21 Azər hərəkatı – 75

 

2-ci yazı

 

1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Təbrizdə yaradılmış Azərbaycan Milli hökumətinin iqtisadi, ictimai və mədəni tədbirləri mühüm əhəmiyyətə malikdir

Azərbaycandan ixrac edilən və Azərbaycana idxal edilən malların hamısına nəzarət edilməsi haqqında qanun verildi. Lakin AMH-in hələlik xariclə ticarət etmək imkanı yox idi. Ancaq bu barədə imkanlar mütaliə olunmaqda və tədbirlər hazırlanmaqda idi. Milli Hökumətin qısa müddətli varlığına baxmayaraq ölkənin abadlaşması, işsizliyin ləğvi və xalqın ümumiyyətlə maddi rifahının yaxşılaşması üçün heç vaxt yaddan çıxarılması mümkün olmayan işlər görüldü. Xalqın yaxından iştirakı ilə zəruri yerlərə şosse yolları çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar, apteklər, doğum evləri, körpələr evi, uşaq bağçası və müxtəlif uşaq evləri, klublarbaşqa ictimai müəssisələr tikiliryaxud köhnə binalar təmir edilib abadlaşdırılır, asfalt salınır, elektrik stansiyaları yaradılır, radio şəbəkələri çəkilir, idarə və müxtəlif müəssisələr tikilirya genişləndirilir, su xətləri çəkilir və digər su kəmərləri təmir edilir, çayların qabağında sədlər çəkilməsi və beləliklə vaxtaşırı daşqınların qarşısının alınması və sairə bir çox bu kimi mühüm abadlıq işlərinə də başlanıldı. Təbrizin yaxınlığında olanŞah gölü”ndə istirahət evi tikilməyə başlandı. Azərbaycanın təbii iqlim şəraiti ilə əlaqədar demək olar ki, onun bütün mahallarında, xüsusilə SavalandaUrmiya gölü ətrafında müalicə və sağlamlıq ocaqları yaradılması və tezliklə müvafiq içlərin başlanması nəzərdə tutulurdu.

Maarif, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində tədbirlər: AMH yaranana qədər zəhmətkeşlərin maariv və səhiyyə vəziyyəti haqqında S.C.Pişəvəri deyirdi: “Azərbaycanın səhiyyə işləri üçün ayrılmış vəsait adambaşına bölünərsə, bir nəfərə bir aspirin belə çatmaz. Maarif üçün ayrılmış pul bölünərsə, onu göstərən bir vahid rəqəm tapmaq olmaz. Mən onu kibrit çöpü ilə əvəzlədim, nəticə bu çıxdı ki, hər nəfərə bir kibrit çöpündən az pay düşür”.

 

AMH maarif və səhiyyəni pulsuz elan etdi

 

“21 Azər” hərəkatından əvvəl Azərbaycanda ümumiyyətlə əhalinin 89, kənd yerlərində isə 99%-i savadsız idi. Azərbaycanda Milli hökumət təşkil olunana qədər yalnız Təbrizdə bir neçə orta, 1 texniki məktəb və ibtidai məktəblərdə dərs demək üçün müəllim hazırlayan 1 pedaqoji məktəb var idi. Azərbaycanda hətta 1 ali məktəb və 1 texnikum belə yox idi. Azərbaycan kəndlərində dövlət tərəfindən heç bir təhsil ocağı yaradılmamışdı.

Milli hökumətin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə Azərbaycan dili Azərbaycanda rəsmi hökumət və maarif dili elan olunmuş, idarələr, danışıq və yazışma, bütün məktəblərdə tədris Azərbaycan dilində aparılmışdı. Eləcə də rəsmi elanlar, qanun layihələrinin yazılması, hökumət idarələri, ticarət mərkəzləri, xalq qoşunları haqqında verilən fərmanlar, məhkəmə işlərinin, rəsmi yığıncaqların Azərbaycan dilində aparılması Milli Məclisin təsdiqi ilə qanuni şəkil almışdı.

Kəndlilərin və kənd əncümənlərinin köməyi ilə Azərbaycanın hər tərəfində 3800 savadsızlığı ləğvetmə kursları açıldı.

Milli hökumət tətəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidaiorta məktəb yaradıldı. Təkcə Təbriz şəhəri və onun ətrafında 179 ibtidai və 59 orta məktəb təşkil olundu ki, burada 132629 nəfər şagird, o cümlədən 5901 nəfər qız təhsil alırdı. Bundan əlavə Təbriz şəhərində savadsızlığı ləğv etmək üçün 46 kurs yaradıldı və burada 1474 nəfər savadsız təhsil alırdı. Zəncanda təşkil edilmiş gecə kurslarında 3686 nəfər öz savadsızlığını aradan qaldırmışdı.

