Caz ustası İsfar Sarabski Almaniyada
Azərbaycanlı caz ifaçısı İsfar Sarabski fevralın 8-də Almaniyanın Qşvend (Gschwend) şəhərində konsert proqramı ilə çıxış edəcək. Bu barədə Almaniyanın “reservix” internet portalında məlumat yer alıb. Məlumatda İsfar Sarabskinin yaradıcılığından söz açılır, onun bu il, həmçinin Hamburq şəhərində yerləşən Elb Filarmoniyasında və “Musiqi Qışı” festivalında çıxış edəcəyi nəzərə çatdırılır.
Portalda Almaniyada
yaşayan həmyerlimiz, məşhur caz ifaçısı Əzizə Mustafazadə
haqqında da məlumat verilir.
Onun da 1994-cü ildə “Musiqi
Qışı” festivalında iştirak etdiyi qeyd olunur.
Əzizənin vətənindən olan
musiqiləri öz dəstxətinə uyğun şəkildə ifa
etdiyi bildirilir,
atası Vaqif Mustafazadənin hələ
1950-ci illərdən etibarən ənənəvi musiqiləri
caz ilə sintez etməyə
başladığı, Azərbaycanda cazın əsasını
qoyan insanlardan biri olduğu
vurğulanır. Azərbaycan musiqisində bu
ənənələr əsasında yeni
nəslin formalaşdığı, onların arasında İsfar Sarabskinin də olduğu qeyd olunur. Sarabskinin özünü Azərbaycanın musiqi ənənələri ilə sıx
bağlı hiss etdiyi,
tar aləti ilə ifaları sintez etdiyi diqqətə
çatdırılır. Xüsusi istedada malik olan gənc ifaçının hələ 19
yaşında olarkən Montre Caz Festivalının qalibi
olduğu, Asiya, Avropa və Amerikada
keçirilən festivallarda daim iştirak etdiyi vurğulanır.
Xalq Cəbhəsi.- 2020.- 8 fevral.-
S.16.