“İrəvan  əyalətinin  kameral təsviri” kitabında qədim Azərbaycan şəhəri İrəvan tam inventarlaşdırılıb  

 

 

1-ci yazı

 

İki il öncə işıq üzü görən “İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildində 1831-ci il ildə İ.Şopenin rəhbərliyi ilə qeydiyyatçı katib A.Rıjkov tərəfindən tərtib edilmiş 3 kameral təsvirdə qədim Azərbaycan şəhəri İrəvanın əhalisinin adbaad siyahısı, etnik, sosial tərkibi, yaşı, məşğuliyyəti, sayı, ödədiyi vergilərlə yanaşı, İrəvan şəhərindəki binalar, məhəllələr, meydanlar, çaylar, yollar, bağlar və s. ətraflı təsvir edilib, İrəvan şəhəri tam inventarlaşdırılıb.

Kitabın tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədli yazır ki, 1831-ci ildə İnzibati İdarənin müşaviri İ.Şopenin rəhbərliyi ilə İrəvan şəhəri üzrə 3 kameral təsvir tərtib edilib. Bu təsvirlərə aydınlıq gətirmək üçün İrəvan şəhərinin tarixinə qısa şəkildə olsa da nəzər yetirməyə ehtiyac var. İrəvan şəhərinin yerləşdiyi ərazi qədim dövrdə və erkən orta əsrlərdə Urartu, Əhəməni, Sasani, Ərəb Xilafəti, orta əsrlərdə Sacilər, Salarilər, Şəddadilər, Səlcuqlar, Atabəylər, Hülakülər, Cəlairilər və hətta Teymur dönəmində də Azərbaycanın sərhədləri daxilində olub. Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) yarandığı zamandan başlayaraq mühüm ticarət yollarının üzərində yerləşən Çuxursəd bölgəsi və onun mərkəzi İrəvan daha da sürətlə inkişaf edib.

XVII əsr türk səyyahı Evliya Çələbi: “...Hicri 810-cu (miladi 1407/1408) ildə Teymuri-binur xanın sövdəgərlərindən Xoca Cani-Lahicani adlı bir ənqa bəzirgan bu Rəvan torpağına qədəm basıb, pak ənbər qoxulu bir məhsuldar torpaqda bütün heyəti ilə qərar verib növbə-növ çəltik əkib mal topladıqca nəhayətdə bir böyük qəsəbə olub”. 1410-cu ildə Azərbaycan sülaləsi Qaraqoyunlular Təbrizdə hakimiyyətə gələrkən Sədlilər sülaləsi İrəvan bölgəsinin sahibi idilər. İrəvan bölgəsi Azərbaycan QaraqoyunluAğqoyunlu dövlətlərinin hakimiyyəti dövründə daha da məşhurlaşdı.

XVI əsrin əvvəlində paytaxtı Təbriz şəhəri olan mərkəzləşmiş Azərbaycan Səfəvi dövlətinin yaranması ilə Azərbaycanın digər bölgələri kimi mərkəzi İrəvan şəhəri olan Çuxursəd də Səfəvi dövlətinin tərkibinə daxil olduuzun müddət Rumlu, Ustaclı və Qacar tayfa əmirləri tərəfindən idarə edildi.

İrəvan şəhərinin salındığı yerin əlverişli coğrafi mövqeyini nəzərə alan böyük Azərbaycan hökmdarı Şah İsmayıl h.915-ci il (m.1509/1510) tarixində Zəngi çayının şərq sahilində qala salınması üçün Rəvanqulu xanın adına fərman göndərib. 7 il müddətinə salınmış bu qala Rəvanqulu xanın şərəfinə İrəvan qalası adlandı”. İrəvan şəhəri Osmanlı sərhədlərinə yaxın olduğu üçün Şah İsmayıl onun möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Bu səbəbdəndir ki, XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırmışdı.

