“Baladadaşın toy
hamamı”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya yenindən fevralın 22-də teatrsevərlərin ixtiyarına veriləcək. Teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.
Tamaşanın quruluşçu
rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı
Firudin Allahverdi, səhnələşdirəni
Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı
Xalq rəssamı Tahir
Tahirov, baletmeysterləri Yelena
və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların
sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində rolları Xalq artisti Fatma
Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz
Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə
Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm
Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və
başqaları ifa edəcək.
Xalq Cəbhəsi.- 2020.- 11 fevral.-
S.16.