Dünya ölkələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib

 

 

 

 

 

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Dünyanın müxtəlif ölkələrində soyqırımı anma tədbirləri keçirilib.

 

Parisin 4-cü rayonunda yerləşən Notre-Dame les Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev deyib ki, Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir: Bu faciəni, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşilikləri və dəhşətləri dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq qarşımızda duran ümdə vəzifədir. Bu məqsədlə 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası fəaliyyətə başlayıb və uğurla davam edir”.

 

O, “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verərək, bu kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib.

 

Bildirib ki, faciənin əsl beynəlxalq hüquqisiyasi qiymətləndirilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.

 

“Demokratiyanın beşiyi deyilən Fransa, Xocalıda törədilən bu cinayətlərə etinasız qalmayacaqbu cinayətlərə hüquqisiyasi qiymət verəcək. Fürsətdən istifadə edərək, Xocalı genosidinin qurbanlarının xatirələrinin anılması üçün Prezidenti Emmanuel Makrona məktub ünvanlamaq təşəbbüslərinə görə bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Assosiasiyalarına təşəkkür edirəm”, - deyə səfir R.Mustafayev diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladaraq qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqını məyus edib. Münaqişənin həlli istiqamətində Fransanın üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayaraq diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının üzvü, böyük Avropa ölkəsi statusuna uyğun olaraq ondan obyektivlik, fəal səy göstərməsini gözləyirik. Paris suverenlik, sərhədlərin toxunulmazlığı, insan hüquqları prinsiplərini digər ölkələrə olduğu kimi Azərbaycana və onun vətəndaşlarına da tətbiq etməlidir.

 

İnsan hüquqları sahəsində debatlarda avanqard olan Fransa unutmamalıdır ki, Xocalıda qətlə yetirilmiş, işgəncə verilmiş insanların da sakit həyat, təhlükəsizlik, xoşbəxtlik kimi hüquqları var idi. Təəssüf olsun ki, bu gün Xocalı qurbanlarının həmin hüquqlarını təmin etmək mümkün deyil. Yeganə edə biləcəyimiz bu insanların xatirəsini ehtiramla yad etməkdir.

 

Fransadakı səfirliyimizin və UNESCO yanında daimi nümayəndəliyimizin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş və 14 yaşında doğma yurdundan didərgin düşmüş Mirzəyev Şahsuvar çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açıblar.

 

E.Səmədov Dövlət Komissiyasının fəaliyyəti haqqında məlumat verərək, onun əsas vəzifəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ağrılı humanitar problem olan əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı olduğunu deyib. O bildirib ki, Azərbaycan tarixən çoxsaylı xalqların və dini konfessiyaların nümayəndələrinin tolerant mühitdə yaşadığı unikal ölkədir. Bu gün də ölkəmizdə tarixihumanist ənənələr qorunurbütün xalqlarakonfessiyara bərabər yaşayış mühiti formalaşıb. Etnik qruplaramilli azlıqlara hörmət və birgəyaşayış mühiti Azərbaycan Respublikasının və ölkə rəhbərliyinin siyasi kursunun mühüm istiqamətlərindəndir və daim diqqət mərkəzindədir.

 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni hərbçiləri və terrorçu-quldur dəstələri ölkəmizdə yaşayan etnik icmaların üzvlərinə də işgəncə veriblər.

 

Azərbaycan xalqı olaraq biz inanırıq ki, dünyada ikili standartlara son qoyulacaq və Xocalıda törədilmiş cinayət əməli beynəlxalq ictimaiyyət tərəfindən düzgün hüquqi qiymətini alacaq. Bu baxımdan bu gün bizim tədbir üçün Fransanı seçməyimiz də təsadüfi deyil. Ümid edirik ki, tarixi humanitar ənənələrə malik Fransa ictimaiyyəti Xocalıda törədilmiş soyqırımına biganə qalmayacaq, həmişə olduğu kimi ədalətin yanında olacaq”,-deyə E.Səmədov deyib.

 

Əslən Xocalının Kosalar kəndindən olanindi Fransada yaşayan Şahsuvar Mirzəyev 14 yaşında ailəsi ilə birlikdə müdhiş fevral gecəsində yaşadıqlarından, erməni silahlı qüvvələrinin kəndlərinə hücumundan söz açıb. Yaşadığı, şahidi olduğu dəhşətli anları nəql edib. “Şahidi olduğum hadisələri danışmaqda heç kimə qarşı nifrət və qisas hissim yoxdur. Danışdıqlarım minlərlə digər şahidliklərdən biridir. Ancaq qəlbimin dərinliyində bu faciə ilə bağlı ədalətsizliyi hiss edirəm. Öz ölkəmdə müharibənin məcburi köçkünüyəm, qırğınlar və vəhşiliklər yaşamışam. Nəyimiz var idi hamısını itirdik: evimiz, torpağımız, hər şeyi. Axı niyə? Bu qətliamı törədənlər məsuliyyətə cəlb olunmalı, mülki və həssas kateqoriyadan olan insanlara qarşı törətdikləri cinayətə görə məhkum edilməlidirlər. Bir mesaj səsləndirmək istərdim: sülh mesajı. Belə bir qırğının bir daha təkrarlanmaması üçün hamımız birləşməliyik. Keçmişimizi unutmadan, bu günümüzü qoruyaq və gələcəyimizi quraq, qoy o, gözəl olsun”,- deyə Ş.Mirzəyev bildirib.