Müõtəlif dövrlərdə İrəvan şəhərində olmuş səyyahlar onun haqqında maraqlı məlumatlar vårmişlər. ÕVII əsrin 50-ci illərinin ortalarında İrəvanda olmuş fransız səyyahı Jean-Bartiste Tavarnier İrəvan şəhərini təsvir edərkən onun iki hissədən – içəri şəhər və bayır şəhərdən ibarət olduğunu qeyd edərək yazırdı: “İçəri şəhərdə yalnız xan özü, ordu başçıları və hərbiçilər yaşayırlar. Xanın imarəti çaya baxır. Xan çox güclüdüronun hər zaman sərhədi qorumağa qadir ordusu vardır. Şimal-qərb hissədə yerləşən bayır şəhərdə yaşayış içəri şəhərdən 20 dəfə çoxdur”.

ÕVII əsrin 70-ci illərinin əvvəllərində İrəvanda olmuş fransız səyyahı J.Şardən İrəvan şəhərinin ümumi təsvirini verərək yazırdı: “Şəhərin böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. O, hər tərəfdən dağlarla əhatə ådilmiş düzənlikdə yårləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırõbulaq çayları aõır. İrəvan qalası kiçik bir şəhərdən böyük- dür. O oval formadadır, perimetri dörd min addım olmaqla, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar. Qalanın müdafiəsi üçün iki min əsgər ayrılıb. Hakimin sarayı qalanın içərisindədir. Şəhərdə və qalada çoõlu hamamkarvansara var.

1728-ci ildə Osmanlı dövlət məmurları tərəfindən tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən – Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət idi. XVIII əsrin II yarısında keçmiş Çuxursəd bəylərbəyiliyinin ərazisində yaranmış Azərbaycan dövlətlərindən birinin – İrəvan xanlığının paytaxtı İrəvan şəhəri idi. Müstəqil õanlığın mərkəzi olduqdan sonra İrəvan şəhəri daha da inkişaf etmiş, böyük ticarət və sənətkarlıq mərkəzinə çåvrilmişdi.

İrəvan şəhəri iki hissəyə – içəri şəhər (qala) və bayır şəhər hissəsinə bölünmüşdü. İçəri şəhər əsasən qala-şəhərdən ibarət idi. İrəvan qalası Zəngi çayının sol sahilində yerləşirdi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda tikilmiş iki hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şimalda məşhur Şirvan qapısı, cənubda isə Təbriz qapısı. Mühasirə zamanı sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi.

İrəvan toponiminin mənşəyinə gəlincə, qədim Urartu tarixinə sahib çıxmağa çalışan erməni tarixçiləri əsassız olaraq İrəvan şəhərinin adını e.ə. VIII əsrdə Urartu çarı I Argiştinin (e.ə.786-764) dövründə salınmış Erebuniyaxud İrpuni qalasının adı ilə bağlamağa çalışırlar. Halbuki, son elmi tədqiqat əsərində “Tarixin atası”, e.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodota (e.ə. 480-424), qədim Roma, Bizans, yunan, erməni, suriya, rus, ingilis və digər dillərdəki onlarla ilk mənbələrə, elmi ədəbiyyata istinad edilərək ermənilərin Kiçik Asiyanın yerli əhalisi olmadığı, bu etnosun ulu babaları güman olunan friqlərin Kiçik Asiyaya Avropadan (Balkan yarımadasından) köçüb gəldiyi, ermənilərin urartularla heç bir bağlılığının olmaması zəngin faktiki materiallar əsasında sübuta yetirilib.

Erməni tarixçisi Yervand Şahəziz 1931-ci ildə çap etdirdiyi «Qədim İrəvan» kitabında İrəvan toponimi ilə bağlı yazır: «Məlum olub ki, İrəvanın adının ermənicə «yereval» (görünmək- red.) və ya «yerevan qall» (aşkar olmaq, irəli gəlmək - red.) sözləri ilə heç bir əlaqəsi və heç bir elmi əsası yoxdur. Şəhərin adı ilə bağlı elmi baxımdan qəbul ediləcək, həqiqətə uyğun yeganə şərh Moskva Arxeoloji Cəmiyyətinin üzvü M.Nikolskinin verdiyi şərhdir. Belə ki, 1893-cü ildə o, cəmiyyətin tapşırığı ilə burada səyahətdə olmuş, o vaxta qədər tapılmış mixi xətli yazıları tədqiq etmişdi. M.Nikolskinin izahına görə, İrəvan adı Yeriaini (Eriaini) ölkəsinin adından yaranıb. Onun da mərkəzi və ya baş şəhəri İrəvan olub. Bu Yeriaini ölkəsinin adı isə Urartu çarı I Rusa tərəfindən Göyçə (Sevan) gölü ətrafında zəbt etdiyi 23 ölkə sırasında olan, gölün sahilində yerləşən «Kolanı-qırılan» (Otsaberd) adlanan kəndin yanında tapılmış yazıda həkk olunmuşdu.

