“Qızıl
açar və ya Buratinonun macəraları”
Fevralın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Buratino axmaqlar ölkəsində”
tamaşasını azyaşlı
tamaşaçıların ixtiyarına verəcək. Lev Tolstoyun
“Qızıl açar
və ya Buratinonun macəraları”
nağılı əsasında
ərsəyə gələn
tamaşanın quruluşçu
rejissoru, səhnələşdirəni
və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, rəqslərin quruluşçusu
Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir.
Səhnə əsərinin bəstəkarı
məşhur eston musiqiçisi Olov Exoladır.
Tamaşada aktyorlar - Xədicə
Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm
Rüstəmov (Karabas
Barabas), Əməkdar
artistlər - Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı
(Alisa), aktyorlar - Elsevər
Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova
və Sona Novruzova (Malvina), Şəhla İsmayılova
(Tortila), əməkdar
artist Mirzə Ağabəyli
(Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi),
Cümşüd Zeynalov
(Bayquş), Vüsal Məmmədov (Qurbağa),
Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova
(Qurbağalar) çıxış
edəcək.
Mahnıları Teymur
Kazımov, Bəsti Qasımova, Nazəni Həsənova və
Əlif Cahangirli ifa edib. Əsərin əsas süjetini
Buratino və onun
dostlarının Karabas Barabas,
tülkü Alisa və
pişik Bazilio ilə
mübarizəsi təşkil edir.
Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar
Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində
hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon,
Pyero və Malvina üçün isə azadlıq rəmzidir.
Əsər xeyrin şər üzərində
qələbəsi ilə sona yetir.
Xalq Cəbhəsi.- 2020.- 11 fevral.-
S.16.