 

Anım tədbirinin sonunda Timur Abdikeyev, Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleyta) “Laçın”, “Sarı gəlin” Xalq mahnılarımızı, eləcə də Fikrət Əmirov, Arif Məlikov, Tofik Quliyev, Sergey Rahmaninov, Andre Kaple, Qara Qarayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa ediblər.

 

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi tərəfindən iki hissədən ibarət tədbir - anım mərasimi və təbliğat tədbiri keçirilib. Tədbirlərdə səfirlik ilə yanaşı, Azərbaycanın NATO yanında nümayəndəliyinin heyəti, eləcə də Belçikada yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo şəhərində yerləşən abidəsinin önünə toplaşıb, Xocalı faciəsi qurbanlarına ithafən abidənin önünə əklil qoyublar. Daha sonra tədbir Azərbaycanın Belçikadakı səfirliyində davam edib.

 

Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı qətliamı haqqında hərbi münaqişənin canlı şahidi olaraq söz açıb. Səfir məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin və qətiyyətinin nəticəsində bu faciənin dünya arenasında layiqincə qiymətləndirilməsi üçün zəruri bünövrənin qoyulduğunudaha sonra “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində məqsədyönlü və əsaslı tədbirlərin görüldüyünü qeyd edib. Natiq, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün hər bir azərbaycanlının istər ölkə hüdudlarında, istərsə də xaricdə dövlətimizin maraqlarını rəhbər tutaraq gələcəyə yönəlik uğurlu fəaliyyətinin önəmini vurğulayıb və bildirib ki, məhz belə olduğu təqdirdə, ədalət zəfər çalacaq.

 

Azərbaycanın NATO yanında nümayəndəliyinin Hərbi məsələlər üzrə müşaviri Ağaverdi Quliyev çıxış edərək Xocalı soyqırımının törədilməsi, nəticələri barədə məlumat verib, 28 il əvvəl soyqırımı qurbanı olmuş şəhidlərimizin xatirəsini ehtiramla anıb.

 

Sonda iştirakçılar “Xocalıya ədalət” kampaniyası çərçivəsində “TRT Wold” tərəfindən çəkilmiş “Black Orchads: Azerbaijan and Armenia’s Wars” sənədli filmini izləyiblər.

 

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən “Şam işığında Xocalıya ədalət” yürüşündə bu soyqırımı aktına siyasihüquqi qiymətin verilməsi, eləcə də bu qanlı hadisəni törədənlərin layiqincə cəzalandırılması tələb olunub. Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən təşkil olunub.

 

Yürüş şəhərin tarixi bölgələrindən olan Kadıköy rayonunun Bahariyyə prospekti boyunca davam edib. Eyni bölgədə yerləşən Sürəyya Operasının qarşısında toplanan yürüş iştirakçıları tərəfindən Xocalı soyqırımına siyasihüquqi qiymətin verilməsi istiqamətində bəyanat səsləndirilib.

 

Tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu bildirib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir. Bu səbəbdən Xocalıya ədalət üçün bütün dünya Azərbaycanı tam dəstəkləməlidir: “Təəssüflər olsun ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir və beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı verdiyi qərarlara məhəl qoymur. Erməni silahlı qüvvələri hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmir. Xocalı kimi dəhşətli bir soyqırımı aktını törətdiklərinə baxmayaraq, Türkiyəyə qarşı əsassız soyqırımı iddiaları irəli sürən ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim edirlər, lakin dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı aktını törədən məhz həmin ermənilərdir. Bu qanlı hadisəni törədənlərin cəzasız qalması bütün bəşəriyyətə qarşı cinayətdir”.

 

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, son iki əsr ərzində ermənilər zaman-zaman türklərə, eyni zamanda azərbaycanlılara qarşı amansız terror və soyqırımı aktları həyata keçirib, yaşayış bölgələrində etnik təmizləmə siyasəti aparıblar. Qeyd edilib ki, ermənilərin apardıqları bu etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini ötən son iki əsr ərzində milyonlarla müsəlman öz üzərlərində hiss ediblər.

 

Digər çıxış edənlər erməni yalanlarına və onların işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq üçün qardaşlıq bağlarının daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu gün dünyanın əsas meqapolislərindən biri olan İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi hər şeydən əvvəl qardaşlıq borcudur.

 

Yürüş boyu “Xocalıya ədalət”, “Qarabağ Azərbaycan torpağıdır”, “İşğalı dayandır!”, “Ermənistan işğal etdiyin torpaqları azad etkimi şüarlar səsləndirilib.

 

Sürəyya Operasının qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb.

 

Yürüşdə ictimaiyyət nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, türkdilli xalqların ictimai birliklərinin əməkdaşları, yerli əhali və media nümayəndələri iştirak ediblər.

 

 

 

Əli

 

 

 

Xalq Cəbhəsi.- 2020.- 27 fevral.- S.7.