Paris Azərbaycan qadınına həsr edilmiş sərgi açılıb

 

 

 

Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) və Fransadakı səfirliyimizin dəstəyi ilə EAC-ın İncəsənət menecmentliyi fakültəsinin magistr pilləsi üzrə tələbələri tərəfindən təşkil edilmiş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyi ilə bağlı “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, EAC-da təşkil olunmuş sərginin açılışından əvvəl konfrans olub. EAC-ın MBA-Magistr pilləsinin pedaqoji direktoru, EAC-ın institutlararası əlaqələrinin direktoru, Avropa Robert Şuman İnstitutunun prorektoruMilli Assambleyada kabinet müdiri Florans Qabe konfransı açaraq Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi, incəsənət və mədəniyyətindən danışıb. Mürəkkəb məkanda yerləşən ölkəmizin kimliyini qoruyub saxladığını vurğulayıb. Azərbaycan qadınlarına həsr edilmiş sərgidə qadın rəssamlarımızın əsərlərinin nümayiş olunduğunu bildirib.

EAC-ın müəllimi, yazıçı Helen Pişon Azərbaycan qadınlarına səsvermə hüququ verilməsindən, onların cəmiyyətdə mövqeyi və yerindən söz açıb. Cəmiyyətin inkişafında qadınların roluna, gender bərabərliyinin vacibliyinə toxunub. Müsəlman ölkəsi olan Azərbaycanın dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.

Səfirliyimizin müşaviri Vaqif Ağayev ölkəmizdə qadınlara səsvermə hüququnun verilmə tarixindən söz açıb. Gender bərabərliyinə toxunan müşavir, bu gün qadınların ölkə həyatının bütün sahələrində təmsil olunduğunu diqqətə çatdırıb. Qadınların yüksək vəzifələrdə çalışdığını vurğulayıb. O, ölkəmizdə aparılan gənclər siyasətindən danışıb, EAC-ın müəllim və tələbə heyətinə Azərbaycana həsr etdikləri sərgiyə görə təşəkkür edib.

EAC-ın tələbələrinin təşkil etdiyi sərgidə azərbaycanlı qadınların - Əsmər Nərimanbəyova, Vəfa Rüstəmova və Maya Bağırovanın əsərləri nümayiş olunub. Sərgidə görkəmli rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş, Əməkdar rəssam Əsmər Nərimanbəyovanın kubizmfuturizm təsiri ilə lirik ekspressionist üslubda olan 7 əsəri nümayiş olunub. Niderlandda yaşayan rəssam Vəfa Rüstəmovanın mozaikanı xatırladan və ekspressionist üslubda olan 6 əsəri sərgilənib. Gənc fotoqraf Maya Bağırovanın azərbaycanlı qadınlara dair 7 fotosu diqqəti cəlb edib. Paris Speos Beynəlxalq Fotoqrafiya Məktəbinin məzunu M.Bağırova bir çox müsabiqələrin qalibidir. O, Parisdə İncəsənət Milli Salonunun Jan Larivyer mükafatına və Fotoqrafiya qızıl medalına layiq görülüb. 2018-ci ildə “Paris Match” jurnalının Tələbə qran-prisinin qalibi olub. Tələbələrin təşkil etdiyiAzərbaycan: ənənə müasirlikadlı sərgi fevralın 7-dək davam edəcək.

 

Xalq Cəbhəsi.- 2020.- 6 fevral.- S.16.