Erməni tarixçilərinin çoxunun öz əsərlərində uydurduqlari “qədim erməni tarixinin Urartu dövləti ilə əlaqələndirilməsi ənənəvi hal almışdı. Halbuki bu ərazilərdə yaşamadıqları üçün, ermənilərin həmin dövlətlə də heç bir əlaqələri ola bilməzdi. İrəvanın adının I Rusa ilə əlaqələndirilməsi əslində ənənəvi erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni müəllifinin İrəvan toponimi ilə bağlı fikirləri heç biri elmi əsasa söykənmir. Ən əsası isə, M.Nikolskinin gəldiyi nəticələrin nəşr olunduğu mənbə haqqında Y.Şahəziz heç bir məlumat vermir.

İ.Şopen avropalı tarixçi S.Martenin erməni salnaməçisi M.Xorenliyə istinad edərək Ermənistan taxt-tacını hiylə ilə ələ keçirən I Yervandın çar Artaşes tərəfindən məğlub edildiyi yerinYervandavan” adlandırılması və həmin yerin sonradanYerevan” şəklini alması fikrini tənqid edərək göstərir ki, haqqında söhbət gedən döyüş İrəvan şəhərinin yerləşdiyi yerdən xeyli uzaqda, Talin mahalının ərazisində baş vermiş və “Yervandavansözünün İrəvanla əlaqəsi yoxdur.

İrəvanın şəhər hissəsinə aid kameral təsvirin izahat yazısında İ.Şopen “İrəvan” sözünün etimologiyası ilə bağlı başqa bir versiya da irəli sürür. O, bu sözün “Ermənistan”da doğulduğunu yazdığı Zərdüştün yaratdığı təriqət mənsublarının ibadət etdikləri Zərvan, yaxud da erməni dilində Erevaq (Zərvan sözünün anlamı olan sonsuz zamanın erməni dilində ifadəsinin qarşılığı olaraq) sözündən yaranmasını ehtimal edir. Sonra daha irəli gedərək, şəhərin adının ermənilərə məxsus olduğunu hər hansı bir şəkildə əsaslandırmaq üçün Zərvan versiyasının deyil, daha çox eyni mənanı daşıyan Erevaq adının üzərində dayanır. Erevan adının şəhərə Erevaqın şərəfinə ucaldılmış hansısa bir məbədə görə verilməsini təxmin edir. Təbii ki, bu, elmi əsaslara söykənməyən bir fikirdir. Əvvəla, bütün nüfuzlu tarixçilər tərəfindən Zərdüştün Cənubi Azərbaycanda doğulduğu qəbul edilib.

E.Çələbi İrəvan qalasının Rəvanqulu xanın şərəfinə adlandırıldığını yazırdı. AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun son dövr tədqiqatlarından sayılan «İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» kitabı İrəvan toponimi ilə bağlı daha dolğun şərh verib. Kitabda yazılır: «XIX əsr rus müəllifi İ.Zelinski İrəvan toponimini həm ermənilərin qondarma «Nuh əfsanəsi» ilə bağlı yerevum «görünən», həm də tatarların (Azərbaycan türkləri – red.) «teçet» axan, rəvan mənasında işlətdiyini qeyd edir. Lakin, bu fikirlər elmi əsasa söykənmir. İr toponiminin erməni dilində izahı yoxdur. İr (Yer) qədim türk sözü olub «yerin günəşə baxan üzü»nə deyilir. Bəzi tədqiqatçıların fikrincə İrəvan toponimi türk dillərində İr «dağın gündüşən tərəfi», «dalğavari dağ zirvəsi» və farsca van «yer» sözlərindən ibarətdir. İrəvan toponiminin qədim türk teonimlərdən törənən etnik adlar sırasına daxil edilməsionun qədim türklərin İr (Yer) Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür”.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 4-5 fevral.- S.13.