Demokratik inkişaf istiqamətində ciddi islahatlar aparılır

 

Alim Hüseynli: “Bu islahatların bir qismi vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlıdır

 

Məlum olduğu kimi siyasi plüralizmin mövcudluğu üçün azad söz azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm ən nəhayət dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruri şərtlərdəndir. Etiraf edilməlidir ki, Azərbaycanda sadalanan şərtlərin hər biri yüksək səviyyədə təmin olunub, üstəlik sözügedən sahələrin inkişafı məqsədilə ardıcıl islahatlar davam etdirilməkdədir. Xüsusən, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə siyasi plüralizmin inkişafına təkan verən sahələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb”. Bu fikirləriXalq Cəbhəsi”nə açıqlamasında hüquqşünas Alim Hüseynli deyib. O, bildirib ki, hazırda isə görülən işlər bəhrəsini verməkdədir: “Belə ki, bir sıra insan hüquqları humanitar sahələri üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar Azərbaycanda siyasi plüralizmi təmin edən elementlərin hər birinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik aktının mövcudluğunu etiraf edirlər”.

Hüquqşünas qeyd edib ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoyduqdan sonra siyasi plüralizmin inkişaf meyilləri təşəkkül tapıb: “Öz tarixinin yeni səhifəsini açan respublikamız milli ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı. Yalnız yetkin güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq azadlıqlarının qorunmasına təminat verə bilərdi. Azərbaycanın siyasi müstəqillik əldə etməsi demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı”. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk növbədə hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğuna önəm verməyə başlayıb: “Bildiyimiz kimi vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması inkişafı ilə bağlıdır. Ümumilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu. Ümummilli liderin fəaliyyətində siyasi partiyaların fəaliyyəti, vətəndaş cəmiyyətlərinin bərqərar olması, azad mətbuatın inkişafı siyasi plüralizmin təməl prinsiplərini təşkil edirdi”. Hüquqşünas vurğulayıb ki, insanların ictimai-siyasi özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi nəzarət funksiyaları üstün yer tutur. Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin təmin olunması Azərbaycanda yüksək səviyyədə təşəkkül tapıb: “Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, vətəndaş cəmiyyətlərinin tarix səhnəsinə qədəm qoyması ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olub. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündən bəri ölkəmizin demokratik inkişaf yolu ilə getdiyi hər kəsə bəllidir. Hazırda da bu istiqamətdə ciddi islahatlar aparılmaqdadır. Bu islahatların bir qismi demokratik inkişafın ən mühüm elementlərindən biri olan vətəndaş cəmiyyəti inistitutlarının inkişafı ilə bağlıdır. Artıq bu istiqamətdə xeyli işlər görülüb. QHT-lərə dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsini Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasını dediklərimizin bariz nümunəsidir”. A.Hüseynli qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin apardığı milli, bəşəri, mütərəqqi beynəlxalq siyasəti Azərbaycanda da hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi inkişafı üçün zəmin yaradıb. Bu istiqamətdə dövlət başçısı tərəfindən müəyyən qərarlar verilib. 2007-ci il 27 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam ilə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi bu qəbildən olan addımlardandır. Bununla da QHT-lər üçün yeni bir mərhələ başlanıb, vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxıb. Eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilib. Vətəndaş cəmiyyətinin inkişafında bu təşkilatların rolu olduqca böyükdür o, üçüncü sektor kimi bütün dünyada əsas institutlardan hesab olunur. Azərbaycanda QHT-lərin sayının artması müxtəlif istiqamətlər üzrə QHT-lərin fəaliyyət göstərməsi onu sübut edir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafı istiqamətində dövlət siyasəti var: “Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış yüzlərlə vətəndaş cəmiyyəti fəaliyyət göstərir. Paralel olaraq, Azərbaycanın xarici ölkələrdə beynəlxalq arenada fəaliyyət göstərən QHT-lərini sayı kifayət qədərdir. Vətəndaş cəmiyyəti institutları olaraq həmin QHT-lər xalqlar ölkələr arasında dostluq anlaşma mühitinin daha da yaxşılaşması istiqamətində çox ciddi töhfələr verməkdədirlər. Azərbaycan dövləti demokratik vətəndaş cəmiyyəti quruculuğunda indiyə kimi əldə etdiyi mühüm nailiyyətləri davam etdirməkdə qərarlıdır. Vətəndaş cəmiyyətlərinin fəaliyyətini stimullaşdırmaq məqsədilə yaradılan Prezident yanında QHT-lərə dövlət dəstəyi Şurası hökumət QHT-lər arasında mövcud olan inam etimad mühitini daha da dərinləşdirmək üçün səylərini davam etdirir”.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin formalaşmasının daha bir göstəricisi - insanlar tərəfindən təşəbbüskarlığın göstərilməsi, siyasi fəallığın nümayiş etdirilməsidir. Azərbaycanda bu sahədə aparılan işlər deməyə əsas verir ki, həmrəylik, vətəndaşlıq sülhünə nail olmaq üçün dövlət tərəfindən lazımı addımlar atılır: “Ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür. Bu isə siyasi plüralizmin bariz nümunəsidir. Hazırkı şəraitdə cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, demokratik institutların inkişafında onların rolunu danmaq vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma kimi dəyərləndirilə bilər. Çünki QHT- lər ölkədə demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, õalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik, azadlıq, yaşamaq, şəõsi toõunulmazlıq, vicdan, tətil, şərəf və ləyaqətin müdafiəsi, fikirsöz azadlığı, sərbəst toplaşmaqsair kimi hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu danılmazdır. Bunu nəzərə alan QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir. Məhz, vətəndaş cəmiyyətlərinin dövlətin idarəedilməsində iştirakı, ictimai nəzarət funksiyasını həyata keçirməsi, qlobal problemlərin şözülməsi məqsədilə təşəbbüslərlə çıxış etməsi ölkədə siyasi plüralizmin təmin olunmasının göstəricisi kimi dəyərləndirilməlidir”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2020.- 18 iyul.- S.9.