“Azərbaycan” qəzetinin
23-cü
yazı
***
Nəsrulla İshaqi: Ana çağrışı
Günəş dumanlı dağların qarlı qülləsinə yaxınlaşaraq qürub etməkdə idi. Kəndin yarısı kölgəyə cumub, yarısı da günəşin qırmızı rəngli əppəyə (çörəyə - red.) bənzər şüaları ilə döşənmişdir.
Bağçaların quşları kəndin ətrafındakı çiçəkli çəmənlərdən qayıdıb ağacların ətrafında dolanırdılar. Amma kəndi həzin bir hava bürümüşdü. Kəndin qadınları dəstə-dəstə qapıların qabağına toplaşıb həyəcanla söhbətə məşğul idilər. Onların bəzisi sağ əlləri ilə körpə balalarını dallarında tutub və sol əlləri ilə gözlərindən axan yaşı çarğatlarının (kəlağayı – red.) ucu ilə silirdilər.
Kişilər kəndin ortasında bitən böyük bir qarağacın yanına cəm olub hazırlıq aparırıdılar və hər şeydən xəbərsiz bir neçə nəfər gənc oğlan bağçaların yanında oynayırdılar. Bir kiçik qız onlara yaxınlaşaraq söylədi:
- Məhəmməd, səni anam çağrır!
14 yaşında bir oğlan olan Məhəmməd bu səsi eşidib həmin oğlanlardan ayrılaraq evə tərəf qaçdı.
- Nə var, ana? - deyə oğlan anasından çağırmasının səbəbini soruşduqda anası dedi:
-
Oğlum, kəndimizin mal-davarını oğrular aparırlar.
Sonra ona
bir tüfəng və bir qatar patron
göstərərək dedi:
- Bu sənin
atanın silahıdır. Atan indi burada yoxdur, kəndin
müdafiəsi üçün sən onun vəzifəsini
ifa edəcəksən.
Oğlan tüfəngi və patronları
götürüb kəndin kişiləri ilə birlikdə malları
oğrulardan geri almaq üçün yüyürdü.
Bu kiçik və həqiqi bir hadisədir. Ondan düz 18 il keçir. İndi biz o hadisəni
kamil və ümumi bir şəkldə görürük.
Ana yurdumuz bütün Azərbaycan cavanlarını
çağırıb onlara silah göstərərk deyir:
- Bu sizin
babalarınız Şah İsmayıl və Cavanşirdən
qalan yadigar silahlardır. Onların vəzifəsini
vətənimizin müdafiəsi üçün ifa edəcəksiz.
İndi Azərbaycan cavanları da bu
çağrışı qəbul edib və gələcək
nəslimizin səadətini təmin etmək üçün
öz fitri istedadlarını bütün dünyaya göstərməlidirlər.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 128, 17 fevral 1946-cı il
***
Marağa
şəhərindəki Pəhləvi xiyabanının
adı “21 Azər”lə əvəz olunmuşdur
15.02.1946-cı
il tarixində Azərbaycan Demokrat Firqəsinin
Təbriz şəhər təşkilatı tərəfindən
açıq havada keçirilən mitinqdə Azərbaycan
Maarif naziri cənab Məhəmməd Biriyanın söylədiyi
şeiri.
Qala tək
qoy ola sərhəddinə səngər bədənim
Yaşa,
ey fəxrli, şövkətli müqəddəs Vətənim!
Sənin
uğrunda döyüşlərdə boyansam qanıma
Ölərəm şan və şərafətlə,
inan, uf demərəm.
Əcz
(1) dünyada yaraşmaz bu adımla, sanıma
Sən bu
cür tərbiyə verdin mənə, ey baği-irəm (2)
Qələmim
nizədi, əynimdəki paltar kəfənim
Yaşa,
ey fəxrli şövkətli müqəddəs Vətənim!!!
1- aciz, gücsüz.
2- Cənnət
bağı
***
Q. R.
Cavidan: "Cavanlarımız - gələcəyimiz"
Cavanlar təşkilatı firqəyə aid bir təşkilat
olmayıb firqənin rəhbəriyyəti altında işlədiyi
üçün o tam demokratik bir təşkilatdır. Bu o deməkdir
ki, cavanlar təşkilatı qondarma etibar ilə firəqə
təşkilatı olmayıb, ancaq fəhlə və kəndli
balalarını firqəmizin ruhu ilə ruhlandırb onları
firqə sıralarına daxil olmaq üçün
hazırlayır. Ona görə də
cavanar təşkilatı firqənin rəhbəriyyəti
altında işləməlidir.
Cavanların hədəfləri cavanların millətimizə
olan əsas vəzifələrini yerinə yetirməklə bərabər
firqəmizin cavanlara düzgün yollar ilə rəhbərlik
etməsini təmin etməkdən ibarətdir. Cavanlar bunu
aydın bilməlidirlər ki, firqənin tapşırıq və
göstərişlərini yerinə yetirmək də
onların əsas vəzifələrindən birisidir və
onunla da öz rəhbərləri olan firqəyə, millət
və məmləkətimizin tərəqqi və səadətə
yetməsinə köməklik etmiş olurlar. Cavanlar bunu da bilməlidirlər ki, əgər firqəmizin
cavanlar təşkilatına rəhbərliyi olmazsa, onlar
cavanlarımzı firqəmizin ruhu ilə və firqəmizin
götürmüş olduğu siyasi hərəkət xətti
(platforması – red.) ilə tərbiyə edə bilməzlər.
