“Oyun”un
“Solğun sevgilər”i
yenidən səhnədə
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrı özünün irimiqyaslı
sosial layihələrini,
fiziki məhdudiyyətli
istedadlı yaradıcı
gənclərin teatra inteqrasiyasını uğurla
davam etdirməkdədir.
Bu mənada sağlamlıq
imkanları məhdud yuxarı yaş qrupunda həvəskarların
cəlb olunduğu “Oyun” adlı teatr və onun
qısa zamanda əldə etdiyi nailiyyətlər xüsusi
qeyd olunmalıdır.
Əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarımızın müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır. Ötən ilin sonlarında premyerası ilə gündəmə gələn və sənətsevərlərin marağına səbəb olan “Oyun”çular çoxsaylı müraciətləri nəzərə alaraq yenidən teatrsevərlərin qarşısına çıxacaqlar.
Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirilib ki, martın 1-də (saat 19.00) Dövlət Kukla Teatrının böyük zalında tamaşanın ikinci premyerası olacaq. Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Müəllifin “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib.
Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar.
Birhissəli səhnə nümunəsində
rolları Xəqani Əliyev, Aysel
Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul
Məmmədli, Ceyhun Mahmudov
,Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli,
Cavid İbrahimov,
Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd
Qasımova və Günay Əhməd
oynayırlar. Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına
pedaqoq və peşəkar aktyorların
iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri
də tədris olunur.
Xalq Cəbhəsi.- 2020.- 29 fevral.-
S.16.