Təhsilin pulsuz olması haqqında AMH tərəfindən qərar qəbul edilmişdi. Azərbaycan Milli Məclisinin maarif və mədəniyyət sahəsində qanunlarının 26-cı maddəsində deyilir ki, savadsız fəhlələr savadsızlığı ləğv edən kurslarda oxumalıdırlar. Onların oxumalarına şərait yaratmaq üçün onlar işdən 1 saat tez buraxılmalıdırlar.

Milli Məclisin 12 yanvar 1946-cı il tarixli iclasında yetimsahibsiz uşaqların Milli hökumət hesabına saxlanması, oxumaları və tərbiyə olunmaları haqqında qanun qəbul edilmişdi. Əlavə olaraq Təbrizdə, başqa şəhərlərdə xeyriyyə əncümənləri yaradıldı. Məsələn, Təbriz şəhərində 2 qız və 2 oğlan tərbiyəxanası, 2 uşaq evi açılmışdı və bu tərbiyə müəssisələrində 1000 nəfərə qədər uşaq tərbiyə edilirdi.

AMH yoxsul uşaqlarının oxuması, tərbiyə edilməsi, xüsusilə dilənçiliyin qarşısını almaq üçün böyük tədbirlər görmüşdü. O vaxta qədər məktəb yaşına çatan uşaqların yalnız 10%-i (şəhərlərdə və varlı təbəqələrə mənsub olanların uşaqları) məktəbə gedə bilmişdi. Milli hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu rəqəm 8 dəfədən də çox artırıldı.

1946-cı il mart ayının 7-də Təbriz şəhərində dəmir yol mütəxəssisləri hazırlamaq üçün 4 şöbədən (mexanik, sürücülük, dəmir yolları çəkmək və rabitə) ibarət 3 illik texnikum açıldı. Buraya 170 nəfər şagird qəbul olunmaqla onların hər birinə ayda 35 tümən təqaüd verilməsi barədə qanun verildi.

Kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün Təbriz şəhərində 4 aylıq kurs təşkil olundu. Həmin kursa 250 nəfər qəbul olunmaqla onların hər birinə ayda 30 tümən təqaüd təyin edildi. Bu kursda əkinçilik, maldarlıq, bağçılıq, baramaçılıq, araçılıq ixtisasları öyrədilirdi. Firqə və hökumət kadrları yaratmaq məqsədilə Təbriz şəhərində 3 aylıq siyasi kurslar, hüquq məktəbi açılmış və burada Azərbaycanın siyasi, ədliyyə və idarəçilik üzrə kadrlarının hazırlanmasına başlanmışdı.

Qısa müddətli tibb işçiləri məktəbi, 3 illik feldşerlik məktəbi, 3 illik mamalıq məktəbi açılmışdır. 1941-ci ildə Azərbaycanda 70000 nəfərə bir çarpayı düşürdü. Əgər Milli hökumətə qədər bütün Azərbaycanda cəmi 70 çarpayılı xəstəxana var idisə, Milli hökumət dövründə bunun sayı 800 çarpayıya çatırıldı. Milli hökumət Azərbaycanda 35 xəstəxana, tibb məntəqəsi təşkil etdi, kəndlərdə 37 tibb məntəqəsi, 54 aptek və Təbriz şəhərində doğum evi yaradıldı.

Yeni yaranmış Xalq Qoşunlarında zabit kadrlarına olan tələbatı ödəmək üçün 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı və burada 250 nəfər müdavim təhsil alırdı. Bundan əlavə ali hərbi məktəbin açılması da nəzərdə tutulmuşdu. Şəhər və qəsəbələrdə xalqın təhlükəsizliyini təmin etmək məqsədilə polis işçiləri hazırlamaq üçün 1946-cı il fevral ayının 28-də Təbriz şəhərində daxili işlər idarəsinin nəzdində xüsusi kurslar açıldı. Burada gənc fədailərdən 300 nəfər təhsil almağa başladı.

Təbrizdə “Azərbaycan” universiteti açıldı. Universitet hələlik 3 fakültədən: tibb, kənd təsərrüfatı və pedaqoji fakültələrdən ibarət idi. Pedaqoji fakültədə fizika, kimya, tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, riyaziyyat və təbiət şöbələri var idi. Universitetin yaranması Azərbaycan xalqının maarif və mədəniyyətə olan tələblərinin ödənilməsi işində, eləcə də Azərbaycanda sənaye, kənd təsərrüfatı və elmin hərtərəfli inkişafında böyük əhəmiyyətə malik idi. Belə bir elm mərkəzinin yaranması Azərbaycan xalqının illər boyu apardığı mübarizələrin nəticəsi idi.