Demokrat firqəsinin sıralarını yeni tərbiyələnmiş
cavanlarla doldurub və möhkəm etmək
cavanlarımızın əsas məsələlərindən
hesab olunur. Ona görə də cavanlar təşkilatı kənd
və şəhərlərdə öz təbliğat və
təşviqat işlərini canlandırıb firqə ruhu ilə
cavanların tərbiyə edilməsinə diqqət etməlidirlər.
Cavanlar
bunu xatırlamalıdırlar ki, onlara rəhbərlik edən
demokrat firqəsi Milli Məclis və Milli Dövlət
yaradaraq xaqımızın sinfi mübarizəsini aradan
apardığı halda onlar da sinfi fikri tamamailə nəzərdən
çıxarıb şəhər və ətraflarda təşkil
edilmiş cavanlar təşkilatında mütəşəkkil
və müntəzəm bir qüvvə yaratmalıdırlar. Xalqımzın bütün təbəqəsinə
mənsub olan cavanlar açıq ürək və səmimi qəlb
ilə firqəmizin demokratik tərbiyəsi ilə tərbiyələnsin.
Biz cavanlarımızın arasında elə
yenilməz bir qüvvə yaratmalıyıq ki, firqəmiz ona
etimad edə bilsin. Cavanlar gələcəyimiz
olduğu üçün firqəmiz onları tərbiyə
edib yetişdirmək işinə daha yaxından rəhbərlik
etdiyi halda, cavanlar da öz üzərlərinə düşən
vəzifələri layiqincə yerinə yetirib demokrat firqəsinin
sıralarına daxil olmaq üçün əsas məlumat və
hazırlıqla özlərini silahlandırmalıdırlar.
Xalqımızın arzu və amallarının həyata
keçməsinin məmurları siz cavanlarsız və ona
görə cavanların üzərinə ağır vəzifələr
düşmüşdür. Vəzifənin
ağırlıına baxmayaraq, cavanlar öz ata və
babaları gedən yoldan dönməyəcək bir vəziyyətdə,
çiyin-çiyinə istismarçı siyasətlərlə
bizi əzən Tehran mürtəcelərini öz güclü
pəncələri ilə boğub məhv edərək Azərbaycan
millətinə əbədilik olaraq səadtli bir həyat bəxş
edəcəklər.
Cavanlar bizim gələcək ümidimizdir. Xalqımızn
gözü cavanlardadır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129,
18.02.1946
***
"Yaşasın
fədailərimiz"
Yaşasın
fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Etdilər
aləmə isbat rəşadətlərini
Xalqa
bildirdilər öz qeyrətü himmətlərini
Qıldılar
əsrdə məşhur həmiyyətlərini
Qırdılar şir kimi zənciri əsarətlərini.
Yaşasın
fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Geydilər
sidq ilə, imanla şəhadət kəfənin
Yaxdılar
odlara hər xaini millət bədənin
Yetdilər
dadına birlikdə müqəddəs Vətənin
Kəsdilər
cəmiyyətimizdən ayağın Əhrimənin
Yaşasın
fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Onların
çün hünərin fikirdə təssvir edərəm
İxtiyarsız
olaraq səfhəyə təhrir edərəm
Qəhrəman
xalqımı borcdur mənə təqdir edərəm
Yurdumun ləşkərinin şanını təqrir edərəm.
Yaşasın
fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Eşq ola eşq, polad sinəli qardaşlarıma
Doğru
peymanlı vəfa mədəni yoldaşalrıma
Gizlin
işlərdə keçən əsrdə sirdaşlarıma
Porhünər qeyrətü namuslu vətəndaşlarıma.
Yaşasın
fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Mütməinəm
daha qəmdən elim azad olacaq
Yurdumuz
get-gedə cənnət kimi abad olcaq
Gələcəkdə
hamı xəndan olacaq, şad olacaq
Uzun illər boyu Azərli adı yad olacaq.
Yaşasın
fəxr ilə dünyada fədailərimiz
Məsləkü məqsədi azadə fədailərimiz.
Sərab,
S.Əmini
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129,
18.02.1946
***
Fəthi
Xoşginabi: Fədailər kimdirlər?
Milli qoşunumuzu təşkil edən fədailər
haqqında danışmaqdan ötrü keçmiş
dövrdəki hərbi təşkilat haqqında da
danışmalıyıq. Hərbi xidmət idarlərində əsgərliyə
çağırış etdikdən sonra idarə rəisinə
pul verməyə imkan tapa bilməyən əsgərləri
qoyun sürüsü kimi kazarmalara doldurub iki il
tamam onları ac və susuz təzyiq altında saxlayaraq onlarda
süni bir hərbi ruh yaratmışdılar. Tehran
hökumətinin hakim dairəsi öz mövqeyini qorumaqdan
ötrü Azərbaycanda xüsusi bir şərait
yaratmışdır. Buradakı jandarmlar, əsgərlər
azərbaycanlı olduqları halda mərkəzi hökumət
tərəfindən Azərbaycan xalqını təzyiq
altında saxlamaq üçün bir alət yerinə işlənirdilər.
