirlərdə ölkəmizin
maraqlarının müdafiə
etmək məqsədilə
QHT-lərin bu sahədəki təşəbbüslərinə
də il
ərzində Şura
tərəfindən dəstək
verilib. Xarici ölkələrdə keçirilən tədbirlərdə
iştirakla bağlı
28 QHT-nin təşəbbüsü
dəstəklənib.
Yekun olaraq bildirək ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
cənab prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə
keçidlə bağlı,
həmçinin dövlət
qurumlarının göstərdiyi
elektron xidmətlərin
təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman
və sərəncamları
rəhbər tutaraq,
2019-cu ildə Şuranın
fəaliyyəti və
QHT-lərə göstərdiyi
xidmətləri tamamilə
elektronlaşdırılıb. Azərbaycan Respublikasının qeyri-hökumət
təşkilatlarına dövlət
dəstəyi Konsepsiyasından
irəli gələn məsələlərin həlli
istiqamətində fəaliyyət
göstərməklə ölkəmizdə
vətəndaş cəmiyyətinin
möhkəmləndirilməsi işinə öz töhfəsini verib.
Növbəti illərdə
Şura, qeyri-hökumət
təşkilatlarına dövlət
dəstəyinin müasir
dövrün tələblərinə
uyğun şəkildə
təşkil edilməsini,
QHT-Dövlət münasibətlərində
yeni əməkdaşlıq
modelini formalaşdırılmasını,
Şuranın fəaliyyətində
şəffaflığı, hesabatlığı və
səmərəliliyi daha
da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını
təmin edilməsini qarşıya məqsəd
qoyub. Bununla yanaşı Şura QHT-lərin idarəçilik
təcrübəsinin zənginləşdirilməsini,
habelə QHT-lərdə
səmərəli idarəçilik
vərdişlərinin formalaşdırılması,
elektron xidmətlərin
tam şəkildə təkmilləşdirilməsi,
yeni elektron resursların yaradılması,
QHT sektorunun inkişafına
yönəlik layihə
və proqramların hazırlanması və onların həyata keçirilməsi, beynəlxalq
təşkilatlar və
xarici QHT-lərlə əməkdaşlığın genişləndirilməsi, QHT-lərin
ictimai nəzarət funksiyalarının gücləndirilməsi,
QHT sektorunun rəqəmsal
hökumətə keçidinin
təmin olunması və digər bu kimi vacib
məsələlərin reallaşdırılmasını
nəzərdə tutur.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 5 dekabr.-
S.9.