Tokioda beynəlxalq festivalda Azərbaycan da təmsil olunub
Tokionun mərkəzində
yerləşən Mequro
şəhərinin Beynəlxalq
Əməkdaşlıq Assosiasiyasının
(MIFA) bu şəhər
ərazisində yaşayan
müxtəlif xalqların
nümayəndələrinin iştirakı ilə təşkil etdiyi festivalda Azərbaycan yüksək səviyyədə
təmsil olunub. Mequro şəhərinin
“Persimon Hall” mərkəzində
təşkil edilən
festivalda əvvəlcə
MIFA-nın fəaliyyəti
barədə slaydlar nümayiş olunub.
Sonra təşkilatın
baş direktoru Tadaşi Kuriyama və Mequro şəhərinin meri Eici Aoki çıxış
edərək tədbirin
əhəmiyyətindən söz açıblar. Bildiriblər ki, MIFA bu şəhər
ərazisində yaşayan
müxtəlif xalqların
nümayəndələri arasında
mehriban əməkdaşlıq,
səmimi qonşuluq münasibətlərinin formalaşmasında,
onların yapon mədəniyyətini, adət-ənənələrini,
dilini öyrənməsində
mühüm rol oynayır. Qeyd edilib ki, bu
gün təşkil edilən 15-ci festival həm
də müxtəlif xalqların adət-ənənələri,
mədəniyyəti ilə
yaxından tanış
olmaq üçün
əlverişli şərait
yaradır.
Mequro şəhərində yerləşən
Azərbaycan, Toqo, Keniya, Sudan, Mavritaniya, Misir, Polşa, Latviya, Özbəkistan, Qırğızıstan və
Nepal səfirlikləri tərəfindən
təşkil edilən
stendlər ziyarətçilər
tərəfindən böyük
maraqla qarşılanıb.
Azərbaycan səfirliyinin hazırladığı
stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində müxtəlif nəşrlər, “İRS-İsan”
jurnalının nömrələri,
Bakı mənzərələrinin
əks olunduğu fotolar, paxlavalar tədbir iştirakçılarına
təqdim edilib. Azərbaycan milli mətbəxinin ləziz nümunələri,
şəkərbura və
paxlava tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri
tərəfindən böyük
maraqla qarşılanıb.
Azərbaycan stendi ilə tanış olan Mequro şəhərinin
meri Eici Aokiyə ölkəmizin Yaponiyadakı müvəqqəti
işlər vəkili
Fərid Talıbov ətraflı məlumat verib. Bildirib ki, stenddə
ölkəmizin qədim
və zəngin mədəniyyəti barədə
eksponatlar toplanıb.
UNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş muğam sənəti, baharın gəlişini bildirən Novruz bayramı, ölkəmizin turizm imkanları barədə məlumatlar burada öz əksini tapıb. Azərbaycanın həm tarixi,
həm də müasirliyi özündə
əks etdirən bir məkan olduğunu qeyd edən diplomatımız qədim İpək Yolunun tərkib hissələri olan Azərbaycan ilə Yaponiyanı dərin tarixi köklərin birləşdirdiyini vurğulayıb.
Azərbaycan ilə Yaponiya
arasında bu gün də ümumi, qarşılıqlı
maraqlara və hörmətə əsaslanan
dostluq münasibətlərinin
qürur doğurduğunu
qeyd edib.
Azərbaycan stendinin
yüksək səviyyədə təşkil olunduğunu
vurğulayan mer E.Aoki paxlavanın çox
dadlı olduğunu xüsusi
qeyd edib. Bildirib ki, Azərbaycan səfirliyi
şəhər ərazisində yerləşən ən fəal
diplomatik nümayəndəliklərdən
biridir və Azərbaycan icmasının
üzvləri Mequro şəhərinin ictimai-siyasi və mədəni həyatında
yaxından iştirak edirlər. Qarşıdan “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının gəldiyini
xatırladan mer əmin olduğunu
bildirib ki, azərbaycanlı
idmançılarla yanaşı, ölkəmizdən gələcək
çoxsaylı turistlər iki qədim xalq arasında dostluq
münasibətlərinin inkişafına mühüm
töhfələr verəcəklər.
Xalq Cəbhəsi.- 2020.- 4-5 fevral.-
S.16.