Tehran hökumətinin təhrikləri ilə
jandarmların etdikləri cinayətlər xalqımızın
yadından çıxmayıbdır. Amma
biz deməliyik ki, nə üçün bu jandarmlar özlərinin
bizimlə həmvətən olduqlarını nəzərə
almırdılar? Bu çox
aydındır.
Tehran hakim dairəsinin yaratdığı şərait
elə tələb edirdi. Jandarmanı yaratmaqda
mnun əsl məqsədi millətimizi boğmaq idi. Mərkəsi hökumətin hərbi qüvvələri
isə öz vəziyyətlərindən razı olmamaqla bərabər
bəzi zamanlarda Tehran hakim dairəsinin mənafeyini qorumaq
üçün alət kimi istifadə olunurdular.
Hərbçilərdə heç vaxt həqiqi bir vətənpərvərlik
ruhu yox idi. Onlarda olan hisslər hamısı süni bir hisslər
idi. Rza şah bir gün Mazandaranda olan hərbi
qüvvələrii görmək istəmişdi. Hərbçilərə baxış keçirən
zaman Həsən adlı bir yefreytor sadə bir əsgərlə
bir yerdə durmuşmuşlar. Rza şah Həsəni
çağırır və soruşur:
- Pesər,
Vətən çist? (Oğul, vətən nədir?
– red.)
Həsən
dərhal deyir ki:
- Qurban, vətən
madəre əzize mən əst (Qurban olum, vətən mənim
əziz anamdır – red.)
O sadə
əsgər öz-özünə fikirləşir ki ki,
yaxşı oldu, Allaha şükür, məni qabaqca
çağırmadı, yoxsa cavab verə bilməyəcəkdim.
Birdən Rza şah əsgəri də
çağırıb həmin sualı ondan edir. Bu əsgər deyir ki:
- Qurban, vətən
madəre əzize Həsən əst (Qurban olum, vətən Həsənin
əziz anasıdır).
Bu bir həqiqətdir. Əsgərlərdə olan bu duğu süni bir duyğu idi. Əslən onların vətənləri yox idi ki, vətən məhfumunu da anlasınlar. Bu hərbi aparat Rza xanın və onun qara nökərlərinin qorxulu siyasətləri üstündə əmələ gəlmişdir. Bu əsgərlər hamısı qədim Roma ölkəsinin qladiatorları kimi eyni taleyə malik olmaqla Tehran hökumətinin “ali məqamları”nın tələb etdikləri təqdirdə öz həmvətənlərini öldürməyə məcbur olurdular. Amma nə cür oldu ki, bu aparat dəyişildi?
Onun əsas səbəbi əsgərlərilə hökumət arasında həqiqi bir əlaqənin olmaması və işarə etdiyim şəraitdən ibarət idi. Biz indi əminik ki, Milli Hökumətimizin bünövrəsi çox yüksək səviyyədə möhkəmdir, çünki onu millətimiz yaradıb və millətimiz də onu qorumağı təzmin edir. Ayaqyalın, lüt, soyuq gecələrdə silah götürən fədailər 24 il basqı və zülm altında yaşayan millətimizi, onun iradəsini, yaşamaq eşqini bütün dünyaya tanıtdıra biləcəklər.
İndi xalqımızda öz vətənlərinə və həqiqi əsgərlik xidmətinə təsəvvür olunmaz dərəcədə bir maraq və eşq görünür. Bu eşq və maraqlar millətimiz tərəfindən təzahür edən etimad ruhundan, qəhrəmanlıqdan və fədakarlıqdan ibarətdir. Fədailərimiz xalqımızın ən qabaqcıl qəhrəmanlarıdırlar ki, dünən ölkəmizin həyat üçün lazım olan məhsullarını yaradırdılar, bu gün isə azadlığımızı qorumaq üçün silah götürüblər.
İndi bunlar hamısı həqiqəti anlayırlar, onlar hamısı öz ölkələri, müqəddəs odlar yurdu Azərbaycanı müdafiə edirlər. Onlar beş milyon Azərbaycan millətini bütün millətlərə tanıtdırmaq və onların varlığını demokratik dünyaya isbat etmək istəyirlər. Fədailər bizim igid və şanlı qardaşlarımız və oğlanlarımızdırlar. Bundan sonra biz cavanlar hamımız böyük sevinc və iftixar ilə silah götürüb lazım olduqda axırıncı damla qanımız qalana kimi öz azadlığımızı müdafiə edəcəyik.
Millətimizin qəhrəman cavanlarına eşq olsun!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 129, 18.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri
tərcümə edən: AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
"İran tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 22 fevral.-
S.14.