Milli hökumət yarandıqdan sonra Azərbaycan xalqının mədəniyyət və incəsənət sahələrinin inkişafı üçün hərtərəfli imkanlar yarandı. Dövlət teatrının hər cəhətdən nizama salınması, dövlət filarmoniyasının və şairlər məclisinin yaranması, Azərbaycanın bütün şəhərlərində dövlət kino-teatrlarının tikilməyə başlanması, bədən tərbiyəsi və idman cəmiyyətlərinin, milli muzeylərin yaradılması, xalq yaradıcılığının dirçəlməsi, milli orkestrlərin təşkili Azərbaycanda böyük canlanmaya səbəb oldu. Yazıçılar və şairlər cəmiyyətinin Təbrizdən əlavə Urmiya, Zəncan, Əhər, Ərdəbil, Mərənd, Sərab, Marağa, Dehxarqanbaşqa şəhərlərdə şöbələrinin təşkili, rəssamlıq və heykəltəraşlıq cəmiyyətinin yaranması və burada 30 nəfər rəssam və heykəltəraşın fəaliyyəti, başqa mədəniyyət ocaqlarının meydana gəlməsi və bu sahədə görülən digər böyük tədbirlər Azərbaycan mədəniyyətində əsaslı dəyişikliklərin başlanğıcı oldu.

AMH ədəbi dilimizin inkişafı və zənginləşməsi üçün Azərbaycanda geniş mətbuat şəbəkəsinin yaradılmasına böyük diqqət verirdi. Bu zaman Azərbaycan dilində “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, “Qələbə”, “Cövdət”, “Urmiya”, “Cavanlar”, “Azər” və sairə qəzetlər, “Azərbaycan ulduzu”, “Şairlər məclisi”, “Maarif”, “Vətən”, “Fədai”, “Demokrat”, “Günəş” adlı dərgilər nəşr edilirdi. Təkcə bir il içərisində 50-yə qədər qəzet və dərgi, çoxlu dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap edilmişdi.

Təbriz şəhərində “Behzad” adına incəsənət muzeyiali incəsənət məktəbi açılmışdı. Həmin məktəb rəssamlıq, heykəltəraşlıq, gülduzluqmusiqi şöbələrindən ibarət idiburada 300 nəfər gənc təhsil alırdı.

Azərbaycan radio stansiyasının açılışı, radio məlumat komitəsinin yaranması misli görünməmiş mühüm tədbirlərdən idi.

Təbriz meydanlarında Azərbaycan xalqının milli qəhrəmanları Səttarxan və Bağırxanın heykəllərinin, görkəmli hərəkat xadimi Şeyx Məhəmməd Xiyabaninin abidəsinin qoyulması, Azərbaycanın bütün şəhərlərində yeni kino-teatrların açılması ilə yanaşı köhnələrinin nizama salınması, Təbriz şəhərində “Şir-o-xurşid” və digər teatr binalarının, eləcə də qədim abidələrin təmir edilməsi kimi mədəni işlərin görülməsi üçün AMH özünün 1946-cı il 24 may tarixli iclasının qərarı ilə büdcədən 14 milyon 22 min 300 tümən (ümumi büdcə vəsaitinin 22%-i) pul ayrılmasını təsdiq etdi.

AMH-in 6 fevral 1946-cı il tarixli iclasının qərarı əsasında milli-demokratik hərəkatda iştirak edən 20 min nəfər mübarizin “21 Azər” medalı ilə təltif edilməsi nəsillərin mübarizə salnaməsində inqilabi və mədəni bir hədiyyə kimi qalacaq.

 

Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi tədbirlərin təsir dairəsi

 

AMH-in qısa müddət ərzində yuxarıda qeyd edilən mühüm islahat tədbirlərini həyata keçirdi. Bunlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində çox geniş əks-səda verdiözünün təsir dairəsini yaratdı.

21 Azər hərəkatı xalqımızın mübarizə tarixində inqilabi hərəkatın ən yüksək zirvələrindən birini təşkil etdiyi kimi onun təsir dairəsi də olduqca geniş oldu. İran xalqları Azərbaycan hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını görür, ona özlərinin mübarizə dayağı kimi baxırdılar. Ona görə də həmin zamanlarda İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca, İran azadlıqsevərlərini boğmaq qeyri-mümkün olacaq”.

 

Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2020.- 22 dekabr.- S.13.